Məhkəmə qərarları › İş №2-1(116)-1141/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1141/2022

05.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1141/2022 05.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Şamaxı rayonu Əzizbəyov adına sovxozda tam 6 illik əmək stajının və 1989-1990-cı illərdə Ağsu rayon M.B.Qasımov adına kolxozda kolxozçu kimi 1 il 7 gün iş stajına malik olmağını nəzərə alınmaqla pensiya hüququnun yarandığı vaxtdan pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə açıq, şifahi, məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şamaxı rayonu Əzizbəyov adına sovxozda tam 6 illik əmək stajının və 1989-1990-cı illərdə Ağsu rayon M.B.Qasımov adına kolxozda kolxozçu kimi 1 il 7 gün iş stajına malik olmağını nəzərə alınmaqla pensiya hüququnun yarandığı vaxtdan pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, xx.xx.1963-cü ildə Şamaxı rayonunun Oculu kəndində anadan olmuşdur., Ağsu şəhər sakini X1 ilə 10 noyabr 1986-cı ildə nikah bağlayaraq ailə qurmuş və ər familiyasını qəbul etmişdir. Onların birgə nikahından 5 uşaq dünyaya gəlmişdir. Əmək fəaliyyətinə 1981-ci ildən başlamışdır. xx.xx.2021-ci il tarixədək Ağsu RMX-da 18 illik əmək stajının olması və əvvəlki 7 illik əmək stajının olması iddiaçıya imkan verirdi ki, 5 uşaqlı ana kimi 25 il əmək stajı ilə xx.xx.2021-ci il tarixdə pensiya hüququa malik olsun. İddiaçı, cavabdehə müraciət edərək pensiya hüququnun yarandığı vaxtdan pensiya təyin edilməsini xahiş etmiş, cavabdeh inzibati orqan imtina etmişdir. Buna görə də hazırki inzibati mübahisə yaranmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında pensiya təyinatı alt sistemindən çıxarışı təqdim edərək bildirdi ki, iddiaçının tələbi təmin olunmuş və artıq ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin **********7 nömrəli xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətinin təmin olunmasından imtina etmişdir. - cavabdeh tərəfindən təqdim edilmiş, pensiya təyinatı alt sisteminin çıxarışından görünür ki, xx.xx.2022-ci il tarixli qərar ilə iddiaçıya müddətsiz pensiya təyin edilmişdir. Əsaslandırma hissəsi : Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdir. Buna baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat təqdim etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Beləliklə, iş materiallarından görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır. Cavabdeh orqan tərəfindən təqdim edilmiş, pensiya təyinatı alt sisteminin çıxarışla müəyyən edilir ki, iddiaçının tələbi təmin edilmiş və bununla da tərəflər arasındakı inzibati mübahisə aradan qalxmışdır. Belə olan halda məhkəmə hesab edir ki, işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. İnzibati Prossesual Məcəllənin: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İPM-in 81.2-ci və 90.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Şamaxı rayonu Əzizbəyov adına sovxozda tam 6 illik əmək stajının və 1989-1990-cı illərdə Ağsu rayon M.B.Qasımov adına kolxozda kolxozçu kimi 1 il 7 gün iş stajına malik olmağını nəzərə alınmaqla pensiya hüququnun yarandığı vaxtdan pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə icraata xitam verilir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar