Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1140/2020 24.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi yanında Cavabdehnə qarşı “Hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq nəzərə alınmaqla, xx.xx.2013-cü il tarixdən Dövlət qulluqçusu kimi əmək pensiyasının məbləğinin yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Şəki rayonu kənd təsərrüfatı idarəsində, Şəki rayon aqrar-sənaye istehsalat birliyində, Şəki Aqrokombinatında Dövlət qulluqçusi kimi müxtəlif vəzifələrdə işləmişdir. Həmçinin xx.xx.1983-cü il tarixdən Şəki rayon Aqrar sənaye birliyinin rəisi və sədr müavini, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək isə Şəki Aqrokombinatının direktor müavini vəzifələrini icra etmişdir. Ona xx.xx.2010-cu il tarixdən yaşa görə 23 il 2 ay Dövlət Qulluğu stajı və 1988-1992-ci illərin əmək haqqısı nəzərə alınmaqla Dövlət qulluqçusu kimi əmək pensiyası təyin olunmuşdur. Hal-hazırda 739,16 manat məbləğində əmək pensiyası alır. Ona əmək pensiyası hesablanarəkən müavin kimi hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq nəzərə alınmamışdır. Bu barədə ƏƏSMN yanında DSMF-nin Şəki şəhər şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin şöbə tərəfindən ünvanına göndərilmiş məkubda müavin vəzifəsində işləyərkən qeyd etdiyi əlavəni almadığı üçün pensiyanın yenidən hesabanmasından imtina olunmuşdur. Cavabdeh iddiaya qarşı münasibətində bildirmişdir ki, vətəndaş İddiaçı xx.xx.2012-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçının 23 il 2 ay Dövlət qulluğunda olan iş stajı nəzərə alınaraq həmin tarixdən Dövlət Qulluqçusu kimi qulluq stajına görə əlavə ödənilir. Hal-hazırda Şəki rayon Aqrar-Sənaye Birliyinin direktor müavini vəzifəsində işlədiyi 1988-1992-ci illərə görə, əsas əmək haqqı 675.0 manat, 24 % staj əlavəsi 162.0 manat, 16.68 % mükafatlar 112.59 manat nəzərə alınmaqla, 739.16 manat əmək pensiyası hesablanaraq ödənilir. İddiaçının ərizəsində qeyd etdiyi vəzifə səlahiyyətlərinin icrasına görə 15 % əlavənin nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması 1988- 1992-ci illərdə müavin vəzifəsində işləyərkən həmin əlavəni almadığı üçün mümkün olmamışdır. Buna görə də iddianı əsassız hesab edir və Məhkəmədən təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı iddianın təmin olunmasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nin Şəki şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli imtina məktubu, ИТ seriyalı ******* nömrəli əmək kitabçasının surəti, DSMF-nin Şəki şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubu, DSMF-nin Şəki şəhər şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2011-ci il tarixli 495 nömrəli Qərarının təsdiqlənmiş surəti, xx.xx.2011-ci il tarixli 3 nömrəli Arxiv arayşının təsdiqlənmiş surəti, 712552 nömrəli Pensiyaçının uçot vərəqinin təsdiqlənmiş surəti, aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri ilə bağlı məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək isə Şəki Aqrokombinatının direktor müavini vəzifəsini icra etmişdir. İşdə olan DSMF-nin Şəki şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubundan görünür ki, İddiaçının 23 il 2 ay Dövlət qulluğunda olan iş stajı nəzərə alınaraq həmin tarixdən Dövlət Qulluqçusu kimi qulluq stajına görə əlavə ödənilir. Halhazırda Şəki rayon Aqrar-Sənaye Birliyinin direktor müavini vəzifəsində işlədiyi 1988- 1992-ci illərə görə, əsas əmək haqqı 675.0 manat, 24 % staj əlavəsi 162.0 manat, 16.68 % mükafatlar 112.59 manat nəzərə alınmaqla, 739.16 manat əmək pensiyası hesablanaraq ödənilir. İddiaçının ərizəsində qeyd etdiyi vəzifə səlahiyyətlərinin icrasına görə 15 % əlavənin nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması 1988- 1992-ci illərdə müavin vəzifəsində işləyərkən həmin əlavəni almadığı üçün mümkün olmamışdır. “Əmək Pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. “Dövlət qulluğu haqqında” Qanunun 23.1, 23.2 və 23.4-cü maddələrində təsbit edilmişdir ki, dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi iddiaçıya pensiya təyin edilərkən 5 il olmuşdur. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyət orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2005-ci il tarixli 290 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə xx.xx.1991-ci il tarixədək dövlət, sovet və partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələr Təsnifatı Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısında qeyd olunan vəzifələrdə xidmət etmiş şəxslər dövlət qulluqçusu kimi pensiya təminatı hüquqlarına malikdirlər. Qanunvericiliyin istinad olunan müddəalarından göründüyü kimi şəxsin dövlət qulluqçusu kimi pensiya hüququnun olması üçün onun 5 il daimi dövlət qulluğunda xidmət etməsi kifayətdir. İddiaçının 23 il 2 ay Dövlət qulluğunda olan iş stajı nəzərə alınaraq həmin tarixdən Dövlət Qulluqçusu kimi qulluq stajına görə əlavə ödənilir. Hal-hazırda Şəki rayon Aqrar-Sənaye Birliyinin direktor müavini vəzifəsində işlədiyi 1988-1992-ci illərə görə, əsas əmək haqqı 675.0 manat, 24 % staj əlavəsi 162.0 manat, 16.68 % mükafatlar 112.59 manat nəzərə alınmaqla, 739.16 manat əmək pensiyası hesablanaraq ödənilir. Lakin iş materiallarında olan sənədlərdə iddiaçının hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq alması barədə müvafiq sənədsübutlar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2020-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq alması barədə təsdiqedici sənədlərin olmaması səbəbindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi yanında Cavabdehnə qarşı “Hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq nəzərə alınmaqla, xx.xx.2013-cü il tarixdən Dövlət qulluqçusu kimi əmək pensiyasının məbləğinin yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1140/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1140/2020
24.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver