Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1134/2021 28.07.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "X1 adına verilmiş 04.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********00-10301 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın etibarsız hesab edilməsi" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "X1 adına verilmiş 04.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********00-10301 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın etibarsız hesab edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Müəyyən edildi ki, bundan əvvəl İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "X1 adına verilmiş ********** qeydiyyat nömrəli 04.12.2019-cu il tarixli və ********** qeydiyyat nömrəli 11.09.2020-ci il tarixli çıxarışların ləğv edilməsi" barədə iddia ərizəsi ilə də Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 18.05.2021-ci il tarixli 2-1(116)-583/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamış, İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş və hazırda iş 2-1(107)-298/2021 nömrəsi ilə Şəki Apellyasiya Məhkəməsinin icraatındadır. Göründüyü kimi, əvvəlki iddiada, hazırda etibarsız hesab edilməsi tələb olunan 04.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********00-10301 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğvi tələb olunmuşdur. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında sənədin etibarsız hesab edilməsi və ya ləğv olunması anlayışları yalnız inzibati akta münasibətdə ayrı-ayrı məna daşıyır, "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın isə etibarsız hesab edilməsi, yaxud da ləğv olunması tələbləri mahiyyətcə eyni tələblərdir. Ona görə də yuxarıda göstərilən inzibati iş hazırda Şəki Apellyasiya Məhkəməsinin icraatında olduğu üçün hazırkı iddia mümkün sayıla və məhkəmədə baxıla bilməz. Şəki İnzibati Məhkəməsinin 12.07.2021-ci il tarixli yardım məktubu ilə bu hallar İddiaçı və onun vəkili Vəkil diqqətinə çatdırılmış və qeyd olunan məsələ ilə bağlı fikirlərini Şəki İnzibati Məhkəməsinə yazılı şəkildə bildirmələri üçün 5 gün müddət təyin edilmişdir. Məhkəmənin məktubu poçt vasitəsilə göndərilmiş və 15.07.2021-ci ildə iddiaçıya imza etdirilməklə çatdırılmış, lakin ötən müddət ərzində iddiaçı qeyd olunan məsələyə yazılı şəkildə fikrini bildirməmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddianın mümkün sayılması üçün əsas yoxdur. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "X1 adına verilmiş 04.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********00-10301 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın etibarsız hesab edilməsi" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1134/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1134/2021
28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver