Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1130/2020 17.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxs: X6) qarşı “Yevlax RAİK-nın 20 iyun 1998-ci il tarixli 32 saylı qərarı ilə X5 və X2 mülkiyyətinə 0,08 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair JN-008B saylı (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi (üçüncü şəxs X6) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Yevlax RAİK-nın 20 iyun 1998-ci il tarixli 32 saylı qərarı ilə X5 və X2 mülkiyyətinə 0,08 ha həyatyanı torpaq sahəsinin verilməsinə dair JN-008B saylı (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasında onunla əsaslandırmışdır ki, ərizəyə əlavə etdiyi JN-008F saylı (KOD ********) “Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamədən görünür ki, Yevlax RAİK-nın 20 iyun 1998-ci il tarixli 32 saylı qərarı ilə X5 və X3 mülkiyyətinə 0,16 ha həyatyanı torpaq sahəsi verilmişdir. Həmçinin iddia ərizəsinə əlavə etdiyi JN-008B saylı (KOD ********) “Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamədən” görünür ki, Yevlax RAİK-nın 20 iyun 1998-ci il tarixli 32 saylı qərarı ilə X5 və X3 mülkiyyətinə 0,08 ha həyatyanı torpaq sahəsi verilmişdir. Bundan başqa, JN-230 saylı (KOD ********) Torpağın mülkiyyətinə verilməsinə dair aktdan görünür ki, Yevlax RAİK-nın 20 iyun 1998-ci il tarixli 32 saylı qərarı ilə X5 və digərlərinə kənd təsərüffatı məhsulları istehsalı məqsədi ilə 5,28 ha torpaq sahəsi verilmişdir. Şəhadətnaməyə fikir verdikdə görünür ki, hər iki şəhadətnamə eyni şəxslərə, eyni qərarla verilmişdir. Şəhadətnamələrdə torpaq sahələrinin ölçüsü və şəhadətnamələrin nömrələri (F və B) fərqlidir. Aqrar islahat aparılan zaman bir şəxsə (bir ailəyə) yalnız bir yerdən torpaq sahəsi (yəni yalnız bir şəhadətnamə) verildiyini nəzərə alınsa onda asanlıqla deyilə bilər ki, ikinci şəhadətnamə (JN-008B) saxtadır. İddiaçı hazırki iddiası üzrə məhkəməyə müraciət etməzdən öncə analoji tələblə cavabdehə müraciət etməli olduğu barədə 25.06.2019-cu il tarixdə məktub ünvanlanmış və həmin məktub 26.06.2020-ci il tarixdə qəbul edilmişdir. Göstərilən nöqsanların aradan qaldırılması üçün 10 (on ) gün müddət təyin edilmiş, lakin həmin müddət ərzində nöqsanlar aradan qaldırılmamışdır. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırkıiddianın xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İş üzrə iddiaçının hazırki tələblə cavabdeh inzibati orqana müraciət etməsi və sonuncunun bundan imtina etməsi barədə sübutlar iş materiallarına əlavə edilməmiş və iddia ərizəsinin məzmunundan da iddiaçının birbaşa məhkəməyə müraciət etdiyi müəyyən olunmuşdur. Bu səbəblərdən də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddianın mümkünlüyünə dair şərtlərə iddiaçı tərəfindən riayət edilmədiyindən, bununla da tərəflər arasında iddia predmeti barədə mübahisə hazırda mövcud olmadığından iddia mümkün sayıla bilməz. İddia ərizəsinə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 06.03.2020-ci il tarixli məktubundan görünür ki, ərazi idarəsinin elektron məlumat bazasına əsasən JN-008F nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə”də Yevlax rayonu, Qaramanlı kəndində X1 və ailə üzvü ümumbirgə (2 nəfər) mülkiyyətində 0.16 hektar həyatyanı torpaq sahəsi qeyd edilmişdir. Ərazi idarəsinin elektron məlumat bazasına əsasən JN-008B nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə”də Yevlax rayonu, Qaramanlı kəndində X1 və ailə üzvü (2 nəfər) mülkiyyətində 0.08 hektar həyatyanı torpaq sahəsi qeyd edilmişdir. Ərazi idarəsinin elektron məlumat bazasına əsasən JN-230 nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə”də Yevlax rayonu, Qaramanlı kəndində X1 və ailə üzvü ümumbirgə (6 nəfər) mülkiyyətində 5.28 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmişdir. Qeyd olunan məktub vəkil sorğusuna cavab kimi verilmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli Qərarı). İddiaçının həm də nəzərinə çatdırılır ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X4 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X10 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X4 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35.1 və 35.3, 80, 81-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxs: X6) qarşı “Yevlax RAİK-nın 20 iyun 1998-ci il tarixli 32 saylı qərarı ilə X5 və X2 mülkiyyətinə 0,08 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair JN-008B saylı (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2giyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(116)-1130/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1130/2020
17.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver