Məhkəmə qərarları › İş №2-1(116)-1140/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1140/2021

09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1140/2021 09.12.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci bəndində qərara alınmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Həmin Fərmanın 2-ci bəndinə əsasən, bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılmışdır. Həmin Fərmanın 3, 3.1, 3.2-ci bəndlərinə müvafiq olaraq, Komissiyaya tapşırılmışdır ki: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Beləliklə, sözügedən Fərmanın müddəalarından göründüyü kimi, bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısının hazırlanması adıçəkilən Komissiyaya tapşırılmış və hazırlanmış siyahının Maliyyə Nazirliyinə təqdim edilməsi vəzifə olaraq müəyyən edilmişdir. Deməli, hazırkı iddia ərizəsində irəli sürülmüş tələblə əlaqədar olan məsələnin həlli səlahiyyətləri yalnız sözügedən komissiyaya aid edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin isə şəxsi dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil etmək səlahiyyəti yoxdur. Analoji hüquqi mövqe başqa bir şəxsin eyni iddiasına dair 2-1(102)- 1606/2021 nömrəli iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22.09.2021-ci il tarixli qərarında da ifadə edilmişdir. Şəki İnzibati Məhkəməsinin 27.10.2021-ci il tarixli məktubu ilə həmin hallar İddiaçı diqqətinə çatdırılmış, eyni zamanda, ona izah edilmişdir ki, əgər o, hazırkı iddianı məhkəməyə verməzdən əvvəl yuxarıda qeyd olunan komissiyaya müraciət etmişdirsə və komissiya onu siyahıya daxil etməkdən imtina etmişdirsə, o, bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etməli və iddiasını dəyişdirərək həmin komissiyanı cavabdeh qismində göstərməklə məhkəməyə yeni iddia ərizəsi verməlidir. Bu sənədlərin məhkəməyə təqdim edilməsi üçün 20 gün müddət təyin edilmiş və əks təqdirdə, iddianın mümkün sayılmaması məsələsinin müzakirə ediləcəyi iddiaçıya bildirilmişdir. Məhkəmənin yardım məktubu İddiaçı poçt vasitəsilə göndərilmiş, 11.11.2021-ci ildə imza etdirilməklə ona çatdırılmış, lakin təyin olunmuş 20 gün müddətdə və ondan sonra ötən günlərdə iddiaçı məhkəmənin təklifinə cavab verməmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddianın mümkün sayılması üçün əsaslar mövcud deyil. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar