Məhkəmə qərarları › İş №2-1(116)-1122/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1122/2021

08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1122/2021 08.12.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs: İddiaçı) qarşı “JN-093A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə torpağın plan və ölçüsündə düzəliş edilərək onun və ailə üzvlərinin qanuni mülkiyyətində olan həyətyanı torpaq sahələrinə uyğun birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” və İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X2) “JN-144F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə torpağın plan və ölçüsündə düzəliş edilərək onun və ailə üzvlərinin qanuni mülkiyyətində olan həyətyanı torpaq sahələrinə uyğun birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işlərə məhkəmənin binasında, yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı X2 cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs: İddiaçı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 65 saylı qərarına uyğun olaraq keçmiş Azərbaycan Respublikası DTXK tərəfindən texniki səhvlə verilmiş JN-093A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə torpağın plan və ölçüsündə düzəliş edilərək onun və ailə üzvlərinin qanuni mülkiyyətində olan həyətyanı torpaq sahələrinə uyğun birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş 2-1(116)-996/2021 nömrə ilə qeydə alınmışdır. İddiaçı cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs: X2) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 65 saylı qərarına uyğun olaraq keçmiş Azərbaycan Respublikası DTXK tərəfindən texniki səhvlə verilmiş JN-144F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə torpağın plan və ölçüsündə düzəliş edilərək onun və ailə üzvlərinin qanuni mülkiyyətində olan həyətyanı torpaq sahələrinə uyğun birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş 2-1(116)-1122/2021 nömrə ilə qeydə alınmışdır. İş materiallarını araşdırıb hesab edirəm ki, qeyd olunan müstəqil işlər bir icraatda birləşdirilməlidir. Belə ki, hər iki iddia tələbi bir-biri ilə əlaqəlidir, eyni cavabdehə qarşı yönəlmişdir və Şəki İnzibati Məhkəməsinin səlahiyyətinə aiddir. Belə olan halda həmin iddia tələblərinin hər birinə ayrıca icraatda baxılmasına lüzum yoxdur. İş materiallarında görünür ki, iddiaçıların hüquqi maraqları müvafiq şəhadətnamələrdə qeyd olunmuş torpaq sahələrinin koordinatlarına düzəliş edilməklə, həmin torpaq sahələrinin dəyişdirilməsinə və dəyişdirilmiş torpaq sahələrinə dair ayrıca sənəd alınmasına nail olmaqdır. Belə olan halda tələblərə bir icraatda birləşdirməklə baxılması mübahisənin daha qısa müddətdə həll edilməsinə və əsassız vaxt itkisinin qarşısının alınmasına xidmət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-cü maddəsinə görə məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan iddia tələblərinə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə qeyd olunan müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56-cı maddəsinin tələbini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs: X2) qarşı iddia tələbi üzrə 2-1(116)-1122/2021 saylı inzibati iş - iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs: İddiaçı) qarşı iddia tələbi üzrə 2-1(116)-996/2021 saylı inzibati işə birləşdirilir. 2-1(116)-1122/2021 saylı inzibati iş 2-1(116)-996/2021 saylı inzibati işə birləşdirildiyindən 2-1(116)-1122/2021 saylı inzibati iş üzrə icraata xitam verilir. Qərardaddan şikayət verilə bilməz. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar