Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1142/2020 24.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsin Mingəçevir şəhər filialına qarşı “xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək xxxxxx ASC-nin tabeliyində olan Mingəçevir şəhərində yerləşən Mərmər zavodunda əmək stajının müəyyən edilməsi və əmək pensiyasının təyinatının cavabdehə həvalə edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı ali təhsil aldıqdan sonra xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək hərbi xidmət keçmişdir. Sonra isə xx.xx.2009-cu ildə xxxxxx ASC-nin tabeliyində olan Mingəçevir şəhərində yerləşən Mərmər zavodunda işə başlamışdır, istehsalatda xəsarət almağına baxmayaraq xx.xx.2014-cü il tarixədək işinə davam etmişdir. Ona 3-cü dərəcəli əlliliyinə görə sosial pensiya təyin edilmişdir. O, hazırda əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respulikası ƏƏSMN-nin yanında DSMF-nin Mingəçevir şəhər şöbəsinə müraciət etmişdir. Lakin DSMF-nin Mingəçevir şəhər şöbəsi ona əvvəl 4 il 7 ay 13 gün sosial sığorta stajı müddəti, sonrakı məktubunda isə 4 il 2 ay müddətində sosial sığorta stajı hesablayaraq, əmək pensiyasının təyinatı üçün müddət çatışmamazlığı olduğunu bildirərək, əmək pensiyasının təyinatından imtina etmişdir. Onun əmək stajı düzgün hesablanmır, bu səbəbdən o, məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, maraqlı şəxs iş fəaliyyətini dayandırdığı üçün onun əmək stajını müəyyən edilməsi başqa qaydada mümkün deyil. Hazırda işsizdir və aldığı sosial müavinətlə tələbatını ödəyə bilmir. Ona görə də əmək qabiliyyətinin və sağlamlıq imkanlarının məhdud olmasını nəzərə alaraq ona əmək stajının müəyyən edilməsində və pensiyasının təyinatında köməklik göstərilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin etirazının dəlilləri: İddiaçıya əmək qabiliyyətini itirdiyinə görə 8 saylı Mingəçevir zona TSEK-i tərəfindən xx.xx.2010 ci il tarixdə üçüncü qrup əlillik müəyyən edilmiş və həmin tarixdən sosial müavinət alır. xx.xx.2016-cı il tarixdə üçüncü qrup əlilliyə görə əmək pensiyası yəyin olunması üçün müraciət etmiş, 4 il 7 ay 21 gün sosial sığorta stajı hesablanmışdır. Tələb olunan 5 il 4 ay sosial sığorta stajı olmadığına görə ərizəsindən imtina olunmuşdur. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edib təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan DSMF-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2017-ci il tarixli 57/1971 nömrəli imtina məktubundan görünür ki, Əmək və X5 Nazirliyi yanında Dövlət X7 X8 İdarəsinin xx.xx.2017-ci il tarixli 99/xx/xx-11305 nömrəli Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışına əsasən iddiaçının 3 il 7 ay sosial sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində 2104,30 manat pensiya kapitalı və xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmış və ümumi sosial sığorta stajınız 4 il 2 ay müəyyən olunmuşdur. Əmək və X5 Nazirliyi yanında Dövlət X7 X8 İdarəsinin xx.xx.2017-ci il tarixli 99/xx/xx-11305 nömrəli Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışında qeyd olunmuşdur ki, 2009-2010-cu illər üçün xxxxxx ASC tərəfindən təqdim olunmuş B3 məlumatlarında sığortaolunanın əmək fəaliyyəti haqqında heç bir məlumat qeyd edilməmişdir. İş materiallarında olan “xxxxxx” ASC-nin xx.xx.2020-ci il tarixli 01-79/336 nömrəli Arxiv Arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2009-cü ildə (əmr № 15/20-kş, xx.xx.2009-cü il) “xxxxxx” ASC-nin X2 və X3 Emalı Zavodana operator kimi işə qəbul edilmiş, xx.xx.2011-ci ildə (əmr № 02/22-kş, xx.xx.2011-ci il) X2 və İstehsal İdarəsinin 1№li Təmir sahəsinə gözətçi keçirilmiş, xx.xx.2012-ci ildə (əmr № ATÜ/04/1,xx.xx.2012-ci il) X2 və İdarəsinin 1№-li Təmir sahəsinə 3-cü dərəcəli gözətçi keçirilmiş və xx.xx.2014-cü ildə (əmr № 82/22-kş, xx.xx.2014-cü il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli, şəxsiyyət vəsiqələrinin təsdiq edilmiş surəti, DSMF-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2017-ci il tarixli 57/1971 nömrəli və xx.xx.2017-ci il tarixli imtina məktubları, B seriyalı 082644 nömrəli Diplomun təsdiqlənmiş surəti, xx.xx.2009-cu il tarixli Əmək kitabçasının təsdiqlənmiş surəti, 220897 nömrəli əlillik vəsiqəsinin təsdiqlənmiş surəti, AO seriyalı ******* nömrəli Hərbi biletin təsdiqlənmiş surəti, DSMF-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubu, DSMF-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2017-ci il tarixli 987 nömrəli qərarının surəti, Əmək və X5 Nazirliyi yanında Dövlət X7 X8 İdarəsinin xx.xx.2017-ci il tarixli 99/xx/xx-11305 nömrəli Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə Arayışının surəti, SHXÇDX-nin 681 nömrəli 2016-cı il tarixli Arayışının surətiaiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli qanunla 12.1-ci maddə yeni redaksiyada - “12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.” Əvvəlki redaksiyada deyilirdi: 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Belə ki, iddiaçının əlilliyə görə pensiya almaq hüququ xx xxxxxx 2016-cı il tarixdə yarandığından mübahisəyə xx xxxx 2017-ci il tarixdə qüvvədə olan Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməlidir. Əmək Pensiyaları haqqında Qanununun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1985-ci il tarixdə doğulmuş, onun hüququ yarandığı xx xxxxxx 2016-cı il tarixdə 31 yaşı olmuş və həmin tarixdən ona əlilliyə görə pensiya təyin edilməsi üçün 5 il 4 ay sosial sığorta stajı tələb olunur (31 il - 15 il = 16x4ay /12 = 5 il 4 ay). İddiaçının həmin tarixə tələb olunan 5 il 4 ay sosial sığorta stajı yoxdur. (xx.xx.2006-cı ildən xx.xx.2017-ci il tarixinə kimi PAS-da qeyd olunan fərdi uçot məlumatlarına əsasən 3 il 8 ay və hərbi xidmətdə olduğu 11 ay 21 gün müddət də daxil olmaqla cəmi 4 il 7 ay 21 gün sosial sığorta stajı var) İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinin redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsin Mingəçevir şəhər filialına qarşı “xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək xxxxxx ASC-nin tabeliyində olan Mingəçevir şəhərində yerləşən Mərmər zavodunda əmək stajının müəyyən edilməsi və əmək pensiyasının təyinatının cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1142/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1142/2020
24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver