Məhkəmə qərarları › İş №2-1(116)-114/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-114/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-114/2022 26.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, iddiaçı X9 etibarnamə üzrə nümayəndəsi X10, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X2, üçüncü şəxslər X15, X11 və X6 iştirakı ilə, İddiaçı və X9 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 65 saylı qərarına uyğun olaraq keçmiş Azərbaycan Respublikası DTXK tərəfindən texniki səhvlə verilmiş JN-093A və JN-144F saylı saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə torpağın plan və ölçüsündə düzəliş edilərək onun və ailə üzvlərinin qanuni mülkiyyətində olan həyətyanı torpaq sahələrinə uyğun birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq: müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 65 saylı qərarına uyğun olaraq keçmiş Azərbaycan Respublikası DTXK tərəfindən texniki səhvlə verilmiş JN-093A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə torpağın plan və ölçüsündə düzəliş edilərək onun və ailə üzvlərinin qanuni mülkiyyətində olan həyətyanı torpaq sahələrinə uyğun birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş 2-1(116)-996/2021 nömrə ilə qeydə alınmışdır. İddiaçı X17 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 65 saylı qərarına uyğun olaraq keçmiş Azərbaycan Respublikası DTXK tərəfindən texniki səhvlə verilmiş JN-144F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə torpağın plan və ölçüsündə düzəliş edilərək onun və ailə üzvlərinin qanuni mülkiyyətində olan həyətyanı torpaq sahələrinə uyğun birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş 2-1(116)-1122/2021 nömrə ilə qeydə alınmışdır. Məhkəmənin 08.12.2021-ci il tarixli, 2-1(116)-1122/2021 nömrəli qərardadı ilə iddiaçı X9 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia tələbi üzrə 2-1(116)-1122/2021 saylı inzibati iş - İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia tələbi üzrə 2-1(116)-996/2021 saylı inzibati işə birləşdirilmiş və 2-1(116)-1122/2021 saylı inzibati iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin 26.04.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin 14.06.2021-ci il tarixli, 2-1(116)-996/2021 nömrəli qərardadı ilə X15, X11 və X16 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlb edilmişlər. Məhkəmənin 26.04.2022-ci il tarixli, 2-1(116)-114/2022 nömrəli qərardadı ilə adi cəlb etmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin iştirakı zəruri cəlbetməyə dəyişdirilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, İsmayıllı rayon AİK-nın Komissiyasının 22.12.1998-ci il tarixli 65 saylı qərarına əsasən Qoşakənd kəndi üzrə 0.24 ha torpaq sahəsi X5 (ailə üzvləri ilə birlikdə) və 0.12 ha torpaq sahəsi X9 mülkiyyətinə verilmişdir. Lakin, iddiaçı Oruc Hüseynov öz ümlkiyyətinə verilmiş torpaq sahəsini yox, digər iddiaçı Raya Həsənovanın mülkiyyətində olan torpaq sahəsini və ümumiyyətlə öz mülkiyyətində olmayan digər torpaq sahələrini faktiki olaraq istifadə edir. Eyni zamanda Raya Həsənova da öz mülkiyyətinə verilmiş torpaq sahəsini yox, Oruc Hüseynovun mülkiyyətinə verilmiş torpaq sahəsini faktiki olaraq istifadə edir. İddiaçılar həmin şəhadətnamələrin texniki səhv əsasında tərtib edildiyini bildirərək faktiki istifadə vəziyyətinə uyğun olaraq şəhadətnamələrə düzəliş edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişlər. Cavabdeh orqan müraciətdə qeyd olunan məsələnin həll edilməsinin səlahiyyətində olmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Məhkəmənin 08.12.2021-ci il, 31.03.2022-ci il tarixli hüquqi yardım məktublarında və iş üzrə keçirilən 26.04.2022-ci il tarixli məhkəmə iclasında iddiaçıların dinlənilmə hüququ təmin edilmiş, iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən hazırkı iddia tələbinin mümkünlük şərtinə cavab vermədiyi izah edilmiş, işin halları tərəflərin iştirakı ilə müzakirə edilmişdir. Məhkəmə iclasında iddiaçı (iddiaçının nümayəndəsi) və üçüncü şəxslər iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi iddia tələbinin qanuna müvafiq qaydada həll edilməsini xahiş etmişdir. İşdə olan, cavabdehin 05.08.2021-ci il tarixli məktubunda məhkəmənin sorğusuna cavab olaraq aşağıdakı məlumatlar qeyd olunmuşdur: - İsmayıllı rayon Qoşakənd sakini X13 və X9 adları “Torpaq sahəsi ayrılan şəxslərin elektron adlı siyahısında (DBF) mövcuddur. X13 və ailə üzvlərinin adına tərtib edilmiş JN- 093A (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair şəhadətnamə Ərazi İdarəsində mövcud olan elektron kadastr (DWJ) məlumat bazasında mövcuddur. X9 adına tərtib edilmiş JN-144F (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair şəhadətnamə Ərazi İdarəsində mövcud olan elektron kadastr (DWJ) məlumat bazasında mövcuddur. Ərazi İdarəsində mövcud olan elektron kadastr (DWJ) məlumat bazasına əsasən İsmayıllı rayon Qoşakənd sakini X5 və dörd nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan JN-093A (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair şəhadətnamədə qeyd olunan 0,24 ha həyətyanı torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarının sərhədləri daxilində yerləşir. Ərazi İdarəsində mövcud olan elektron kadastr (DWJ) məlumat bazasına əsasən X9 adına tərtib edilmiş JN-144F (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair şəhadətnamə qeyd olunan 0.12 ha həyətyanı torpaq sahəsinin bir hissəsi yaşayış məntəqələrinin torpaqlarının sərhədləri daxilinə, bir hissəsi isə kənd təsərrüfatı təyinatlı kollu örüş sahəsinə düşür. JN-093A (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə X13 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.24 ha torpaq sahəsinə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair X7 adına 28.02.2020-ci il tarixdə ( Forma 1 ) arayışı verilmişdir. Həmin arayışının ( Forma 1) vətəndaş tərəfindən istifadə edib-etməməsi barədə Ərazi İdarəsində məlumat yoxdur. İşdə olan, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 14.10.2021-ci il tarixli məktubuna əlavə etdiyi mütəxəssis rəyindən görünür ki, tələbdə qeyd edilmiş, iddiaçı tərəfindən göstərilən və faktiki naturada ölçülmüş 0,257 hektar torpaq sahəsi, İsmayıllı rayonu Qoşakənd kəndi inzibati ərazi sərhəddi daxilində, kateqoriyası yaşayış məntəqəsi torpaqlanna aid uqodiyası çoxillik əkmələr olan xüsusi mülkiyyətə verilmiş torpaq sahəsidir. Sözügedən torpaq sahəsi X5 istifadəsindədir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları, JN-093 A saylı “torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinin yerləşmə mövqeyi ilə ilə üst-üstə düşmür. İddiaçı X5 istifadəsində olan, faktiki naturada ölçülmüş 0,257 hektar torpaq sahəsinin koordinatları JN-144 F saylı “torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə əsasında X9 mülkiyyətinə verilmiş 0,12 hektar torpaq sahəsi ilə üst-üstə düşür. İşdə olan, kod 40715018, JN-093A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 22.12.1998-ci il tarixli 65 saylı qərarı əsasında Qoşakənd kəndi üzrə 0.24 ha torpaq sahəsi X5 (ailə üzvləri ilə birlikdə) mülkiyyətinə verilmişdir. İşdə olan, kod 40715018, JN-144F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 22.12.1998-ci il tarixli 65 saylı qərarı əsasında Qoşakənd kəndi üzrə 0.12 ha torpaq sahəsi X9 mülkiyyətinə verilmişdir. İşdə olan, cavabdehin 04.05.2021-ci il tarixli və 23.08.2021-ci il tarixli imtina məktublarından görünür ki, iddiaçıların ilkin müraciətinin təmin edilməsindən imtina olunub. İşdə olan, 02.03.2020-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, X3 vərəsələri X11, İddiaçı, X16 və X12r İşdə olan, İsmayıllı rayon AİK-nın Komissiyasının 22.12.1998-ci il tarixli 65 saylı qərarı və ona əlavə edilmiş, torpaq payı almış subyektlər siyahısından çıxarışdan görünür ki, Qoşakənd kəndi “H.Aslanov” adına təsərrüfatda aparılacaq torpaq islahatı ilə əlaqədar tərtib olunmuş yerquruluşu layihəsinin və həmin təsərrüfatın aqrar islahat komissiyasının 21.12.1998-ci il tarixli 5 saylı protokolunun təsdiq edilməsi qərara alınmışdır. Müvafiq subyektlər siyahısında hər iki iddiaçının adları qeyd edilmişdir. Oruc Hüseynovun adının qarşısında 0, 10 və 0.14, Raya Həsənovanın adının qarşısında 0.12 qeydi yazılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarında olan mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları onun və ailə üzvlərinin adına tərtib edilmiş verilmiş JN-093A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinin yerləşmə mövqeyi ilə üst-üstə düşmür, JN-144F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında üçüncü şəxs X9 mülkiyyətinə verilmiş 0.12 hektar torpaq sahəsi ilə və digər torpaq sahələri ilə üst-üstə düşür. Həmçinin məhkəmə iclasında tərəfləri izahatları və mütəxəssis rəyinə əlavə edilmiş yeruquruluşu planı ilə müəyyən olunur ki, İddiaçı faktiki olaraq Raya Həsənovanın mülkiyyətində olan 0.12 ha torpaq sahəsini və onun mülkiyyətində olmayan digər torpaq sahələrini, digər iddiaçı Raya Həsənova isə İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsini faktiki istifadə edir. İddiaçılar müvafiq şəhadətnamələrin düzgün tərtib edilmədiyini və texniki səhvə yol verildiyini bildirərək müvafiq şəhadətnamələrdə qeyd edilmiş torpaq sahələrini faktiki istifadə etdikləri vəziyyətdə uyğunlaşdırılmasını tələb etməklə həmin torpaq sahələrinin dəyişdirilməsinə nail olmaq istəyirlər. Lakin, müvafiq şəhadətnamələrə faktiki istifadə vəziyyətinə uyğun olaraq düzəliş edilməsi mümkün deyil. Belə ki, düzəliş edilməsi tələb edilən şəhadətnamələr İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 22.12.1998-ci il tarixli 65 nömrəli qərarı ilə tərtib edilmişdir. Aqrar İslahat Komissiyasının sözügedən qərarının 1-ci bəndində torpaq islahatı ilə əlaqədar tərtib olunmuş yerquruluşu layihəsi (sxem) təsdiq edilmişdir. İddiaçıların arzuladığı hüquqi nəticəyə nail olmaları üçün ilk öncə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 22.12.1998-ci il tarixli 65 nömrəli qərarı mübahisələndirilməlidir. Bu halda da Aqrar İslahat Komissiyasının qərarının qəbul olunduğu zaman qüvvədə olan hüquq normaları rəhbər tutulmalıdır. X4 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. X1 verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmçinin bununla bağlı nəzərinizə çatdırılır ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X4 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X21 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X4 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Hazırkı iş üzrə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 9 saylı Qəbələ Ərazi İdarəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir və düzəliş edilməsini tələb edilən şəhadətnamələrin verilməsinə əsas olmuş İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli, 65 №-li qərarının mübahisələndirilməsi imkanı artıq itirilmişdir. Odur ki, müvafiq qərar qüvvədə olduğundan onun əsasında verilmiş şəhadətnamələr mübahisələndirilə bilməz. Uzun müddət mövcud olan tələbin qaldırılmaması həmin tələbin itirilməsinə, o da öz növbəsində iddianın mümkünsüz sayılmasına gətirib çıxarır. Odur ki, artıq ötürülmüş prosessual müddət İPM-lə bərpa oluna bilməz. Yəni, 01.01.2011-ci il tarixədək mübahisələndirilməsi mümkün olmayan hüquqi faktlar bu tarixdən sonra da mübahisələndirilə bilməzlər. İddia tələbinin “qanuni mülkiyyətdə olan həyətyanı torpaq sahəsinə uyğun birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə isə məhkəmə izah edir ki, həmin tələb ilkin tələbdən asılı tələbdir. Odur ki, ilkin tələbin qeyri-mümkün olması iddia tələbinin həmin hissəsinin də mümkünsüzlüyünə gətirib çıxrdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı və X9 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 65 saylı qərarına uyğun olaraq keçmiş Azərbaycan Respublikası DTXK tərəfindən texniki səhvlə verilmiş JN-093A və JN-144F saylı saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə torpağın plan və ölçüsündə düzəliş edilərək onun və ailə üzvlərinin qanuni mülkiyyətində olan həyətyanı torpaq sahələrinə uyğun birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar