Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1147/2020 27.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyi tabeliyində Dövlət X11 publik hüquqi şəxsin Qax rayon filialına qarşı “1986-cı ildə Qax rayon 7 nömrəli X10 fəhlə işlədiyi 6 ay, 1981-1982, 1986-1996-cı illərdə Qax rayonunun Qorağan kəndinin “Azərbaycan” kolxozunda işlədiyi 10 il 1 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən ikinci qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx xxxxxx 1964-cü il tarixdə Qax rayonunun Qorağan kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1981-1982-ci illərdə Qax rayonunun Qorağan kəndinin “Azərbaycan” kolxozunda işləmişdir. Hərbi xidmətə getməyi ilə əlaqədar olaraq kolxoz üzvlüyündən azad olunmuş və xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixə kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixə kimi Qax rayonu 111 nömrəli X12 Məktəbində təhsil almışdır. 1985-ci ilin iyul ayından 1986-cı ilin iyul ayınadək Qax rayonu 7 nömrəli X10 fəhlə, 1986-1996-cı illərdə Qax rayonunun Qorağan kəndinin “Azərbaycan” kolxozunda mexanizator işləmişdir. xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyinin Tibbi X2 görmə pozğunluğu ilə əlaqədar olaraq İİ qrup əlillik müəyyən edilmişdir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün Dövlət X8 Qax rayon şöbəsinə şifahi müraciətində ona şöbə tərəfindən indiki imtina məktubunda qeyd etdiyi kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda 2017-ci ilin 1 iyulundan sonra dəyişiklik edildiyi, İİ və İİİ qrup əlillərə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtinin tələb olunduğu bildirilmişdir. Həmin tarixdən bu günə kimi əmək stajının olduğu halda sosial müavinət alır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Əlilliyinin Qanuna dəyişikliklər edilməsindən əvvəlki tarixdə xx.xx.2017-ci il tarixdə müəyyən edildiyi və həmin tarixdə 53 yaşının tamam olmasını nəzərə alaraq ona əmək pensiyasının təyin edilməsi üçün 12 il 08 ay əmək stajının olması tələb olunur. Buradan aydın olur ki, şöbə tərəfindən onun konstitusyon hüquqları pozulmuşdur. Dövlət X8 Qax rayon şöbəsinin ona yazdığı imtina məktubunda qeyd edildiyi kimi onun əmək stajı 02 il 05 gün hərbi xidmətdə olduğu müddət, 10 ay 21 gün təhsil aldığı dövr və məhkəmə qərarı ilə təsdiq olunduğu halda sosial sığorta stajına daxil edilə biləcək 10 il 01 ay Qax rayonunun Qorağan kəndinin “Azərbaycan” kolxozunda işlədiyi dövr və 06 ay 7 nömrəli X10 işlədiyi müddət nəzərə alındıqda ümumilikdə 13 il 05 ay 26 gün müəyyən oluna bilər. Belə olan halda ona əlilliyə görə sosial müavinət deyil xx xxxx 2017-ci il tarixədək hüququnun yarandığı üçün əmək pensiyası təyin olunmalıdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “1986-cı ildə Qax rayon 7 nömrəli X10 fəhlə işlədiyi 6 ay, 1981-1982, 1986-1996-cı illərdə Qax rayonunun Qorağan kəndinin “Azərbaycan” kolxozunda işlədiyi 10 il 1 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən ikinci qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçı xx xxxxxx 2020-ci il tarixdə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün Əmək və X7 Nazirliyi yanında Dövlət X8 Qax rayon şöbəsinə müraciət etmişdir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən (bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci ilin 1 iyul tarixindən 110 manat məbləğində, xx.xx.2018-ci il tarixdən “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Sərəncami ilə 116,27 manat məbləğində, xx.xx.2019-cu il tarixdən “Əmək pensiyasının sığorta hissəsinin 2018-ci il üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən 119,76 manat məbləğində, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən xx.xx.2019-cu il tarixdən 160,0 manat, xx.xx.2019-cu il tarixdən 200,0 manat məbləğində müəyyən olunur) az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. 2006cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı əmək kitabçasında qeyd edilən həmçinin, dövlət arxivinin arayışları əsasında təsdiqlənən dövrlər istisna olmaqla vətəndaşın işləməsi barədə verilmiş stajın təsdiq edilməsi ilə bağlı arxiv arayışları məhkəmə qərarından sonra nəzərə alına bilər. İddiaçının 1981-1982-ci və 1986-1996-cı illərdə Qax rayonunun Qorağan kəndinin “Azərbaycan” kolxozunda işlədiyi dövrlər Qax rayon Dövlət Arxivindən verilmiş xx.xx.2020ci il tarixli 76/1 nömrəli arayışla təsdiq edilsə də əmək kitabçasında ata adında uyğunsuzluq olduğu, yəni İddiaçı Abdurahman oğlu qeyd edildiyi, eyni zamanda Qax rayon Dövlət Arxivindən verilmiş arayış əsasında Qax rayon 7 nömrəli X4 İdarəsində işlədiyi müddət əmək kitabçasında qeyd edilmədiyi üçün həmin dövrlərin yuxarıda qeyd edilən səbəblərdən İddiaçı sosial sığorta stajının müəyyən edilməsi zamanı nəzərə alınması qanunamüvafiq hesab edilməmişdir. Qeyd edildiyi kimi vətəndaşa əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün Qanunun 12.1-ci maddəsinə əsasən müraciət etdiyi tarixdə 56 yaşınının tamam olduğunu nəzərə alalarq 13 il 08 ay ( 56 yaş - 15 yaş (əmək qabiliyyətli yaş dövrü) = 41 yaş x 4 ay = 164 ay) sosial sığorta stajının və eyni zamanda fərdi hesabının sığorta hissəsində respublika üzrə müəyyən olunan əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması tələb olunur. Müraciət etdiyi tarixdə İddiaçı qanunla müəyyən olunan qaydada tələb olunan sosial sığorta stajına və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olmadığı üçün ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbinə uyğun deyildir. Sərəncamda qeyd edilmiş suallarla bağlı bildiririk ki, iddiaçının xx.xx.2017-ci il tarixə sosial sığorta stajı mübahisələndirilməyən 02 il 05 gün hərbi xidmətdə olduğu müddət, 10 ay 21 gün təhsil aldığı dövr və məhkəmə qərarı ilə təsdiq olunduğu halda 10 il 01 ay 1981- 1982-ci və 1986-1996-cı illərdə Qax rayonunun Qorağan kəndinin “Azərbaycan” kolxozunda, həmçinin 06 ay Qax rayon 7 №-li X4 İdarəsində işlədiyi dövrlər nəzərə alındıqda ümumilikdə 13 il 05 ay 26 gün müəyyən oluna bilər. İddiaçı əlilliyinin müəyyən edildiyi xx.xx.2017-ci il tarixdə qüvvədə olan qanunvericiliyə uyğun həmin tarixdə 53 yaşının tamam olduğunu nəzərə alaraq 12 il 08 ay (53 yaş -15 yaş (əmək qabiliyyətli yaş dövrü) = 38 yaş x 4 ay = 152 ay) sosial sığorta stajının olması tələb olunur. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 14760386 nömrəli X3 təsdiqlənmiş surəti, Dövlət X8 Şəki şəhər Şöbəsinin xx.xx.2020-ci il tarixli **********7 nömrəli imtina məktubu və xx.xx.2020-ci il tarixli qərarı, SHXÇDX-nin xx.xx.2020-ci il tarixli Arayışı, Qax rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 77/1 saylı Arxiv Arayışınları, Əmək və X7 Nazirliyinin xx.xx.2020-ci il tarixli X1 sonuncu müayinəyə dair məlumatı, 766263 nömrəli Diplomun təsdiqlənmiş surəti, A3E seriyalı ******* nömrəli əmək kitabçasının surəti, DSMF-nin Qax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia, həmçinin əsaslıdır. İşdə olan DSMF-nin xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubundan görünür ki, iddiaçının xx.xx.2017-ci il tarixə sosial sığorta stajı mübahisələndirilməyən 02 il 05 gün hərbi xidmətdə olduğu müddət, 10 ay 21 gün təhsil aldığı dövr və məhkəmə qərarı ilə təsdiq olunduğu halda 10 il 01 ay 1981-1982-ci və 1986-1996-cı illərdə Qax rayonunun Qorağan kəndinin “Azərbaycan” kolxozunda, həmçinin 06 ay Qax rayon 7 №-li X4 İdarəsində işlədiyi dövrlər nəzərə alındıqda ümumilikdə 13 il 05 ay 26 gün müəyyən oluna bilər. İddiaçı əlilliyinin müəyyən edildiyi xx.xx.2017-ci il tarixdə qüvvədə olan qanunvericiliyə uyğun həmin tarixdə 53 yaşının tamam olduğunu nəzərə alaraq 12 il 08 ay (53 yaş -15 yaş (əmək qabiliyyətli yaş dövrü) = 38 yaş x 4 ay = 152 ay) sosial sığorta stajının olması tələb olunur. İddiaçının 1985-1986-cı il tarixlərdə Qax rayon Təsərrüfatlararası 7 nömrəli X10, 1981-1982, 1986-1996-cı il tarixdə Qax rayon Qorağan kənd “Azərbaycan” kolxozunda işləməsi Qax rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 77/1 saylı Arxiv Arayışınları ilə öz təsdiqini tapır. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli qanunla 12.1-ci maddə yeni redaksiyada - “12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.” Əvvəlki redaksiyada deyilirdi: 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Belə ki, iddiaçının əlilliyə görə pensiya almaq hüququ xx xxx 2017-ci il tarixdə yarandığından (həmin tarixə tələb olunan stajı toplandığından) mübahisəyə xx xxx 2017-ci il tarixdə qüvvədə olan Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməlidir. Əmək Pensiyaları haqqında Qanununun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinin redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1986-cı ildə Qax rayon 7 nömrəli X10 fəhlə işlədiyi 6 ay, 1981-1982, 1986-1996-cı illərdə Qax rayonunun Qorağan kəndinin “Azərbaycan” kolxozunda işlədiyi 10 il 1 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən ikinci qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyi tabeliyində Dövlət X11 publik hüquqi şəxsin Qax rayon filialının üzərinə İddiaçı 1986-cı ildə Qax rayon 7 nömrəli X10 fəhlə işlədiyi 6 ay, 1981-1982, 1986-1996-cı illərdə Qax rayonunun Qorağan kəndinin “Azərbaycan” kolxozunda işlədiyi 10 il 1 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən ona ikinci qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1147/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1147/2020
27.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver