Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1122/2023 13.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Şirinova Rasimə Telman qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Dövlət Gömrük Komitəsinə qarşı "xxxx" MMC-nin adına 2020-2022-ci illər üzrə idxal olunan malların gömrük bəyannamələrinin surətinin kağız və ya elektron daşıyıcıda iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Dövlət Gömrük Komitəsinə qarşı "xxxx" MMC-nin adına 2020-2022-ci illər üzrə idxal olunan malların gömrük bəyannamələrinin surətinin kağız və ya elektron daşıyıcıda iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1122/2023 nömrəli qərardadı ilə "xxxx" MMC və X1 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia onunla əsaslandırmışdır ki, 2020-ci ildən 2022-ci il tarixinə kimi İddiaçı "xxxx" MMC tərəfindən tədarük edilən gübrə, bitki mühafizə preparatları, toxum və digər təsərrüfatı məhsullarının satışınl ünvan 1i ünvanında yerləşən satış məntəqəsində həyata keçirmişdir. “BUTA TRAİDİNG" MMC İddiaçı qarşı olan tələbində göstərmişdir ki, ünvan 1i ünvanında yerləşən ünvan 2 üzrə mağazada keçirilmiş auditin nəticələrinə, sübutlara əsasən 479 954 55 (dörd yüz yetmiş doqquz min doqquz yuz əlli dörd manat, 55 qəpik) manat dəyərində gübrə məhsullarının çatışmazlığı müəyyən olunmuşdur.Vəkil araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC əmtəə mallarının dəyərini təhrif edərək süni şəkildə şişirtmişdir. Belə ki, Rusiya Federasiyasından göndərilən malların gömrük bəyannaməsinə əsasən mallar “Evroxim” şirkəti (ОБЩЕСТВО C ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ «ЕВРОХИМ ТРЕЙДИНГ РУС» ООО ЕВРОХИМ ТРЕЙДИНГ РУС» 115054 Москва, Дубининская ул., д.53, стр.бТел.: 8-800- 23"-01-01) tərəfindən "xxxx" MMC-yə göndərilmişdir. Ammoniumnitrat gübrəsinin 1 c 'i tonunun qiyməti 180 (yüz səksən) ABŞ dolları (306 AZN) təşkil etmişdir. Bir kisədə 50 ə ı kq olmuşdur. Yəni 1 (bir) kisə əmtəə malının maya dəyəri 15 (on beş) manat olmuşdur. (1 :cn 50 kq = 20 kisə. 306 AZN / 20 kisə = maya dəyəri 15 AZN) Bununla bağlı, yəni "xxxx" MMC-nin adına idxal olunan malların gömrük dəyərini müəyyən etmək məqsədilə “Vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7, 15-ci maddələrini rəhbər tutaraq "xxxx" MMC-nin adına 2020- 2322-ci illər üzrə idxal olunan malların gömrük bəyannamələrinin surətinin kağız və ya elektron daşıyıcıda Bakı şəhəri 12 saylı Vəkil Bürosuna göndərilməsi AR Dövlət Gömrük Komitəsindən xahiş edilmişdir. Lakin AR Dövlət Gömrük Komitəsi “BUTA TRAİDİNQ" MMC-nin adına 2020- 2322-ci illər üzrə idxal olunan malların gömrük bəyannamələrinin surətini kağız və ya elektron daşıyıcıda iddiaçı və ya vəkilinə (nümayəndə) təqdim etməmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, təqdim edilən vəkil orderində hüquqi yardım göstərilən şəxs kimi qeyd olunmuş İddiaçı "xxxx" MMC-nin səlahiyyətli şəxsi olmasına dair sənədlər ("xxxx" MMC-nin nizamnaməsi, etibarnaməsi) Dövlət Gömrük Komitəsinə təqdim olunduqdan sonra sorğu edilən sənədlərin təqdim olunması mümkündür. Bu səbəbdən də ərizəninin icrası mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına tərəflər və üçüncü şəxslər gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - Cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Lakin,iddia mahiyyət etibarı ilə əsaslı deyil. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddiaçının hazırkı iddia tələbinə əsasən hüquqi marağı "xxxx" MMC-nin adına 2020- 2022-ci illər üzrə idxal olunan malların gömrük bəyannamələrinin surətinin iddiaçıya təqdim edilməsindən ibarət olmuşdur.Bu məqsədlə iddiaçının vəkili tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti” haqqında Qanunun tələblərinə əsasən cavabdeh inzibati orqana müraciət etmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 1.0.1-ci maddəsinə əsasən bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsidir. 1.0.11. Gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəd; 16.1. Bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına uyğun olaraq dövlət orqanları, hüquqi və fiziki şəxslər tərəfindən gömrük orqanlarına verilən məlumatlardan yalnız gömrük məqsədləri üçün istifadə edilə bilər. 16.2. Gömrük orqanlarının vəzifəli şəxsləri qanunla qorunan sirləri, konfidensial məlumatları açıqlaya, şəxsi məqsədlər üçün istifadə edə bilməzlər. Bu sirlər və konfidensial məlumatlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada üçüncü şəxslərə verilir. 41.1. Gömrük orqanları dövlət orqanlarından, hüququ və fiziki şəxslərdən, həmçinin digər ölkələrin gömrük orqanlarından əldə etdikləri məlumatlardan yalnız öz xidməti vəzifələrinin yerinə yetirilməsi məqsədi ilə istifadə edə bilərlər. 41.2. Gömrük orqanları əldə etdikləri, yaxud onlara təqdim olunan məxfi və konfidensial məlumatların mühafizəsini təmin etməlidir. Qanunla müəyyənləşdirilmiş hallar istisna edilməklə, həmin məlumatlar onları təqdim etmiş şəxsin və ya orqanın birbaşa icazəsi olmadan gömrük orqanları tərəfindən açıqlana bilməz. 41.3. Dövlət və ya kommersiya sirrindən, habelə qanunla qorunan digər konfidensial məlumatlardan qeyri-qanuni istifadə etmiş və ya onları açıqlamış gömrük orqanlarının vəzifəli şəxsləri müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin məcəllənin 8-ci maddəsindəgömrük işini həyata keçirərkən şəxslərin hüquqlarının və maraqlarının qorunması üzrə tədbirlər görmək vəzifəsi daxil olmaqla gömrük orqanlarının vəzifələri öz əksini tapmışdır, “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsində deyilir : kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. Həmin Qanunun 17.2-ci maddəsinə əsasən dövlət orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən onlara məlum olan kommersiya sirrini qorumağa borcludurlar. Bu məlumatlar ancaq müvafiq qanunvericiliklə nəzərdə tutulmuş hallarda açıqlana bilər. Yuxarıda qeyd olunan normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki,cavabdehin tələb olunan məlumatları iddiaçıya təqdim etməkdən imtinası qanuni olmuşdur.Cavabdeh inzibati orqanın həmin məlumatları təqdim etmək vəzifəsi olmadığından iddiaçının qanuni mənafeyinin pozulması halı aşkar edilməmişdir. Odur ki,işin hallarına qiymət verən məhkəmə hesab edir ki,iddia təmin olunmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Dövlət Gömrük Komitəsinə qarşı "xxxx" MMC-nin adına 2020-2022-ci illər üzrə idxal olunan malların gömrük bəyannamələrinin surətinin kağız və ya elektron daşıyıcıda iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə