Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1138/2020 15.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi Beybutov Rövşən Xəlil oğlunun, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X7rşı "İsmayıllı rayonu İsmayıllı şəhərinin çıxış (Bakı, Şamaxı, Muğanlı, Şəki magistal yolunun sağ hissəsində) Cülyan kəndinə yaxın ərazidə yerləşən və xx.xx.2006-cı il tarixli JN 1332A (KOD 40701004) nömrəli şəhadətnamə əsasında mülkiyyətinə verilmiş 0.6 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı nümayəndəsinin vasitəsi ilə DƏDRX-nin 9 saylı X11 ərizə ilə rəsmi qaydada müraciət edərək DT və XK-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2006- ci il tarixli JN-1332A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun DƏDRX-də Dövlət qeydiyyatına alınmasını xahiş etmiş, lakin cavabdeh təşkilat xx.xx.2020-ci il tarixli cavab məktubu ilə iddiaçının müraciətini təmin etməmiş və göstərmişdir ki, ərazi idarəsinin arxivində saxlanılan arxiv materiallarına və elektron kadastr məlumat bazasına istinad edilərək tərəflərindən aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, İsmayıllı şəhərində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN 1332A (KOD 40701004) saylı şəhadətnamə əsasında mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsi xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin torpaq sahəsinə dair onun adına reyestr nömrəsi **********48 olan dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Ərazi idarəsinə təqdim etdiyi torpağın mülkiyyətə verilməsinə dair JN 1332A (KOD 40701004) saylı şəhadətnamə əsasında İsmayıllı şəhərində yerləşən, mülkiyyətində olan torpaq sahəsi xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlat reyestrində qeydiyyata alındığından JN 1332A (KOD 40701004) saylı eyni saylı şəhadətnamə əsasında mülkiyyətinə verilmiş digər torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qanunvericiliyin tələblərinə uyğun deyildir. Hesab edir ki, cavabdeh DƏDRX-nin 9 saylı X10 ona məxsus torpaq sahəsi üzərindəki hüquqlarının Dövlət qeydiyyatına alnmasından imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Həmçinin bu imtina iddiaçının mülkiyyət hüququ kimi konstitusiya hüquqlarını kobud şəkildə pozur. Belə ki, iddiaçının müraciətinə baxılması ilə əlaqədar cavabdeh təşkilat tərəfindən "İnzibati İcraat haqqında" Azərbaycan Respublikası Qanununun 21, 24, 28, 45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır. Qanuna görə cavabdeh (inzibati orqan) icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumatlar öz əksini tapmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. İddiaçı iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də görünür ki, İsmayıllı şəhərinin çıxış(Bakı, Şamaxı, Muğanlı Şəki magistral yolunun sağ hissəsində) hissəsində Cülyan kəndinə yaxın ərazidə yerləşən JN 1332A (KOD 40701004) saylı şəhadətnamə əsasında mülkiyyətinə verilmiş 0.6 ha həyətyanı torpaq sahəsini tam qanunvericiliyin tələbləri qaydasında əldə etmişdir. Cavabdeh təşkilat imtinasında yuxarıda qeyd edilmiş qanunun 15.1.1-ci maddəsinə istinad etmişdir. Əsas kimi isə JN 1332A (KOD 40701004) saylı şəhadətnamə əsasında mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsinin xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını göstərmişlər. Halbuki onun hal-hazırda üzərində hüquqlarının qeydiyyatının aparılmasını xahiş etdiyi torpaq sahəsi 0.12 ha deyil, 0.06 ha-dır. 0.12 ha İsmayıllı şəhərinin Talıstan kəndinə yaxın ərazisində (yəni şəhərin giriş hissəsinə yaxın) 0.06 ha torpaq sahəsi isə İsmayıllı şəhərinin Cülyan kəndinə yaxın ərazisində (yəni şəhərinin çıxış hissəsində) yerləşir. Bu torpaq sahələri tamamilə müxtəlif ərazilərdə yerləşir. Hər iki torpaq sahəsi arasındaki məsafə təxminən 4-5 km təşkil edir. Lakin görünən odur ki, İsmayilli rayonu ərazisinin müxtəlif istiqamətlərində yerləşən birinin ölçüsü 0.12 ha, digərinin ölçüsü 0.06 ha olan iki ayrı-ayrı torpaq sahələrinə müxtəlif tarixlərdə eyni saylı (JN 1332A (KOD 40701004) şəhadətnamə verilmişdir. 0.06 ha orpaq sahəsinə şəhadətnamə xx xxxxxx 2006-cı il tarixdə, 0.12 ha torpaq sahəsinə isə xx xxxx 2006-cı il tarixdə verilmişdir. Bu isə texniki yanlışlıqdır ki, bu da vətəndaş olaraq, mülkiyyətçi olaraq onun təqsiri üzündən baş verməmiş və bu yanlışlığı düzəltmək də iddiaçının səlahiyyəti çərçivəsində deyildir. Cavabdeh təşkilat torpaq üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alarkən və ya belə bir müraciətə baxarkən müraciətin predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazini həmin əraziyə baxış keçirərək müayinə etməklə müəyyən etməli idi. Əgər iddiaçının sonuncu müraciətinə baxarkən həmin müayinəni həyata keçirmiş olsa idi, yuxarıda qeyd etdiyi yanlışlığı aşkar edər və müəyyən edərdi ki, onun hazırda dövlət qeydiyyatına aldırmaq istədiyi torpaq sahəsi 0.12 ha deyil, 0.6 ha-dır. Həmin torpaq sahəsi İsmayıllı şəhərinin Cülyan kəndinə yaxın ərazisində (yəni şəhərinin çıxış hissəsində) yerləşir. Cavabdehin etirazının dəlilləri: X1 təqdim etdiyi JN-1232A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin arxiv nüsxəsi Ərazi İdarəsində olan arxiv matriallannda mövcud deyil. X8 təhvil vrilmiş Torpağın Mülkiyyətə Mülkiyyətə X3 qeydiyyat kitabında müvafiq qeydiyyat aparılmamışdır. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Eyni zamanda İsmayıllı şəhərində yerləşən 0.12 ha həyətynı torpaq sahəsinə JN-1332A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə əsasında dövlət reyestrindən çıxarış və plan ölçü sənədi verilmişdir. Torpaq sahəsinin sənəd üzrə sahəsi ilə faktiki torpaq sahəsi sahəsi təşkil edir. Ərazi İdarəsində Tiövcud olan elektron baza məlumatlarına əsasən torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aiddir. Torpaq sahəsinin cənub sərhəddinin 5.2-14.6 metr məsafəsindən 35 UnKv (35000) elektrik xətti keçir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X10 xx.xx.2020-ci il tarixli **********06 nömrəli iddiaçıya göndərilən imtina məktubundan görünür ki, Ərazi İdarəsinin arxivində saxlanılan arxiv materiallarına və elektron kadastr məlumat bazasına istinad edilərək aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, İsmayıllı şəhərində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN 1332A (KOD 40701004) saylı şəhadətnamə əsasında mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsi müraciəti əsasında xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin torpaq sahəsinə dair reyestr nömrəsi **********48 olan dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Ərazi İdarəsinə təqdim etdiyi torpağın mülkiyyətə verilməsinə dair JN 1332A (KOD 40701004) saylı şəhadətnamə əsasında İsmayıllı şəhərində yerləşən, mülkiyyətində olan torpaq sahəsi xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından JN 1332A (KOD -0701004) saylı eyni saylı şəhadətnamə əsasında mülkiyyətinizə verilmiş digər torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydi) yata alınması qanunvericiliyin tələblərinə uyğun deyildir. İş materiallarında olan JN-1332A KOD 40701004 nömrəli “Torpağa mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İsmayıllı rayonu AİK-nın xx xxxxxx 2003-cü il tarixli 111 nömrəli qərarı ilə 0.06 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan AA seriyalı 016317 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin və RX seriyalı ******* saylı Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, İsmayıllı şəhərində yerləşən həyətyanı 0.12 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli **********98 nömrəli məktubundan görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin arxivindən İsmayıllı rayonunun İsmayıllı şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəldən vətəndaş X5 aid hissədən çıxarışın qanunvericiliyə uyğun qaydada təsdiq edilmiş surəti təqdim edilir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və onun tabeliyində olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin mövcud arxivlərində pay torpaq sahəsinin verilməsinə dair subyektlər siyahısından çıxarış və İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 111 nömrəli qərarı aşkar edilməmişdir. İş materiallarında olan İsmayıllı rayonunun İsmayıllı şəhəri vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi 0.06 ha qeyd olunmuşdur. İş materiallarında olan JN-1332A KOD 40701004 nömrəli “Torpağa mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İsmayıllı rayonu AİK-nın xx xxxxxx 2003-cü il tarixli 111 nömrəli qərarı ilə 0.12 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara iddiaçının AZE seriyalı ******** nömrəli ş/v-nin təsdiqlənmiş surəti, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı X10 xx.xx.2020-ci il tarixli **********06 nömrəli imtina məktubu, Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-1332A seriyalı 40701004 nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti, DƏDRX-nin X10 AA seriyalı 016317 nömrəli torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surəti, DƏDRX-nin RX seriyalı ******* nömrəli çıxarış təsdiqlənmiş surəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli **********98 nömrəli məktubu və ona əlavə edilmiş arxiv sənədi, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı X10 xx.xx.2020-ci il tarixli **********51 nömrəli etirazı, İsmayıllı şəhəri, Ç.Əmrəliyev küçəsində yerləşən İddiaçı istifadəsində olan JN-1332A nömrəli şəhadətnamə ilə 0.06 ha həyatyanı torpaq sahəsinin yerləşmə sxeminin təsdiqlənmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı X10 xx.xx.2020-ci il tarixli **********51 nömrəli məktubundan görünür ki, X1 təqdim etdiyi JN-1232A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin arxiv nüsxəsi Ərazi İdarəsində olan arxiv matriallannda mövcud deyil. X8 təhvil verilmiş Torpağın Mülkiyyətə Mülkiyyətə X3 qeydiyyat kitabında müvafiq qeydiyyat aparılmamışdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçıya eyni tarixli AİK qərarı ilə müxtəlif yerlərdə müxtəlif ölçülərdə torpaq sahəsinin ayrılması yuxarıda qeyd olunan qanunvericilik normaları baxımından mümkün deyil. Bundan əlavə iddiaçının 0,06 ha torpaq sahəsinin faktiki istifadəsində olmasına görə mübahisəli torpaq sahəsinə hüququnun yaranması ilə məhkəmə qeyd edir ki, həmin torpaq sahəsinin iddiaçının uzun illər istifadəsində olması o halda hüquqların dövlət qeydiyyatı üçün əsas ola bilər ki, həmin torpaq sahəsi qanuni əsaslarla iddiaçıya ayrılmış olsun. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, 0.06 ha torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X7rşı "İsmayıllı rayonu İsmayıllı şəhərinin çıxış (Bakı, Şamaxı, Muğanlı, Şəki magistal yolunun sağ hissəsində) Cülyan kəndinə yaxın ərazidə yerləşən və xx.xx.2006-cı il tarixli JN 1332A (KOD 40701004) nömrəli şəhadətnamə əsasında mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1138/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1138/2020
15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver