Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1120/2023 14.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçılar İddiaçı1 Səftər oğlu, İddiaçı3, İddiaçı4 və İddiaçı5, üçüncü şəxs X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçılar İddiaçı1 Səftər oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayon Qaraxıdır kəndində yerləşən 1.46 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi üzərində İddiaçı1 Səftər oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 JN 349 saylı “ Torpaq mülkiyyət hüququna dair” dövlət aktı ilə əvvələr tanınmış hüquqlarının dövlət qeydiyyatına alınması və JN 349 saylı “Torpaq mülkiyyət hüququna dair” dair dövlət aktına (baza məlumatlarına uyuğun) olaraq adınıza müvafiq çıxarışın (torpaq sahəsinin planı və ölçüsü) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayon Qaraxıdır kəndində yerləşən 1.46 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi üzərində İddiaçı1 Səftər oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 JN 349 saylı “ Torpaq mülkiyyət hüququna dair” dövlət aktı ilə əvvələr tanınmış hüquqlarının dövlət qeydiyyatına alınması və JN 349 saylı “Torpaq mülkiyyət hüququna dair” dair dövlət aktına (baza məlumatlarına uyuğun) olaraq adınıza müvafiq çıxarışın (torpaq sahəsinin planı və ölçüsü) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1120/2023 nömrəli qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçılar Göyçay rayonu Qaraxıdır kəndində yaşayırlar. Göyçay rayon aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə İddiaçı1 Səftər oğlunun adına JN-349 saylı dövlət aktına əsasən 1.46 ha kənd təsürrafatı təyinatlı torpaq sahəsi ailənin ümumi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi yaşayış yerindən təxminən 7-10 km uzaqlıqda olduğundan ondan müvəqqəti istifadə olunması üçün Qaraxıdır kənd sakini X3 və Göyçay rayon Veysəlli kənd sakini X5 istifadəsinə verilmişdir. Sonradan JN-349 saylı dövlət aktına əsasən mülkiyyətdə olan 1,42 ha kənd təsəsrrüfatlı torpaq sahəsinin məhkəmə qərarı ilə X4 verildiyini cavabdehin imtina məktubundan öyrənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsi 16 saylı Ucar ərazi idarəsinə müraciət etmiş və onlara həmin idarənin xx.xx.2022-ci il tarixli, **********68 saylı məktubu ilə ilkin müraciət təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********68 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Göyçay rayonu Qaraxıdır kəndində yerləşən 1,42 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsi Göyçay rayon Məhkəməsinin xx.xx.2017-i il tarixli, 2-046/1464/2014 nömrəli qərardadına əsasən X4 xx.xx.2018-ci il tarixdə **********86 reyestr nömrəli çıxarış və torpaq sahəsinin plan-ölçü sənədi verilmişdir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs mübahisəli torpaq sahəsini satın aldığını,mülkiyyət hüququnun cavabdeh inzibati orqan tərəfindən qeydiyyata alınaraq,ona RX seriyalı,1105042 nömrəli Çıxarış verildiyini bildirərək iddianın rədd olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********68 nömrəli məktubundan görünür ki, Göyçay rayonu Qaraxıdır kəndində yerləşən 1,42 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsi Göyçay rayon Məhkəməsinin xx.xx.2017-i il tarixli, 2-046/1464/2014 nömrəli qərardadına əsasən xx.xx.2018ci il tarixdə **********86 reyestr nömrəli çıxarış və torpaq sahəsinin plan-ölçüsü sənədi ilə X2 adına verilmişdir.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin ********** reyestr nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Göyçay rayonu Qaraxıdır kəndində yerləşən 17,97 ha kənd təsəsrrüfatlı torpaq sahəsinə X2 adına verilmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Məhkəmə tərəfləri və üçüncü şəxsi dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən 14 mart 2023-cü il tarixli məhkəmə iclasında iddiaçılara hüquqi yardım göstərilərək JN 349 saylı “Torpaq mülkiyyət hüququna dair” dair dövlət aktına əsasən mülkiyyətlərinə verilmiş Göyçay rayonu Qaraxıdır kəndində yerləşən 1,42 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsinə cavabdeh orqan tərəfindən çıxarış verilməsinə dair iddia tələbinin mümkünsüz olduğu izah olunmuşdur.Belə ki,iddia olunan torpaq sahəsi üzərində üçüncü şəxs X2 mülkiyyət hüquqların qeydə alınaraq, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən ona ********** reyestr nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. Cavabdeh tərəfindən Çıxarışın Göyçay Rayon Məhkəməsinin 2(046)-1464/2014 saylı,25 noyabr 2014-cü il tarixli qərardadı əsasında verildiyini bildirmişdir. İddiaçıların hüquqi marağı JN 349 saylı “Torpaq mülkiyyət hüququna dair” dair dövlət aktına əsasən mülkiyyətlərinə verilmiş Göyçay rayonu Qaraxıdır kəndində yerləşən 1,42 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsinə cavabdeh orqan tərəfindən çıxarış verilməsindən ibarətdir.İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki,iddia olunan torpaq sahəsi üzərində üçüncü şəxsin qeydə alınmış hüququ mövcuddur.Cavabdeh inziabti orqan tərəfindən verilmiş Çıxarış iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı1 Səftər oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayon Qaraxıdır kəndində yerləşən 1.46 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi üzərində İddiaçı1 Səftər oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 JN 349 saylı “Torpaq mülkiyyət hüququna dair” dövlət aktı ilə əvvələr tanınmış hüquqlarının dövlət qeydiyyatına alınması və JN 349 saylı “Torpaq mülkiyyət hüququna dair” dair dövlət aktına (baza məlumatlarına uyuğun) olaraq adınıza müvafiq çıxarışın (torpaq sahəsinin planı və ölçüsü) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə