Məhkəmə qərarları › İş №2-1(116)-1137/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1137/2023

23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1137/2023 23.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “alqı-satqı (AN-İ №0867103 və AN-İ №0867102) yolu ilə əldə etdiyi torpaqların çıxarışlarına əsasən (çıxarışların reyestr nömrələri **********15 və **********21) plan-ölçülərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “dörd torpaq sahəsinin koordinatlarının təyin edilərək texniki pasportun rəsmiləşdirilməsinin cavabdeh tərəfindən icra edilməsi üçün qanunsuzluq edən əməkdaşlar barədə tədbir görülməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya “hüquqi yardım” məktubları ünvanlanaraq iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr əsasında məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1137/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə “alqı-satqı (AN-İ №0867103 və AN-İ №0867102) yolu ilə əldə edilmiş torpaqların çıxarışlarına əsasən (çıxarışların reyestr nömrələri **********15 və **********21) plan-ölçülərin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması” məzmununda icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, İsmayıllı rayonu Zeyvə kəndində yerləşən, hər birinin sahəsi 0,12 ha olan iki torpaq sahəsini xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələri ilə X19 və X5 almışdır. Həmin torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı, sözügedən torpaq sahələrinə dair plan-ölçü sənədlərinin tərtib edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı İsmayıllı rayon, Zeyvə kəndində yerləşən alqı-satqı (AN-İN;0867103 və AN-İN;0867102) yolu ilə əldə etdiyi torpaq sahələrinin (**********15 və **********21) nömrəli Çıxarışları olsa da, aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə, X11 X13 (TEK.UİS) baza məlumatlarında (**********15 və **********21) nömrəli Çıxarışlarda göstərilən torpaq sahələri kənd təsərrüfatı təyinatlı örüş sahəsində yerləşir. Həmin torpaq sahələrinin faktiki koordinatlarına uyğun plan-ölçü sənədinin verilməsi mümkün deyildir. Respublika üzrə bu tipli problemlərin həlli məqsədilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı İlə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu İnformasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-cİ ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planı’na uyğun olaraq İsmayıllı rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir Ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmiş və hal-hazırda kameral işlər həyata keçirilir və vətəndaşın nəzərinizə çatdırılmışdır ki, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qeyd olunan məsələ ilə bağlı müraciətlərinə təkrar baxılacaqdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsində aşkar olunan uyqunsuzluqların aradan qaldırılması üçün ərazidə yenidən dürüsləşdirmə işləri aparılmalı və (**********15 və **********21) nömrəli Çıxarışlarda göstərilən torpaq sahələri nəzərə almaqla həmin sahə üçün yeni layihə hazırlanmalıdır. Həmin layihə aidiyyəti üzrə razılaşdırıldıqdan sonra müraciətində qeyd olunan məsələnin həllinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məmzunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 9 nömrəli qərarından və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı Rayon Şöbəsinin xx.xx.2006-cı il tarixli 226 nömrəli rəyindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı Rayon Şöbəsi, X17 İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin 0,12 ha kəndaltı torpaq sahəsinin həyətyanı məqsədilə satılmasına etiraz etməmiş və İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 9 nömrəli qərarı ilə 0,12 ha kəndaltı torpaq sahəsi X4. - **********21 reyestr nömrəli çıxarışdan görünür ki, İsmayıllı rayonu Zeyvə kəndində yerləşən təyinatı (kateqoriyası) yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü həyətyanı, sahəsi 0,12 ha olan torpaq sahəsi üzərində X15 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 9 nömrəli qərarından və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı Rayon Şöbəsinin xx.xx.2006-cı il tarixli 224 nömrəli rəyindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı Rayon X3 İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin 0,12 ha kəndaltı torpaq sahəsinin həyətyanı məqsədilə satılmasına etiraz etməmiş və İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 9 nömrəli qərarı ilə 0,12 ha kənd altı torpaq sahəsi X1. - **********15 reyestr nömrəli çıxarışdan görünür ki, İsmayıllı rayonu Zeyvə kəndində yerləşən təyinatı (kateqoriyası)-yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növühəyətyanı, sahəsi 0,12 ha olan torpaq sahəsi üzərində X7 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X6 rayonu Zeyvə kəndində yerləşən 0,12 ha torpaq sahəsini iddiaçıya satmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X2 rayonu Zeyvə kəndində yerləşən 0,12 ha torpaq sahəsini iddiaçıya satmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına qeydə alınmış, torpaq sahəsinin təyinatı – yaşayış məntəqələri torpaqları qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Maddə 10 Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. (-). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi:

3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: (-); 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; (- ); 3.0.27. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək; (-). İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı AN-İ ******* və AN-İ ******* №-li alqı-satqı müqavilələri ilə əldə etdiyi **********15 və **********21 reyestr nömrəli çıxarışlarda qeyd edilmiş, hər biri 0,12 ha olan iki torpaq sahəsinə dair plan-ölçü sənədinin cavabdeh orqan tərəfindən ona verilməsinə nail olmaqdır. Cavabdeh orqanın iddia tələbinə etirazını - **********15 və **********21 reyestr nömrəli Çıxarışlarda qeyd edilmiş torpaq sahələrinin kənd təsərrüfatı təyinatlı örüş sahəsində yerləşməsi ilə əsaslandırır. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı Rayon Şöbəsinin xx.xx.2006-cı il tarixli 224 və 226 nömrəli rəyləri ilə müəyyən olunur ki, Zeyvə bələdiyyəsinin ərazisində yerləşən, sahəsi 0,12 ha olan hər iki torpaq sahəsinin həyətyanı məqsədilə satılmasına etiraz edilməmiş və cavabdeh orqan tərəfindən xx.xx.2006-cı ildə sözügedən torpaq sahələrinin təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü - həyətyanı qeyd edilməklə X15 və X7 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi cavabdeh orqanın hüquq varisi olduğu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı Rayon Şöbəsi 2006-cı ildə hər iki torpaq sahəsinin həyətyanı məqsədilə satılması barədə müsbət rəy vermiş və daha sonra hazırkı cavabdeh tərəfindən hər iki torpaq sahəsinin təyinatı (kateqoriyası)-yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü- həyətyanı qeyd edilməklə müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Hazırkı məhkəmə icraatı zamanı cavabdeh orqan plan-ölçü sənədinin verilməsi tələb edilən torpaq sahələrinin sonradan təyinatının dəyişdirilməsi ilə bağlı, o cümlədən istinad olunan ilkin sənədlər tərtib edilənədək təyinatının kənd təsərrüfatı təyinatlı örüş sahəsi olması ilə bağlı hər hansı sübut təqdim etməmiş, kənd təsərrüfatı təyinatlı örüş sahəsinə münasibətdə tərtib edilmiş çıxarışda torpaq sahəsinin təyinatının yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü - həyətyanı qeyd edilməsi ilə bağlı mövqeyini əsaslandıra bilməmişdir. Nəzərə alınmalıdır ki, xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələri əsasında cavabdeh orqanın tərtib etdiyi xx.xx.2022-ci il tarixli çıxarışlarda da, torpaq sahəsinin təyinatı – yaşayış məntəqələri torpaqları qeyd edilmişdir. Odur ki, cavabdeh orqanın kənd təsərrüfatı təyinatlı örüş sahəsi olduğu bildirilməklə müraciətin təmin edilməsindən imtinasını əsaslı hesab edilə bilməz. İddiaçının mülkiyyətində olan torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından və həmin qeyd hazırkı vaxta qədər mübahisə predmeti olmadığından, hüquqların qeydiyyatı zamanı yuxarıda sadalanan Əsasnamələrin tələbinə görə plan-ölçü sənədinin tərtib edilməsi cavabdehin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23-cü bəndində birmənalı olaraq qeyd edilmişdir ki, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək xidmətin vəzifəsidir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə AN-İ ******* və AN-İ ******* №-li alqı-satqı müqavilələri ilə əldə edilmiş, **********15 (0,12 ha) və **********21 (0,12 ha) reyestr nömrəli çıxarışlarda qeyd edilmiş torpaq sahələrinə dair plan-ölçü sənədinin İddiaçı verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar