Məhkəmə qərarları › İş №2-1(116)-1137/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1137/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1137/2025 08.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, üçüncü şəxs X3, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “xx.xx.2023-cü il tarixində reyestr nömrəsi **********13 qeydiyyat nömrəsi ********** olan çıxarış əsasında verilmiş Qəbələ rayonu Mıxlıqovaq kəndindəki kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.5399.79 ha torpaq sahəsini yerində tanıdılaraq Torpaq sahəsinin plan və ölçüsü sənədinin veriməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, .07.2023-cü il tarixində reyestr nömrəsi **********13 qeydiyyat nömrəsi ********** olan çıxarış əsasında verilmiş Qəbələ rayonu Mıxlıqovaq kəndindəki kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.5399.79 ha torpaq sahəsini yerində tanıdılaraq Torpaq sahəsinin plan və ölçüsü sənədinin veriməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(116)-1137/2025 nömrəli qərardadı ilə X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinə əsasən, iddiaçı və ailə üzvləri- həyat yoldaşı Rəsulova Lələndər qızına, övladları X11,. X10 və X4 Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisindən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı Qərarı ilə 2006-cı il tarixində kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 1.02 ha torpaq sahəsinə görə onlara JN-474 Kod 40614018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Torpaq sahəsinin 0.4847.66 ha hissəsi yaşadığı həyətyanı torpaq sahəsinə bitişik ərazidən, 0.5399.79 ha hissəsi isə kəndin aşağı hissəsində yerləşən kolxoz bağı adlanan fındıq bağından verilmişdir. 28 iyun 2007-ci il tarixdə DTXK Qəbələ rayon şöbəsinin nümayəndəsinin iştirakı ilə komissiya tərəfindən akt tərtib olunaraq 0,54 ha fındıq bağı iddiaçıya tanıdılmışdır. Lakin buna baxmayaraq mərhum X12 və onun ailəsi həmin torpağın istifadə olunmasında iddiaçıya açıq- aşkar maneə törətdiyindən dəfələrlə cavabdehə bildirməklə törədilən maneələrə son qoyulmasını ondan tələb etmiş, Oktay həmin tələblərə məhəl qoymamış və öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2- xx/xx/2008 nömrəli qətnaməyə əsasən JN- 0774, KOD 40614018 saylı Dövlət Aktının B planşetində göstərilən və İddiaçı yəni-iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 5399.79 kv.m torpaq sahəsindən istifadə olunmasında cavabdeh Qəbələ rayonunun Mıxlıqovaq kəndində yaşayan X12 tərəfindən mane olan hallar aradan qaldırılması qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli. 2-xx/xx/2008 nömrəli yanlışlıqların düzəldilməsi haqqında qərardada görə qətnamənin 3-cü səhifəsində nəticə (qət etdi) hissəsinə kompüter səhvi olaraq daxil edilmiş "JN-0774" rəqəmi “JN-0474” rəqəmi kimi oxunması qərara alınmışdır. Qəbələ Rayon Məhkəməsinin qətnaməsi Qəbələ İcra Qrupu tərəfindən xx.xx.2010-cu il tarixində icra olunmuş, torpaq sahəsinin istifadəsində yaranmış maneələr aradan qaldırılmış və borclu (cavabdeh) X5, həyat yoldaşı X1 iltizamlar (torpaq sahəsinin istifadəsində yaradılan maneələrə son qoyulması barədə) alınmışdır. Lakin bir neçə il iddiaçı sərbəst olaraq iddiaçı və ailə üzvlərinə verilmiş torpaq sahəsini meneəsiz istifadə etsə də, şəxsi problemləri ilə əlaqədar torpaq sahəsinə baxa bilmədiyindən, nəzarətsiz qaldığından yenidən cavabdehlər tərəfindən bu dəfə qanunsuz zəbt olunmaqla və ətrafını bağlamaqla iddiaçı və ailə üzvlərini torpaq sahəsinə buraxmamışlar. İddiaçı dəfələrlə mərhum X8, həyat yoldaşı X2 və ailə üzvlərinə torpaq sahəsindən çıxmasını bildirib, xəbərdarlıq etməyinə baxmayaraq heç bir nəticə əldə edə bilməmişdir. Həmçinin, iddiaçı bu barədə Qəbələ rayon İcra və Probasiya şöbəsinə və Daşınmaz əmlakın dövlət reyestr xidmətinə məlumat verməyinə baxmayaraq zəbt olunan torpaq sahəsi hasara alındığından imtina olunmuş və mübahisəni həll etmək üçün məhkəməyə müraciət etməyimi bildirmişlər. İddiaçı Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi ilə bağlı ilə ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən imtina verilmişdir. Cavabdeh iddianı qəbul etməmiş və iddiaya qarşı xx.xx.2023-cü il tarixli 3-21-3- 36/2-4436/2023 nömrəli etirazında bildirmişdir ki, İddiaçı müraciətləri əsasında Ərazi idarəsinin əməkdaşları tərəfindən təqdim olunmuş sənədlərin ekspertizası zamanı əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə məkan göstəriciləri ilə faktiki torpaq sahəsinin məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcuddur. Eyni zamanda Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 21,07.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışda göstərilən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.5399.79 ha torpaq sahəsi Ərazi İdarəsində u mövcud oian elektron kadastr məlumat bazasına Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına əsasən X7 məxsus xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışda göstərilən 0.36 ha torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd olnun səbəblərə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında etirazın məzmununa uyğun izahat verən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında izahat verən üçüncü şəxs iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: 1.Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının tələbinin icrasından imtina edilmişdir. 2.xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0.5399 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 3.10.05.2017-ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0.15 ha torpaq sahəsinə X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 4.10.05.2017-ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0.21 ha torpaq sahəsinə X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 5.A 355777 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Qəbələ rayon Məhəkəməsinin xx.xx.2009-cu il tarixli 2(025)-331 saylı qərarı ilə X7 3600.00 lv.m torpaq sahəsi verilmişdir. 6.xx.xx.2009-cu il tarixli 2(025)-331/2009 nömrəli İcra Vərəqəsinin surəti. 7.JN-0474 KOD 40614018 seriya nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətinin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 25 saylı qərarı ilə İddiaçı 1.02 ha torpaq sahəsi verilmişdir. 8.Qəbələ rayon Məhkəməsinin 2-02/22 -2008 nömrəli qətnaməsinin surəti. 9.Qəbələ rayon Məhkəməsinin 2-(025)-22/2008 nömrəli qərardadının surəti.

10. Qəbələ rayon Məhkəməsinin 2-(025) 331/2009 nömrəli qətnaməsinin surəti. Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Həmin Qanunun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 16. Dövlət reyestrində düzəlişlər (-). 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə uyğun olaraq Xidmətin aşağıdakı vəzifələri var : - daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; - dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları:

5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi. 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3. Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur... 6.6. Daşınmaz əmlakın vahid dövlət kadastrının tərkib hissəsi kimi sistem daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiya olunur və torpaq sahələri üzərində qeydiyyata alınmış hüquqlara dair məlumatların sistemə inteqrasiyası təmin edilir. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli ********** nömrəli Çıxarışa əsasən 0.5399 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçının hazırkı iddia qaldırmaqda hüquqi marağı mülkiyətində olan torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsindən ibarətdir. İş materiallarına əsasən müəyyən edilir ki,cavabdeh inzibati orqan tərəfindən JN 474 saylı dövlət Aktının 474 B planşetində göstərilən Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 0.5399 ha torpaq sahəsi üzərində **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır.İddiaçı ilə üçüncü şəxs arasında mülki mübahisənin mövcudluğu hazırkı iş üzrə cavabdeh tərəfindən üzərində mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən texniki sənədin hazırlanmasını istisna etmir.Cavabdeh inzibati orqan tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatlarını müəyyənləşdirməyə imkan verən texniki sənədin hazırlanması həmin torpaq sahəsinin döngə nöqətlərinin təsbit edilməsinə,iddiaçıya tanıdılmasına əsas verir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, qeyd olunan torpaq sahəsi üzərində iddiaçın mülkiyyət hüququ cavabdeh orqan tərəfindən qeydə alınaraq müvafiq çıxarış verilmişdir. Bu baxımdan da məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Göstərilənlərə əsasən iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur. Qeyd olunan hüquqi yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlə bağlı 2-1(102)-1180/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da təsbit olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə xx.xx.2023-cü il qeydiyyat tarixli, **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı mülkiyyətində olan, Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 0.5399 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin plan və ölçüsü sənədi”nin iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar