Məhkəmə qərarları › İş №2-1(116)-1118/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1118/2021

28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1118/2021 28.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və üçüncü şəxs X4 nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Yevlax şəhəri Nüşabə küçəsi ev 9 ünvanında yerləşən mənzildən üçüncü şəxs X4 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs X9) məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 19.03.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan Yevlax şəhəri Nüşabə küçəsi ev 9 ünvanında yerləşən mənzildən üçüncü şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1962-ci ildə Yevlax rayonu Qaramanlı kəndində anadan olmuşdur. Hazırda isə Yevlax şəhəri Nüşabə küçəsi ev 9-da yaşayır. İddia ərizəsinə əlavə olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 19.03.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Yevlax şəhəri Nüşabə küçəsi ev 9 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Hazırkı iş üzrə üçüncü şəxs Fatma Hüseynova iddiaçının keçmiş gəlinidir. O, 2005-ci ildə iddiaçının oğlu ilə ailə qurmuş, 2020-ci ildə onların aralarında olan nikah pozulmuşdur. Onların birgə nikahlarından iki uşaqları anadan olmuşdur. O, 2005-ci ildən 2013-cü ilə kimi həmin evdə yaşamış, 2013-cü ildə köçərək getmişdir. Yəni, artıq 8 ildir ki, üçüncü şəxs ona məxsus olan evdə yaşamır. Həmçinin Yevlax Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli 2(039)-970/2021 saylı qətnaməsi ilə Yevlax şəhəri Nüşabə küçəsi ev 9 ünvanında yerləşən fərdi yaşayış evinə X4 istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir. İddiaçı üçüncü şəxsin onun mülkiyyətində olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh 24.06.2021-ci il tarixli 195-13784H-314 nömrəli imtinasında bildirmişdir ki, şəxsin yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması, Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununun 9 maddəsinin 5-ci bəndində göstərildiyi kimi yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Odur ki, iddiaçının ona məxsus Yevlax şəhəri Nüşabə küçəsi ev 9-da yerləşən fərdi yaşayış evindən kənar şəxslərin pasport qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Cavabdehin məhkəməyə ünvanlanmış 26.07.2021-ci il tarixli 195-16188-1221 nömrəli məktubunda imtinada qeyd olunanlara əlavə olaraq göstərilmişdir ki, X9 13.05.2009-cu ıl tarixdən Yevlax şəhəri Nüşabə küçəsi ev 9 ünvanında pasport qeydiyyatındadır. Ona şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin arxivsaxlama müddəti bitdiyi üçün məhv edilmişdir. X1 aid FUK-un təsdiqlənmiş surəti və qeydiyyatda olan şəxslərə dair arayış məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin Yaninda Daşinmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 17 Sayli Yevlax Ərazi İdarəsinin 29.07.2021-ci il tarixli **********28 nömrəli məktubuna əlavə olunmuş sənədlərin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Yevlax şəhəri Nüşabə küçəsi ev 9 ünvanında yerləşən fərdi yaşayış evi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ********* qeydiyyat nömrəsi ilə 19.03.2021-ci il tarixdə tam pay hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 55 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. Fərdi yaşayış evi hazırda da iddiaçının xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evi buna qədər 11.03.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən X7, İddiaçı, X5 və X3 ümumi birgə mülkiyyətində olmuşdur. İşə əlavə edilmiş 18.03.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən, X7 08.03.2014-cü ildə vəfat etmiş, arvadı İddiaçı, oğlu X5 və digər oğlu X8 mərhumun vərəsələri olaraq müəyyən edilmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini, üçüncü şəxsin nümayəndəsi isə iddianın təmin olunmamasını xahiş etmişlər. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının 04.04.1996-cı il tarixli 55-İQ nörməli Qanununun 9.5-ci maddəsinə əsasən, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı hazırkı iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməzdən əvvəl, cavabdeh X6 (üçüncü şəxs Cavabdeh) qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma” tələbi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmiş, iddiası Məhkəmənin 2(039)-970/2021 nömrəli iş üzrə 18.05.2021-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ********** qeydiyyat nömrəli, 19.03.2021-ci il tarixli çıxarışa əsasən X5, X8 və İddiaçı mülkiyyətində olan Yevlax şəhəri Nüşabə küçəsi ünvanında yerləşən 9 nömrəli fərdi yaşayış evindən X4 istifadə hüququ itirilmiş hesab edilmişdir. Yevlax Rayon Məhkəməsi məhkəmənin sorğusuna 25.08.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı cavabdeh X6 və üçüncü şəxs Cavabdehnə qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmiş, Yevlax Rayon Məhkəməsinin 18.05.2021ci il tarixli 2(039)-970/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, qətnamədən apelyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçının hazırkı iddia tələbi ilə nail olmaq istədiyi hüquqi nəticə Yevlax Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli 2(039)- 970/2021 nömrəli qətnaməsi ilə təmin edilmiş, iş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 25.08.2021-ci il tarixli məktubuna əsasən bu fakt öz təsdiqini tapmış və qətnamə qanuni qüvvəyə mindiyi müəyyən edilmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, o, Yevlax Rayon Məhkəməsinin qanuni qivəsini almış 18.05.2021-ci il tarixli 2(039)-970/2021 nömrəli qətnaməsini Cavabdehnə təqdim etməklə hazırkı iş üzrə üçüncü şəxs olan X4 ona məxsus Yevlax şəhəri Nüşabə küçəsi ev 9 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını xahiş edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli 4 nömrəli qərarının 16.1-ci və 16.2-ci bəndlərində göstərilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri əmələ gəlir; qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, artıq mülki mühakimə icraatı qaydasında hüquqi qiymət verilmiş tələbə inzibati mühakimə icraatı qaydasında yenidən baxılması yolverilməz olduğundan iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Yevlax şəhəri Nüşabə küçəsi ev 9 ünvanında yerləşən mənzildən üçüncü şəxs X4 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3llegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar