Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-113/2020 24.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, üçüncü şəxs X2, üçüncü şəxs X5 iştirakı ilə İddiaçı Cavabdehnə (üçüncü şəxslər X9, X7, X11) qarşı "Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli 91 nömrəli, xx.xx.2019-cu il tarixli 35 nömrəli, xx.xx.2019-cu il tarixli 36 nömrəli və xx.xx.2019-cu il tarixli 37 nömrəli sərəncamlarının ləğv edilməsi" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Cavabdeh (bundan sonra mətndə - RİH) başçısının xx.xx.2012-ci il tarixli 24 nömrəli sərəncamına əsasən, İddiaçı Dövlət Torpaq Fonduna daxil olan qış otlaq ərazisinin Zaqatala adlanan hissəsindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsinin tərtib etdiyi torpaqayırma və yerquruluşu sənədləri əsasında heyvandarlığın inkişafı üçün 20 il müddətinə 300 ha torpaq sahəsinin icarəyə verilməsi qərara alınmışdır. Həmin sərəncama əsasən, Zərdab RİH ilə İddiaçı arasında 300 ha torpaq sahəsi ilə bağlı 20 il müddətinə xx.xx.2012-ci il tarixli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə" bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına həmin torpaq sahəsi ilə bağlı A seriyalı 497141 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və Dövlət torpaq kadastrı kitabında xx.xx.2014-cü ildə 721 nömrəsi ilə uçota alınmışdır. Həmin sənədə əsasən, ayrılmış torpaq sahəsi qış otlağıdır və əsas döngə nöqtələrinin koordinatları aşağıdakı kimidir: Döngə X Y Döngə nöqtələri nöqtələrinin arasındakı məsafə nömrələri Döngə Məsafə (metrlə) nöqtələri 9 749913,33 4456321,26 9-1 1600,44 1 751430,44 4455811,59 1-5 1812,18 5 750628,08 4454186,72 5-6 1166,79 6 749467,30 4454304,96 6-9 2065,05 Zərdab RİH-in Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini N.Rüstəmov, həmin şöbənin baş mütəxəssisləri S.Xəlilov və İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixli akt tərtib edilərək göstərilmişdir ki, İddiaçı icarəyə ayrılmış 300 ha torpaq sahəsinin mal-qara saxladığı və yaşadığı ərazinin 150-200 metr hissəsində təxminən 20-25 ha bostan, 30 ha-dan çox taxıl və 20 ha-dan çox pambıq əkilməsi, 2-3 m dərinlikdə su arxı, eyni zamanda, böyük həcmli su nasosu qoyulması aşkar edilmişdir. Dəfələrələ İddiaçı torpaq sahəsinin təyinatını dəyişdirməməsi və üst münbit qatının korlanmaması izah edilmiş, lakin İddiaçı deyilənlərə məhəl qoymur və istədiyi şəkildə torpaq sahəsindən istifadə edir. Aktda bu da göstərilmişdir ki, İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Bundan sonra Zərdab RİH-in başçısı İddiaçı 20 il müddətinə icarəyə verilmiş 300 ha torpaq sahəsi ilə bağlı Zərdab RİH-in başçısının xx.xx.2012-ci il tarixli 24 nömrəli sərəncamının və icarə müqaviləsinin ləğv edilməsi, həmin 300 ha torpaq sahəsinin boş və istifadəsiz ərazi olaraq Zərdab Rayon Dövlət Torpaq Fondunun balansına qaytarılması barədə xx.xx.2017-ci il tarixli 91 nömrəli sərəncam vermişdir. Daha sonra Zərdab RİH-in başçısının xx.xx.2019-cu il tarixli 35 nömrəli sərəncamına əsasən, X3 Zərdab rayonunun inzibati ərazisinə daxil olan Dövlət Torpaq Fondunun 31 nömrəli qış otlaq sahəsindən heyvandarlığın inkişaf etdirilməsi məqsədi üçün 50 ha torpaq sahəsinin uzun müddətli (15 il) icarəyə verilməsi barədə RİH-ə yazdığı ərizəsinin nəzərə alınması, RİH-in Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin torpaq sahəsinin sərhədlərini ayırmaqla müvafiq sənədlərin X6 verilməsini təmin etməsi qərara alınmışdır. Bundan başqa, Zərdab RİH-in başçısının xx.xx.2019-cu il tarixli 36 nömrəli sərəncamına əsasən, X2 Zərdab rayonunun inzibati ərazisinə daxil olan Dövlət Torpaq Fondunun 31 nömrəli qış otlaq sahəsindən heyvandarlığın inkişaf etdirilməsi məqsədi üçün 50 ha torpaq sahəsinin uzun müddətli (15 il) icarəyə verilməsi barədə RİH-ə yazdığı ərizəsinin nəzərə alınması, RİH-in Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin torpaq sahəsinin sərhədlərini ayırmaqla müvafiq sənədlərin X4 verilməsini təmin etməsi qərara alınmışdır. Bundan başqa, Zərdab RİH-in başçısının xx.xx.2019-cu il tarixli 37 nömrəli sərəncamına əsasən, X5 Zərdab rayonunun inzibati ərazisinə daxil olan Dövlət Torpaq Fondunun 31 nömrəli qış otlaq sahəsindən heyvandarlığın inkişaf etdirilməsi məqsədi üçün 50 ha torpaq sahəsinin uzun müddətli (15 il) icarəyə verilməsi barədə RİH-ə yazdığı ərizəsinin nəzərə alınması, RİH-in Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin torpaq sahəsinin sərhədlərini ayırmaqla müvafiq sənədlərin X8 verilməsini təmin etməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi tərəfindən xx.xx.2019-cu ildə "Zərdab rayonu inzibati ərazisində yerləşən kənd təsərrüfatı kateqoriyalı 31 nömrəli qış otlaq sahəsindən heyvandarlığın inkişaf etdirilməsi məqsədilə X6 icarəyə verilməsi nəzərdə tutulan 50 ha örüş sahəsinin yerquruluşu planı" tərtib edilmiş və həmin planda ayrılmış torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları aşağıdakı kimi göstərilmişdir: Döngə X Y Döngə nöqtələri arasındakı nöqtələrinin məsafə nömrəsi Döngə Məsafə(metrlə) nöqtələri 1 749468,6273 4455326,0722 1-2 1085,0 2 749857,3151 4456339,0354 2-3 404,1 3 750229,6627 445666181,9125 3-4 964,7 4 750031,4999 4455237,8203 4-5 349,8 5 749682,8525 4455265,9911 5-1 222,5 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi tərəfindən xx.xx.2019-cu ildə "Zərdab rayonu inzibati ərazisində yerləşən kənd təsərrüfatı kateqoriyalı 31 nömrəli qış otlaq sahəsindən heyvandarlığın inkişaf etdirilməsi məqsədilə X4 icarəyə verilməsi nəzərdə tutulan 50 ha örüş sahəsinin yerquruluşu planı" tərtib edilmiş və həmin planda ayrılmış torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları aşağıdakı kimi göstərilmişdir: Döngə X Y Döngə nöqtələri arasındakı nöqtələrinin məsafə nömrəsi Döngə Məsafə(metrlə) nöqtələri 1 749495,3397 4454313,0936 1-2 480,1 2 749586,9151 4454784,3384 2-3 1083,2 3 750658,5433 4454626,2699 3-4 435,0 4 750597,1789 4454195,6391 4-5 1108,1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi tərəfindən xx.xx.2019-cu ildə "Zərdab rayonu inzibati ərazisində yerləşən kənd təsərrüfatı kateqoriyalı 31 nömrəli qış otlaq sahəsindən heyvandarlığın inkişaf etdirilməsi məqsədilə X8 icarəyə verilməsi nəzərdə tutulan 50 ha örüş sahəsinin yerquruluşu planı" tərtib edilmiş və həmin planda ayrılmış torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları aşağıdakı kimi göstərilmişdir: Döngə X Y Döngə nöqtələri arasındakı nöqtələrinin məsafə nömrələri Döngə Məsafə(metrlə) nöqtələri 1 749586,9151 4454784,3384 1-2 495,9 2 749714,9984 4455263,3937 2-3 317,5 3 750031,4999 4455237,8203 3-4 618,5 4 750634,6005 4455099,4381 4-5 396,2 5 750670,0135 4454704,8497 5-6 79,4 6 750638,5433 4454626,2699 6-1 1083,2 İddiaçı cavabdeh Zərdab RİH-ə qarşı "Zərdab RİH-in başçısının xx.xx.2017-ci il tarixli 91 nömrəli, xx.xx.2019-cu il tarixli 35 nömrəli, xx.xx.2019-cu il tarixli 36 nömrəli və xx.xx.2019-cu il tarixli 37 nömrəli sərəncamlarının ləğv edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, ona icarəyə verilmiş 300 ha torpaq sahəsi qış otlaq sahəsi olduğu və təyinatı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən dəyişdirilmədiyi halda, cavabdehin sərəncamı ilə ondan pambıqçılığın inkişafı məqsədilə geri alınmış və yenidən heyvandarlığın inkişafı məqsədilə üçüncü şəxslərə verilmişdir. İcarə müqaviləsi cavabdeh tərəfindən ondan xəbərsiz olaraq birtərəfli qaydada ləğv edilmişdir. Lakin o və ailə üzvləri hazırda da həmin torpaq sahəsindən istifadə edir və heyvandarlığın inkişafı ilə məşğuldurlar. Cavabdeh Zərdab RİH iddiaya qarşı xx.xx.2020-ci il tarixli 01/259 nömrəli etirazında iddianın etibarsız hesab edilməsini və iddianın baxılmamış saxlanmasını xahiş etmiş və mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı ona ayrılmış icarə torpağından təyinatı üzrə istifadə etməmiş, icarəsində olan 300 ha torpaq sahəsindən heyvandarlıqla məşğul olmaq əvəzinə torpağın təyinatından kənara çıxaraq 30 ha sahədə bostan, 20 ha-ya qədər sahədə pambıq, 20-25 ha-dan çox sahədə taxıl səpini aparmışdır. Bununla bağlı xx.xx.2017-ci ildə həmin 300 ha torpaq sahəsinə baxış keçirilərkən iddiaçının torpağı təyinatı üzrə istifadə etmədiyi müəyyən edildiyi üçün Zərdab RİH-in aidiyyəti işçilərinin və icarədarın iştirakı ilə akt tərtib edilərək ona şifahi xəbərdarlıq edilmişdir. İddiaçı heç bir səbəb göstərmədən həmin aktı imzalamaqdan imtina etmişdir. İş üzrə hazırlıq icraatı zamanı cavabdehin nümayəndəsi X12 iddianı qəbul etmədiyini bildirərək etirazın məzmununa uyğun izahat vermişdir. Şifahi məhkəmə baxışının isə vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq cavabdeh öz nümayəndəsinin iştirakını təmin etmədiyinə görə məhkəmə iclası onun iştirakı olmadan keçirildi. Üçüncü şəxslər X11 (həm də üçüncü şəxs X3 nümayəndəsi) və X7 şifahi məhkəmə baxışı zamanı iddianın təmin olunmasına razı olmadıqlarını bildirdilər. İddiaçının nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X14 məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəməyə gələ bilmədiyini, bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, İddiaçı şifahi məhkəmə baxışının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etdiyinə görə işə nümayəndəsinin iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Zərdab RİH-in başçısının xx.xx.2012-ci il tarixli 24 nömrəli sərəncamından görünür ki, İddiaçı Dövlət Torpaq Fonduna daxil olan qış otlaq ərazisinin Zaqatala adlanan hissəsindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsinin tərtib etdiyi torpaqayırma və yerquruluşu sənədləri əsasında heyvandarlığın inkişafı üçün 20 il müddətinə 300 ha torpaq sahəsinin icarəyə verilməsi qərara alınmışdır. - İşdə olan, xx.xx.2012-ci il tarixli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə"dən görünür ki, həmin müqavilə göstərilən sərəncama əsasən, Zərdab RİH ilə İddiaçı arasında 300 ha torpaq sahəsi ilə bağlı 20 il müddətinə bağlanmışdır. - İşdə olan, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A seriyalı 497141 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd İddiaçı adına 300 ha torpaq sahəsi ilə bağlı tərtib edilmiş və Dövlət torpaq kadastrı kitabında xx.xx.2014-cü ildə 721 nömrəsi ilə uçota alınmışdır. Göstərilən torpaq sahəsi qış otlağıdır. - İşdə olan, Zərdab RİH-in Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini N.Rüstəmov, həmin şöbənin baş mütəxəssisləri S.Xəlilov və İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktda göstərilmişdir ki, İddiaçı icarəyə ayrılmış 300 ha torpaq sahəsinin mal-qara saxladığı və yaşadığı ərazinin 150-200 metr hissəsində təxminən 20-25 ha bostan, 30 ha-dan çox taxıl və 20 ha-dan çox pambıq əkilməsi, 2-3 m dərinlikdə su arxı, eyni zamanda, böyük həcmli su nasosu qoyulması aşkar edilmişdir. Dəfələrələ İddiaçı torpaq sahəsinin təyinatını dəyişdirməməsi və üst münbit qatının korlanmaması izah edilmiş, lakin İddiaçı deyilənlərə məhəl qoymur və istədiyi şəkildə torpaq sahəsindən istifadə edir. Aktda bu da göstərilmişdir ki, İddiaçı aktı imzalamaqdan imtina etmişdir. - İşdə olan, Zərdab RİH-in başçısının xx.xx.2017-ci il tarixli 91 nömrəli sərəncamından görünür ki, İddiaçı 20 il müddətinə icarəyə verilmiş 300 ha torpaq sahəsi ilə bağlı Zərdab RİH-in başçısının xx.xx.2012-ci il tarixli 24 nömrəli sərəncamının və icarə müqaviləsinin ləğv edilməsi, həmin 300 ha torpaq sahəsinin boş və istifadəsiz ərazi olaraq Zərdab Rayon Dövlət Torpaq Fondunun balansına qaytarılması qərara alınmışdır. - İşdə olan, Zərdab RİH-in başçısının xx.xx.2019-cu il tarixli 35 nömrəli sərəncamından görünür ki, X3 Zərdab rayonunun inzibati ərazisinə daxil olan Dövlət Torpaq Fondunun 31 nömrəli qış otlaq sahəsindən heyvandarlığın inkişaf etdirilməsi məqsədi üçün 50 ha torpaq sahəsinin uzun müddətli (15 il) icarəyə verilməsi barədə RİH-ə yazdığı ərizəsinin nəzərə alınması, RİH-in Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin torpaq sahəsinin sərhədlərini ayırmaqla müvafiq sənədlərin X6 verilməsini təmin etməsi qərara alınmışdır. - İşdə olan, Zərdab RİH-in başçısının xx.xx.2019-cu il tarixli 36 nömrəli sərəncamından görünür ki, X2 Zərdab rayonunun inzibati ərazisinə daxil olan Dövlət Torpaq Fondunun 31 nömrəli qış otlaq sahəsindən heyvandarlığın inkişaf etdirilməsi məqsədi üçün 50 ha torpaq sahəsinin uzun müddətli (15 il) icarəyə verilməsi barədə RİH-ə yazdığı ərizəsinin nəzərə alınması, RİH-in Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin torpaq sahəsinin sərhədlərini ayırmaqla müvafiq sənədlərin X4 verilməsini təmin etməsi qərara alınmışdır. - İşdə olan, Zərdab RİH-in başçısının xx.xx.2019-cu il tarixli 37 nömrəli sərəncamından görünür ki, X5 Zərdab rayonunun inzibati ərazisinə daxil olan Dövlət Torpaq Fondunun 31 nömrəli qış otlaq sahəsindən heyvandarlığın inkişaf etdirilməsi məqsədi üçün 50 ha torpaq sahəsinin uzun müddətli (15 il) icarəyə verilməsi barədə RİH-ə yazdığı ərizəsinin nəzərə alınması, RİH-in Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin torpaq sahəsinin sərhədlərini ayırmaqla müvafiq sənədlərin X8 verilməsini təmin etməsi qərara alınmışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddialar üçün 30 günlük iddia müddəti müəyyən edilmiş və bu müddətin başlanğıcı inzibati aktın təqdim (elan) olunduğu, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxt nəzərdə tutulmuşdur. İddiaçı cavabdehin sərəncamlarının ləğvi üçün şikayət instansiyasına şikayət verməmiş, eləcə də sərəncamların ona təqdim (elan) olunması barədə sübut yoxdur. Məhkəmə hesab edir ki, belə olan halda, iddia müddəti buraxılmamışdır. İddianın mümkün sayılmaması üçün digər əsaslar da yoxdur. Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. İşdən göründüyü kimi, İddiaçı cavabdeh Zərdab RİH-in başçısının xx.xx.2012-ci il tarixli 24 nömrəli sərəncamı ilə icarəyə verilmiş 300 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla uqodiyası otlaq sahəsidir. İddiada mübahisələndirilən xx.xx.2017-ci il tarixli 91 nömrəli sərəncam həmin xx.xx.2012-ci il tarixli 24 nömrəli sərəncamın və onun əsasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, xx.xx.2019-cu il tarixli 35 nömrəli, xx.xx.2019-cu il tarixli 36 nömrəli və xx.xx.2019-cu il tarixli 37 nömrəli sərəncamlar isə müvafiq olaraq X6, X4 və X8 hər birinə 50 ha torpaq sahəsinin icarəyə verilməsi barədədir. Cavabdeh özünün xx.xx.2017-ci il tarixli 91 nömrəli sərəncamını belə əsaslandırmışdır ki, xx.xx.2016-cı ildə Sabirabad rayonunda pambıqçılığın inkişafına dair Respublika müşavirəsində cənab Prezident tərəfindən növbəti illərin hədəfləri qeyd edilərkən öhdəlik olaraq Zərdab rayonunda 3000 ha, növbəti illərdə isə pambıq əkini üçün daha çox torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq tapşırıq verilmişdir. Rayon ərazisində əkin dövriyyəsini artırmaq, eyni zamanda pambığçılığın inkişafı ilə bağlı torpaqdan məqsədli təyinatına görə istifadə etməyən torpaq icarədarları vardır. İddiaçı icarəsində olan 300 ha torpaq sahəsinə pambıqçılığın inkişafı ilə bağlı zəruri ehtiyac yarandığı üçün torpaq sahəsinin geri alınması, torpaq sahəsinin istifadə və icarə hüquqlarına xitam verilməsi məqsədə uyğun hesab edilmişdir. Sərəncamda Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 4-cü (torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə), 6-cı (istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə) və 10-cu (dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda) abzasları, həmçinin "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 3.3.4-cü bəndi rəhbər tutulmuşdur. Göründüyü kimi, xx.xx.2017-ci il tarixli 91 nömrəli sərəncamda icarə barədə sərəncamın və icarə müqaviləsinin ləğv edilməsi üçün iki müxtəlif əsasa istinad edilmişdir: 1) İddiaçı heyvandarlığın inkişafı üçün icarəyə verilmiş torpaq sahəsinin növbəti illərdə pambıq əkini üçün ayrılması zərurəti, 2) iddiaçının icarəyə götürdüyü həmin torpaqdan məqsədli təyinatına uyğun istifadə etməməsi. Sərəncamda qeyd olunan 1-ci əsasla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 6-cı bəndində deyilir ki, yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər. Göründüyü kimi, iddiaçıya icarəyə verilmiş 300 ha torpaq sahəsi qış otlağı olduğuna görə Zərdab RİH-in həmin torpaq sahəsində pambıq əkilməsinə heç bir halda icazə vermək səlahiyyəti yoxdur. Deməli, torpaq sahəsini geri alarkən həmin sahənin pambıq əkininə ayrılması zərurətinə istinad etməsi qanunsuzdur. Bu baxımdan işin diqqətəlayiq hallarından biri də odur ki, cavabdeh Zərdab RİH növbəti illərdə pambıq əkininə ayırmaq üçün iddiaçıdan geri aldığı torpaq sahəsini pambıq əkini üçün deyil, yenidən heyvandarlığın inkişaf etdirilməsi üçün ayırmış, lakin bu dəfə iddiaçıya deyil, üçüncü şəxslərə. Sərəncamda qeyd olunan 2-ci əsasla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsində, torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydaları isə həmin Məcəllənin 75-ci maddəsində nəzərdə tutulmuşdur. Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndində deyilir ki, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: (abzas 1) torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; (abzas 2) torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; (abzas 3) hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; (abzas 4) torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: (abzas 5) əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; (abzas 6) istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; (abzas 7) torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; (abzas 8) kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; (abzas 9) istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; (abzas 10) dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; (abzas 11) torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; (abzas 12) torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; (abzas 13) torpaq sahəsinin girov qoyulması (ipotekası) zamanı girovla təmin edilmiş öhdəlik icra edilmədikdə. (abzas 14) Həmin Məcəllənin 73-cü maddəsinin 3-cü bəndində deyilir ki, bu maddənin 1ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir). Bundan başqa, həmin Məcəllənin 75-ci maddəsinin 1-ci bəndində deyilir ki, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Həmin Məcəllənin 75-ci maddəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. Cavabdeh öz sərəncamında Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci abzasında göstərilən "torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə", 7-ci abzasında göstərilən "istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə" və 11-ci abzasında göstərilən "dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda" əsaslarına istinad etsə də, abzasların nömrələrini səhvən müvafiq olaraq 4-cü, 6-cı və 10-cu abzaslar kimi göstərmişdir. Məhkəmə bunu texniki səhv kimi qiymətləndirsə də, qeyd edir ki, Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndinə görə, torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə və istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə, torpaq üzərində icarə hüququna yalnız məhkəmə tərəfindən xitam verilə bilər. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən cavabdeh Zərdab RİH-in belə bir səlahiyyəti yoxdur. Bundan başqa, həmin iki halda, torpaq sahələri üzərində icarə hüququna xitam verilməsi haqqında qərar verilməzdən əvvəl, buraxılmış nöqsanların (pozuntuların) aradan qaldırılması üçün vaxt müəyyən edilmiş olmalı və həmin xəbərdarlıqdan sonra tədbir görülməmiş olmalıdır. Cavabdeh iddiaçı tərəfindən müqavilə şərtlərinin pozulduğunu hesab edirdisə, bu barədə iddiaçıya xəbərdarlıq etməli, pozuntuların aradan qaldırılmasını ondan tələb edərək ona müəyyən bir müddət verməli, həmin müddət ərzində pozuntular aradan qaldırılmadığı halda, müvafiq iddia ilə məhkəməyə müraciət etməli idi. Lakin hazırkı işdə nöqsanların aşkar edilməsi barədə cavabdehin tərtib etdiyi akt mövcud olsa da, nöqsanların aradan qaldırılması üçün iddiaçıya xəbərdarlıq edilməsi və bunun üçün konkret müddət təyin edilməsi barədə sübut yoxdur. Cavabdehin yeganə sübutu iddiaçı tərəfindən imzalanmamış aktdan ibarətdir ki, bu aktda da nöqsanların aradan qaldırılması üçün müddət müəyyən edilməsi göstərilməmişdir. Sərəncamda istinad olunan "dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda" halına gəldikdə isə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 3.1-ci maddəsində deyilir ki, bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması. Həmin Qanunun 3.2-ci maddəsində deyilir ki, torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. Göründüyü kimi, torpağın alına biləcəyi dövlət ehtiyaclarının dəqiq siyahısı Qanunda göstərilmişdir və bu siyahının genişləndirici təfsirinə yol verilmir. Cavabdeh Zərdab RİH-in istinad etdiyi hal (iddiaçıya heyvandarlığın inkişafı üçün icarəyə verilmiş torpaq sahəsinin növbəti illərdə pambıq əkini üçün ayrılması zərurəti) isə torpağın alına biləcəyi dövlət ehtiyaclarının siyahısında yoxdur. Ona görə də məhkəmə cavabdehin sərəncamında Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 11-ci abzasında göstərilən "dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda" əsasına istinadı qanunsuz hesab edir. Beləliklə, cavabdeh mübahisələndirilən xx.xx.2017-ci il tarixli 91 №-li sərəncamı qəbul edərkən maddi hüquq normalarının tələblərini pozaraq, iddiaçı barəsində qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsin əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, cavabdeh Zərdab RİH-in başçısının xx.xx.2017-ci il tarixli 91 №-li sərəncamı iddiaçını icarə hüququndan məhrum etməklə qanunsuz əlverişsiz inzibati akt olduğu üçün ləğv edilməlidir. Eyni hüquqi mövqe oxşar məzmunlu 2-1(102)-2700/2019 nömrəli başqa bir inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarında da ifadə edilmişdir. Məhkəmə iddiada mübahisələndirilən digər 3 sərəncamla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin maddənin 6-cı bəndinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. "İnzibati icraat haqqında" Qanunun 67.3-cü maddəsinə uyğun olaraq, cavabdehin qanunsuz əlverişsiz inzibati aktının, yəni xx.xx.2017-ci il tarixli 91 nömrəli sərəncamının ləğv olunması həmin sərəncamın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırdığına görə bu sərəncamda göstərilmiş 300 ha torpaq sahəsi üzərində iddiaçının pozulmuş icarə hüququ bərpa edilməlidir. Belə olan halda, iddianın qeyd olunan hissəsinin həlli üçün ilk növbədə mübahisələndirilmiş üç sərəncamda üçüncü şəxslərə ayrılmış torpaq sahələrinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməlidir. Bunun üçün məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək xx.xx.2020-ci il tarixli 10/217 nömrəli mütəxəssis rəyi və sxem alınmışdır. Həmin rəylə və əlavə olunmuş sxemlə müəyyən edildi ki, üçüncü şəxs X6 ayrılmış 50 ha torpaq sahəsi iddiaçıya ayrılmış torpaq sahəsi ilə 35,13 ha hissədə, üçüncü şəxslər X4 və X8 ayrılmış torpaq sahələri isə bütövlükdə üst-üstə düşür. X6 və iddiaçıya ayrılmış torpaq sahələrinin üst-üstə düşən 35,13 ha hissəsinin döngə nöqtələrinin koordinatları aşağıdakı kimidir: X=749679,4148 Y=4455267,0338 X=749682,8525 Y=4455265,9911 X=750031,4990 Y=4455237,8203 X=750229,6627 Y=4456181,9125 X=749912,1171 Y=4456315,9101 "İnzibati icraat haqqında" Qanunun 2.0.10-cu maddəsinə görə, əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanununun 67.8-ci maddəsində deyilir ki, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Göründüyü kimi, cavabdeh Zərdab RİH-in başçısının xx.xx.2019-cu il tarixli 35 nömrəli, xx.xx.2019-cu il tarixli 36 nömrəli və xx.xx.2019-cu il tarixli 37 nömrəli sərəncamları üçüncü şəxslərə münasibətdə qanunsuz əlverişli inzibati aktlardır. Həmin sərəncamlar onlarda göstərilmiş torpaq sahələrinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən hissəsində iddiaçının hüquqlarına ziyan vurur. Ona görə də məhkəmə bu qərara gəldi ki, xx.xx.2019-cu il tarixli 36 nömrəli və xx.xx.2019-cu il tarixli 37 nömrəli sərəncamlar tam, xx.xx.2019-cu il tarixli 35 nömrəli sərəncam isə iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli 91 nömrəli, xx.xx.2019-cu il tarixli 36 nömrəli və xx.xx.2019-cu il tarixli 37 nömrəli sərəncamları tam, xx.xx.2019-cu il tarixli 35 nömrəli sərəncamı isə torpaq sahəsinin aşağıdakı koordinatlarda olan hissəsində ləğv edilsin: X=749679,4148 Y=4455267,0338 X=749682,8525 Y=4455265,9911 X=750031,4990 Y=4455237,8203 X=750229,6627 Y=4456181,9125 X=749912,1171 Y=4456315,9101 İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-113/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-113/2020
24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver