Məhkəmə qərarları › İş №2-1(116)-113/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-113/2024

17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-113/2024 17.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh Bala oğluna qarşı “İddiaçı ilə Cavabdeh Bala oğlu arasında bağlanmış xx.xx.2007-ci il tarixli torpaq icarəsi haqqında müqavilənin və sərəncamın ləğv edilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh Bala oğlu arasında bağlanmış xx.xx.2007-ci il tarixli torpaq icarəsi haqqında müqavilənin və sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Qəbələ rayonu Qəmərvan kənd sakini Cavabdeh Bala oğlu İddiaçı başçısına ərizə ilə müraciət edərək rayonun inzibatı ərazisinə daxil olan, X1ş otlaq ərazisinin Gümüşlü adlanan hissəsindən heyvandarlığın inkişafı üçün ona Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 83 saylı sərəncamı ilə 25 il müddətinə 312 hektar torpaq sahəsi icarəyə verilmişdir. Cavabdeh torpaq sahəsi heyvandarlığın inkişaf etdirilməsi məqəsdi ilə verilməsinə baxmayaraq o, 312 hektar torpaq sahəsinin 13 hektarında yonca və 5 hektarında şum aparmaqla əkinçilik məqsədi ilə istifadə edir. Qış otlaq sahəsində yonca və taxıl əkməklə torpağın təyinatı üzrə istifadə qaydalarını pozmuşdır. O, tərəfimizdən dəfələrlə rəsmi və yerində akt tərtib edilməklə xəbərdarlıq edilməsinə baxmayaraq torpaqdan təyinatı üzrə istifadə etməyir. Cavabdeh Bala oğlunun torpaq sahəsinə tərəfimizdən baxış keçirilmiş və müəyyən edilmişdir ki, ona verilmiş 312 hektar otlaq sahəsinin 5 hektar ini əkin kimi istifadə edilərək taxıl və 13 hektarında yonca əkilmişdir və yerində tərəfimizdən akt tərtib edilmişdir. Təkırar ona xx.xx.2022-ci il tarixli xəbərnaməli xəbərdarlıq məktubu göndər il imişdir. Bütün görülən tədbirlərə baxmayaraq Cavabdeh torpaqdan təyinatı üzrə istifadə etməyir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, İddiaçı ilə Cavabdeh Bala oğlu arasında bağlanmış xx.xx.2007-ci il tarixli torpaq icarəsi müqaviləsinin ləğvi tələbinə Şəki İnzibati Məhkəmədə baxıla bilməz. İddia ərizəsinin verilməsi üçün müddət buraxılmışdır. Belə ki, icarə müqaviləsinə əsasən istifadə etdiyi torpaq sahəsinin 10 hektarda 8 il əvvəl, yəni 2015-ci ildə yonca əkmiş və həmin yonca sahəsi də artıq təbii örüş sahəsinə çevrilmişdir (yonca bitkisi 3-maksimum 4 illik bitkidir). Bundan başqa Aran zonası quraqlıq olduğundan cavabdeh həmin yonca bitkisini biçib məhsul götürmək üçün yox, heyvanları otarmaq üçün istifadə etmişdir. Həmin vaxtdan torpaq sahəsində yem bitkiləri, taxıl və s. kənd təsərrüfatı bitkiləri əkməmişdir. Əkilmiş yonca sahəsindən isə örüş kimi istifadə olunur. İddiaçı 8 il əvvəl əkdiyi yonca ilə əlaqədar qanunla müəyyən edilmiş pozuntunun aradan qaldırılması barədə vaxt verməklə rəsmi xəbərdarlıq etməmişdir. Özünün də etiraf etdiyi kimi xəbərdarlıq cavabdehə 7 il sonra, yəni keçən ilin dekabr ayında edilmişdir. Torpaq Məcəlləsinin 73 və 75-ci maddələrinə əsasən icarə hüquqlarına xitam verilməsi haqqında qərar buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbir görmədikdə qəbul edilir. Bundan başqa adına icarəyə verilmiş 312 hektar torpaq sahəsində 1438 (bir min dörd yüz otuz səkkiz) baş xırdabuynuzlu, 76 (yetmiş altı) baş iribuynuzlu heyvan və 5 (beş) baş at saxlayırıq (arayış etiraza əlavə edilir). Bu isə dövlətimizin və cənab Prezidentimizin Ərzaq təhlükəsizliyinin təmin edilməsinə dair Proqramına sahibkar olaraq bizim töhfəmizdir. İddiaçı bizi həvəsləndirmək və mükafatlandırmaq əvəzinə bizə verilmiş torpağın icarə müqaviləsinin ləğv edilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Bizim istehsal etdiyimiz məhsullar bizdən əvvəl dövlətə məxsusdur və dövlətin iqtisadi siyasətinin həyata keçirilməsi üçün bir vasitədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından İ il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İcarə müqaviləsinə əsasən istifadə etdiyim torpaq sahəsindən yalnız heyvandarlıqla məşğul olmaqla təyinatı üzrə istifadə edir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. İddiaçı məhkəmə iclasəna gəlməmişdir.Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili (nümayəndəsi) iddia tələbinin mümkün hesab olunmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. İş materiallarında olan məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. İddiaçı Başçısının xx.xx.2007-ci il tarixli 83 nömrəli sərəncamının surəti;

2. Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli 83 nömrəli müqavilənin surəti;

3. A seriyalı 160129 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki,xx.xx.2007-ci il tarixli 83 saylı icarə müqaviləsinə əsasən 3120190.03 kv.m torpaq sahəsi heyvandarlıq məqsədilə Cavabdeh Bala oğluna verilmişdir.

4. Cavabdehin etiraz məktubu.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı torpaq sahəsindən cavabdehin təyinatı üzrə istifadə edilmədiyini əsas gətirərək 312 hektar torpaq sahəsinin Cavabdeh Bala oğluna icarəyə verilməsi barədə İddiaçı başçısının xx.xx.2007-ci il tarixli 83 saylı sərəncamının və həmin sərəncam əsasında bağlanmış eyni tarixli icarə müqaviləsinin ləğv edilməsindən ibarətdir. Göründüyü kimi hazırkı iddia tələbi iki hissədən ibarətdir :

1. İddiaçı başçısının xx.xx.2007-ci il tarixli 83 saylı sərəncamının ləğv edilməsi;

2. 312 hektar torpaq sahəsinin Cavabdeh Bala oğluna icarəyə verilməsi barədə icarə müqaviləsinin ləğv edilməsi; İddia tələbinin birinci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki,İddiaçı mübahisələndirilən sərəncamla bağlı inzibati icraat aparmaqla həmin sərəncamın ləğvi məsələsinə baxmağa səlahiyyətli olmuşdur.Lakin,sərəncamın ləğvi yalnız “İnzibati icraat haqqında” Qanunun müddəaları çərçivəsində yoxlanılmalı və əsaslılığına qiymət verilməlidir. Belə ki, həmin qanunun 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər.Bu halda xeyrinə əlverişli inzibati akt qəbul edilmiş şəxs,həmin inzibati aktın ləğv edilməsi barədə qərardan inzibati məhkəməyə müraciət etmək hüququ vardır.( mübahisələndirmə haqqında iddia vasitəsi ilə). “İnzibati icraat haqqında” Qanunun : 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Tələbin ikinci hissəsi əslində birinci hissədən asılı olmaqla mülki-hüquqi xarakterli mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsində deyilir ki,icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “Torpaq icarəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Qanunun : Maddə 2. Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının torpaq, mülki və digər qanunvericilik aktlarından ibarətdir. Maddə 3. Torpaq üzərində icarə münasibətləri İcarəyəverənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi əlaqələr torpaq üzərində icarə münasibətləridir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4-cü bəndində yerli icra hakimiyyəti başçısının səlahiyyətləri təsbit edilmişdir.Həmin Əsasnamənin 4.16.4-cü bəndinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla); səlahiyyəti öz əksini tapmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə icraatının gedişində iddianın digər mümkünlük şərtlərinin yoxlanılması məqsədi ilə mütəxəssis rəyi tələb edilmişdir.Müvafiq rəy təqdim edilməsinə dair smeta məbləği barədə iddiaçıya məlumat verilmiş,iddiaçı tərəfindən smeta məbləğinin ödənilməsindən imtina edilmişdir. Məhkəmə tərəfindən iddianın mümkünlüyünə dair məhkəmənin hüquqi mövqeyini iddiaçının diqqətinə çatdırılması,onunla müzakirə edilməsi məqsədi ilə 17 sentyabr 2024cü il tarixli məhkəmə iclası təyin edilmiş,məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımı qaydada məlumat verilmişdir.Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Dinlənilmə hüququ aşağıdakı kompenentlərdən ibarətdir :

1. Məlumatlandırılma-iddiaçının prosesin gedişatı və qərarlarla bağlı məlumata çıxış imkanı təmin edilməlidir.

2. Şəffaflıq və iştirak-iddiaçı inzibati məhkəmə icraatında iştirak etmək və öz fikirlərini,arqumentlərini bildirmək imkanına malik olmalıdır. Lakin,iddiaçının nümayəndəsinin iclasda iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat vermədən məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı Cavabdeh Bala oğluna qarşı “İddiaçı ilə Cavabdeh Bala oğlu arasında bağlanmış xx.xx.2007-ci il tarixli torpaq icarəsi haqqında müqavilənin və sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar