Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-112/2020 07.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X4, İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakı ilə İddiaçı Asadullah qızının cavabdeh Azərbaycan Respublikasının Əmək və X14 Nazirliyi yanında Dövlət X18 Balakən rayon şöbəsinə qarşı “Dövlət X18 Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və xx.xx.2019-cu il tarixdən pensiya ödənişinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1961-ci il tarixdə Balakən rayon Xalatala kəndində anadan olmuşdur. Hazırda həmin rayonun Yem Şərif kəndində yaşayır. O, 1980, 1982, 1983, 1984-cü illərdə M.Ə.Sabir adına kolxozda, 1985-1998-ci illərdə isə Əzizbəyov adına kolxozda işləmişdir. xx.xx.2016-cı ildə 55 yaşı tamam olduğuna görə sənədlərini Fondun Balakən rayon şöbəsinə yaşa görə əmək pensiyası təyin edilməsi uçün təqdim etmişdir. Ona görə ki, o 5 uşaq doğub 8 yaşadək tərbiyə etdiyinə görə 55 yaşı tamam olduqda 10 il sığorta stajına əsasən yaşa görə əmək pensiyası hüququ yaranır. Lakin ona pensiya təyin etməkdən imtina edilmişdir. Fondun Balakən rayon şöbəsində ona bildirmişlər ki, Sizin yaşa görə əmək pensiyası təyin edilməsi üçün 10 il tələb olunan stajınıza qarşı cəmi 6 il 7 ay stajınız vardır. Belə ki, o, 1980, 1982-1985 və 1985-1998-ci ilədək 17 il deyil 6 il 7 ay nəzərə alınır. Buna gorə də ona yaşa görə əmək pensiyası verilməsindən imtina edilmişdir. Sonradan ona məlum olmuşdur ki, xx.xx.2006-cı ilədək qüvvədə olmuş vətəndaşların pensiya təminatı haqqında qanunun 67-ci maddəsində qeyd edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirak minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə 1965-ci ildən sonrakı dövr üçün müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət nəzərə alınır. Eyni zamanda həmin maddənin e) bəndində qeyd edilir: işləməyən ananın körpə uşağlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq sığorta stajına daxıl edilir. O, 1987-ci ildə, 1989-cu ildə, 1990-cı ildə, 1991-ci ildə və 1994-cü ildə uşaq doğmuşdur. 5 uşaq anasıdır və həmin illərdə o üzürlü səbəbdən minimum adam gün normalarını yerinə yetirməmiş və ya həmin illərdə işə çıxa bilməmişdir. Ona görə də həmin illərdə onun iş stajı minimum adam gün normaları doldurularaq tam il kimi nəzərə alınmalıdır. Belə olduqda onun iş stajı 5 il artaraq 11 il 7 ay təşkil edir və onun yaşa görə əmək pensiya hüququ yaranır. İddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Dövlət X18 Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və xx.xx.2019-cu il tarixdən pensiya ödənişinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı: xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdən 55 yaşı tamam olmuş, 5 uşaq doğub 8 yaşadək tərbiyə etdiyinə görə yaşa görə əmək pensiyası hüququ həmin tarixdən yaranmışdır. Lakin həmin tarixə İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün 10 il sığorta stajı tələb olunur. Onun şöbəyə təqdim etdiyi sənədlərə əsasən müəyyən edilmişdir ki, cəmi 6 il 4 ay sığorta stajına malikdir. Balakən rayon Məhkəməsinin xx.xx.2017 ci iltarixli 2-(019)-1512/2017 №-li qətnaməsinə əsasən onun sığorta stajı tam 10 il nəzərə alınaraq əmək pensiyası təyin edilmişdir. Ona pensiya təyin edilərkən 1987, 1989, 1990, 1991 və 1994 cü illərdə uşaq doğduğu illəri tam il olmaqla nəzərə alınmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı uşaq doğduğu illər Balakən rayon məhkəməsinin qətnaməsində ayrıca tam il kimi nəzərə alınması qeyd edilməmişdir. Bu səbəbdən onun pensiyası xx.xx.2019-cu ildən dayandırılmışdır. Qeyd edilmişdir ki bu məsələ Balakən rayon Məhkəməsinin səlahiyətində deyil, ona görədə İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmək məcburiyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 254 nömrəli imtina məktubu, Balakən rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 369 nömrəli arxiv arayışları, DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli ********* nömrəli məktubu, xx.xx.2019-cu il tarixli AZ-İİ seriyalı 354913 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, xx.xx.1987-ci il tarixli Xİİ-ЖГ seriyalı 390058 nömrəli, xx.xx.1989-cu il tarixli XİV- ЖГ seriyalı 307221 nömrəli, xx.xx.1990-cı il tarixli XV-ЖГ seriyalı 280046 nömrəli, xx.xx.2019-cu il tarixli AZ-İV seriyalı 347076 nömrəli, xx.xx.2019-cu il tarixli AZ-İV seriyalı 347077 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiqlənmiş surətləri, DSMFnin Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 456 nömrəli məktubu, DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, xx.xx.2017-ci il tarixli 407 nömrəli qərarlarının təsdiqlənmiş surətləri, Balakən rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(019)-1512/2017 saylı qətnaməsinin təsdiqlənmiş surəti, DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli, xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubları aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İş materiallarından görünür ki, iddiaçıya təyin olunmuş pensiyanın dayandırılması barədə qərar xx.xx.2019-cu ildə qəbul edilmiş, iddiaçıya xx.xx.2019-cu il tarixli imtina məktubu verilmiş, iddiaçı xx.xx.2019-cu il tarixində poçt vasitəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Ona görə də hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. Həmçinin, iddia əsaslıdır. İş materiallarında olan Dövlət X18 Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubundan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2016cı il tarixdən 55 yaşı tamam olmuş onun 5 uşaq doğub 8 yaşadək tərbiyə etdiyinə görə yaşa görə əmək pensiyası hüququ həmin tarixdən yaranmışdır. Lakin həmin tarixə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 10 il sığorta stajı tələb olunur. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun cəmi sığorta stajı 6 il 4 ay təşkil etmişdir. Əgər uşaq doğduğu 1987-1989, 1990, 1991 və 1994-cü illər tam nəzərə alınmazsa onun cəmi iş stajı 17 il 4 ay təşkil edərdi. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddianın əsaslılığı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Əmək pensiyaları haqqında» Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 8.1-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etdiyi işin materialları ilə təsdiq olunur. Belə olduğu təqdirdə iddiaçının çoxuşaqlı ana kimi yaşa görə pensiya hüququ 55 yaşının tamam olduğu 2016-cı il 21 may tarixdə yaranmış olur. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, X5 xx.xx.1987ci ildə, X7 xx.xx.1989-cu ildə, X3 xx.xx.1990-cı ildə, X6 xx.xx.1991-ci ildə, X1 xx.xx.1994cü ildə anadan olmuşlar, ataları X2, anaları isə İddiaçıdır. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı 1987-1989, 1990, 1991 və 1994-cü illərdə müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəbdən, yəni 5 uşaq doğub onları tərbiyə etdiyi üçün yerinə yetirə bilmədiyi üçün həmin müddət tam olaraq nəzərə alınmalıdır. Bununla bağlı olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu, körpə uşaqlara qulluq etdiyi və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fizi-ki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəməm təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Göründüyü kimi, bərabərlik prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2014-cü il tarixli qərarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Dövlət X18 Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməli və cavabdehin üzərinə iddiaçıya xx.xx.2019-cu il tarixdən pensiya ödənişinin bərpa olunması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Dövlət X18 Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilir. Cavabdeh Əmək və X14 Nazirliyi yanında Dövlət X18 Balakən rayon şöbəsinin üzərinə İddiaçı xx.xx.2019-cu il tarixdən pensiya ödənişinin bərpa olunması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-112/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-112/2020
07.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver