Məhkəmə qərarları › İş №2-1(116)-1131/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1131/2020

02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1131/2020 02.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Yevlax rayon filialına qarşı “1989-cu il tarixdən 1994-cü il tarixədək Yevlax rayonu, Xaldan kənd Sabir adına kolxozda, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək X1, eyni zamanda xx.xx.1995-ci il tarixdən xx.xx.2007-ci il tarixədək X7 xidməti ASC-də işlədiyi illərin sosial siğorta stajına əlavə edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı pensiya yaşı çatdığı üçün Əmək və X2 Nazirliyinin Dövlət X4 Yevlax rayon şöbəsinə müraciət etmişdir. O, 1977-ci ildən 2019-cu ilədək qısamüddətli fasilələrlə müxtəlif müəssisələrdə əmək fəaliyyətində olmuşdur. Ümumi iş stajı 30 ildən artıq bir müddət təşkil edir. Qeyd olunan iş stajı ona təqdim olunmuş əmək kitabçasında da, öz əksini tapmışdır. Lakin 1989-cu il tarixdən 1994-cü il tarixədək Yevlax rayonu, Xaldan kənd Sabir adına kolxozda işləməyi əmək kitabçası ilə rəsmiləşmədiyinə və xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək X1, xx.xx.1995-ci il tarixdən xx.xx.2007-ci il tarixədək X7 xidməti ASC-də işləməyi həmin müəssisənin mühasibat sənədləri, əmr kitabları saxlanılmadığına, əmək haqqı cədvəlləri əldə edilmədiyinə görə həmin illərin sosial sığorta stajına qəbul edilməsi mümkün olmadığından DSMF-nin Yevlax rayon şöbəsi tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmiş və qeyd olunan halın başqa yolla aradan qaldırılmasının mümkün olmaması səbəbindən ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Onun yuxarıda qeyd olunan dövrlərdə əmək fəaliyyətində olmağını şahidlər də, təsdiq edə bilər. Qeyd olunan əmək stajı əmək stajı kimi qəbul edilmədiyindən, o, məhkəməyə müraciət edərək, qanunla müəyyən olunmuş işlədiyi illərin sosial sığorta stajına daxil edilərək əmək stajına aid edilməsini qanuni və əsaslı hesab edir. Cavabdehin etirazı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və yə digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajı - sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. “Vətəndaşların pensiya təminatı haqqında” xx xxxxxxxx 1992-ci il tarixli qanunun 67-ci maddəsinə əsasən, Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. İnzibatı Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibatı orqan iddiaçının arzuladığı inzibatı aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı Yevlax-Məişət ASC-də işlədiyini iddia etsə də, iş materiallarından görünür ki, əslində orda işləməmişdir. Belə ki, Yevlax-Məişət ASC sığortaedən kimi qeydiyyatdan keçməsinə baxmayaraq, iddiaçının adı qeyd olunan müəssisədə işləyən sığortaolunanlar siyahısında yoxdur. Həmçinin, iddiaçının adına həmin dövrdə sosial sığorta şəhadətnaməsi açılmamışdır. Mərkəzləşdirilmiş informasiya sistemindən əldə olunan məlumata əsasən, iddiaçının adına yalnız xx.xx.2019-xx.xx.2019-cu ildə “X5 Təsərrüfatı” MMC-də işlədiyi dövr ərzində cəmi 4 ay məcbur dövlət sosial sığorta haqqı ödənilib. Odur ki, iddiaçının Yevlax-Məişət ASC-də işlədiyini iddia etdiyi illər (1995-2007- ci illər) onun sosial sığorta stajına daxil edilə bilməz. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə xx xxxxxx 1996-cı il tarixli Nazirlər Kabinetinin Qərarının 3.6-cı bəndinə əsasən, əmək kitabçasında və onun əlavə içliyində “İş haqqında məlumat” bölməsində qeydin dəyişdirilməsi zəruri olduqda, onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qraf ada belə yazılır: “ ” nömrəli qeyd etibarsızdır”. İddiaçının əmək kitabçasında X1 1987-1988-ci illərdə işlədiyi dövrlə bağlı qeydlərdə düzəlişlər qaralama şəklində aparılmış, düzəliş barədə müvafiq qeydlər yazılmamışdır. Əlavə olaraq qeyd olunmalıdır ki, "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" xx xxxxxx 1991-ci il Qərarına əsasən, Azərbaycan dilində latın qrafikasına keçid 1992-cı ildən başlamışdır. Lakin, iddiaçının təqdim etdiyi əmək kitabçasında 1987-1988-ci illər barədə qeydlər latın qrafikalı Azərbaycan dilində yazılmışdır. Göstərilənlərə əsasən, iddiaçının əmək kitabçasında X1 işlədiyini iddia etdiyi dövrlər barədə yazılarda qeyd edilən hallar aşkar olunduğuna görə, 1987-1988-ci illərin onun sosial sığorta stajına daxil edilməsi qanunsuz və əsassızdır. Odur ki, məhkəmə qərarı qəbul edərkən yuxarıda qeyd olunanları nəzərə alınmasını və “1989-cu il tarixdən 1994-cü il tarixədək Yevlax rayonu Xaldan kənd “Sabir” adına kolxozda, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək X1, eyni zamanda xx.xx.1995-ci il tarixdən xx.xx.2007-ci il tarixədək X7 xidməti ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edirik. Məhkəmə iclasında iddiaçı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının xx.xx.2020-ci il tarixli 129 nömrəli Arxiv Arayışından görünür ki, İddiaçı 1989, 1991-1994cü il tarixlərdə Sabir adına kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan Əmək və X2 Nazirliyi yanında Cavabdeh xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, İddiaçıa pensiya təyin edilmədiyindən, pensiya işi yoxdur. İddiaçının pensiya hüququ xx.xx.2020-ci il tarixdə yaranmışdır. İddiaçının mübahisələndirilməyən iş stajı 7 il 8 ay 9 gündür, mübahisəli iş stajı 16 il 10 ay 7 gün olmaqla pensiya kapitalı yoxdur. İddiaçının tələbində qeyd olunan staj 16 il 10 ay 7 gündür. Arxiv arayışına əsasən iddiaçının stajı cəmi 3 il kolxoz iş stajıdır İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının xx.xx.2020-ci il tarixli 30/11 nömrəli məktubundan görünür ki, Xaldan Kooperativinin əmr və əmək haqqı sənədləri, X7 xidməti ASC-nin 1995-2007-ci illərə dair əmr kitabları və əmək haqqı sənədləri Yevlax Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı həmin müəssisələrdəki iş stajını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Yevlax rayon filialının xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubundan görünür ki, iddiaçının mübahisəli staj dövrü 16 il 10 ay 7 gün olmaqla mübahisələndirilmə səbəbi aşağıdakı qaydadadır.

1. 1989 - 1994 cü illər Kolxoz iş stajı əmək kitabçası ilə rəsmiləşməyib.

2. 1987 - 1988 ci illər X1 işləmə dövrü müəssisənin əmək haqqı cədvəlləri saxlanılmadığına görə.

3. 1995 - 2007 ci illərin iş dövrü X7 Xidməti ASC nin DSMF -nin Yevlax şəhər şöbəsi ilə xx.xx.2000-ci ildən fəaliyyətinin olub olmaması, məcburi dövlət sosial sığorta haqqlarının ödəməməsi barədə hesabatların təqdim edilməməsi və ümumiyyətlə Vüsal Məişət ASC-nin hazırda mövcud olmasına baxmayaraq heç bir fəaliyyətinin olmaması və müəssisədə yuxarıda qeyd olunan illərə aid olan mühasibat sənədləri, əmr kitablarının saxlanılmaması.

İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Əmək və X2 Nazirliyi yanında Cavabdeh xx.xx.2020-ci il tarixli **********7 nömrəli imtina məktubu, xx.xx.2020-ci il tarixli Arayış, Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının xx.xx.2020-ci il tarixli 129 nömrəli Arxiv Arayışı, ИТ seriyalı ******* nömrəli əmək kitabçasının surəti, Əmək və X2 Nazirliyi yanında Cavabdeh xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubu, Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının xx.xx.2020-ci il tarixli 30/11 nömrəli məktubu, Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Yevlax rayon filialının xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********472000 nömrəli məktubu, H3 seriyalı ******* nömrəli hərbi biletin surəti, Ю seriyalı 004424 nömrəli Diplomun surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. İddiaçının iddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçı Yevlax-Məişət ASC-də işlədiyini iddia etsə də, iş materiallarından görünür ki, əslində orda işləməmişdir. Belə ki, Yevlax-Məişət ASC sığortaedən kimi qeydiyyatdan keçməsinə baxmayaraq, iddiaçının adı qeyd olunan müəssisədə işləyən sığortaolunanlar siyahısında yoxdur. Həmçinin, iddiaçının adına həmin dövrdə sosial sığorta şəhadətnaməsi açılmamışdır. Mərkəzləşdirilmiş informasiya sistemindən əldə olunan məlumata əsasən, iddiaçının adına yalnız xx.xx.2019-xx.xx.2019-cu ildə “X5 Təsərrüfatı” MMC-də işlədiyi dövr ərzində cəmi 4 ay məcbur dövlət sosial sığorta haqqı ödənilib. Odur ki, iddiaçının Yevlax-Məişət ASC-də işlədiyini iddia etdiyi illər (1995-2007- ci illər) onun sosial sığorta stajına daxil edilə bilməz. İddiaçının əmək kitabçasında X1 1987-1988-ci illərdə işlədiyi dövrlə bağlı qeydlərdə düzəlişlər qaralama şəklində aparılmış, düzəliş barədə müvafiq qeydlər yazılmamışdır. Əlavə olaraq qeyd olunmalıdır ki, "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" xx xxxxxx 1991-ci il Qərarına əsasən, Azərbaycan dilində latın qrafikasına keçid 1992-cı ildən başlamışdır. Lakin iddiaçının təqdim etdiyi əmək kitabçasında 1987-1988-ci illər barədə qeydlər latın qrafikalı Azərbaycan dilində yazılmışdır. Bu da məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının əmək kitabçası sonradan doldurulmaqla heç bir ilkin sənədlərə (əmr kitabları və s.) əsaslanmadan yazılmışdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək X1, eyni zamanda xx.xx.1995-ci il tarixdən xx.xx.2007-ci il tarixədək X7 xidməti ASC-də işlədiyi illər onun sosial sığorta stajına daxil edilə bilməz. Bu halda da iddiaçıdan tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Yevlax rayon filialına qarşı “1989-cu il tarixdən 1994-cü il tarixədək Yevlax rayonu, Xaldan kənd Sabir adına kolxozda, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək X1, eyni zamanda xx.xx.1995-ci il tarixdən xx.xx.2007-ci il tarixədək X7 xidməti ASC-də işlədiyi illərin sosial siğorta stajına əlavə edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar