Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1147/2023 06.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X8 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyesrtində qeydiyyata alınmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin (qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – xx.xx.2019) yerləşdiyi 0,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyesrtində qeydiyyata alınmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin (qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – xx.xx.2019) yerləşdiyi 0,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddia tələbi “cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin (qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – xx.xx.2019) yerləşdiyi 0,15 ha torpaq sahəsi üzərində İddiaçı2 mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsi kimi dəqiqləşdirilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-170/2022 nömrəli qərardadı “İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyesrtində qeydiyyata alınmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin (qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – xx.xx.2019) yerləşdiyi 0,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıİddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyesrtində qeydiyyata alınmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin (qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – xx.xx.2019) yerləşdiyi 0,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia mümkün sayılmamışdır. İddiaçıların xx.xx.2022-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-170/2022 nömrəli qərardadından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(107)-71/2023 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-170/2022 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş bakılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1147/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddiasının onunla əsaslandırmışdır ki, Zaqatala rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 540 saylı sərəncamına əsasən, X2 0.15 ha torpaq sahəsi ayrılmış və 29 noyabr 1999-cu il tarixdə bağlanmış “Torpaqların Alqı-satqısına dair” Akta əsasən dəyəri ödənilməklə sonuncuya satılmışdır. Həmin akt xx.xx.1999-cu il tarixdə, 266 nömrəli keçmiş Zaqatala rayon Torpaq şöbəsində qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsi üzərində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 04 aprel 2013cü iltarixdə X6 bağışlanılmış və sonuncunun əmlak kompleksi kimi müəssisə üzərində hüquqları xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. X9 xx.xx.2018-ci il tarixdə vəfat etdiyi üçün, ondan miras qalmış həmin əmlak xx.xx.2019-cu il tarixli, 2V-921 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə və eyni tarixli, 3M-374 nömrəli “Miras payın bağışlanması” haqqında müqaviləyə əsasən İddiaçı1 Nurəddin oğlunun adına keçmişdir. İddiaçı1 Nurəddin oğlunun qeyd olunan daşınmaz əmlak üzərində hüquqları xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir.İşdəndə göründüyü kimi, üzərində İddiaçı1 Nurəddin oğlunun mülkiyyət hüququ qeydiyyata alınmış “Əmlak kompleksi kimi müəssisə”nin altında yerləşən 0.15 ha torpaq sahəsi qanuni əsaslara görə iddiaçıların mülkiyyətində olduğu halda, onların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.İddiaçılar0.15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi barədə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh xx.xx.2021-ci il tarixli **********56 №-li məktubla ərizənin təmin edilməsindən imtina etmişdir. Cavabdeh iddiaya qarşı münasibətində bildirmişdir ki, dövlətə məxsus olan qeyd olunan torpaq sahəsini xx.xx.1999-cu il tarixdə bələdiyyə mülkiyyəti kimi özgəninkiləşdirilməsi barədə səlahiyyətsiz şəxs Zaqatala rayon İcra Hakimiyyəti tərəfindən sərəncam qəbul edilmişdir. Belə ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsi üzərində yerləşən 1961-ci ildə inşa edilmiş “taxıl anbarı”, 1961-ci ildə inşa edilmiş “taxıl navesi” və 1983-cü ildə inşa edilmiş “taxıl navesi” YAİK-nın xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı ilə əmlak payı kimi X3 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasında torpaq islahatı zamanı aparılan islahat zamanı qeyd olunan dövlətə məxsus olmuş əmlakların yerləşdiyi torpaq sahələrri dövlət mülkiyyətində saxlanılmış və həmin torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğu üçün onun barəsində sərəncam vermək hüququ həmin dövrdən Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinə məxsus olmuşdur.Hal hazırda da həmin səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi həyata keçirir. Yuxarıda qeyd edilən səbəblərər görə iddia tələbinin icrası olunması tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir.Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-730/2023 nömrəli məktubuna əlavə edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışın təsdiqlənmiş surətlərindən görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0.10419 ha torpaq sahəsi İddiaçı1 Nurəddin oğlunun adına qeydiyyata alınmışdır.
3. 3619004559 qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışın təsdiqlənmiş surətlərindən görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0.10419 ha torpaq sahəsi X3 oğlunun adına qeydiyyata alınmışdır.
4. xx.xx.2019-cu il tarixli “Vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən görünür ki, X12, İddiaçı1 Nurəddin oğlu, X10, X1 Nurəddin Qasım oğlunun vərəsələridir.
5. xx.xx.2019-cu il tarixli miras payının bağışlanması haqqında müqavilənin surəti;
6. 25.11.1999-cu il tarixli ödəniş qəbzinin surəti;
7. Zaqatala rayon Əliabad qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli sərəncamının surəti;
8. Zaqatala rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 540 saylı sərəncamından çıxarışın surəti;
9. xx.xx.1999-cu il tarixli 266 nömrəli Torpaqların alqı-satqısına dair Aktın surəti;
10. 28 aprel 1998-ci il tarixdə Zaqatala rayon AİK-nın 14 saylı qərarı ilə təsdiqlənmiş Torpağa Mülkiyyət və X13 Dair Şəhadətnamənin surəti;
11. 02.09.2019-cu ildə tərtib edilmiş Texniki Pasportun surəti;
12. A seriyalı 254008 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 1500 kv. metr torpaq sahəsi Zaqatala RİHBnın xx.xx.1999-cu il tarixli 540 nömrəli sərəncamı ilə sahibkarlıq fəaliyyəti üçün İddiaçı2 mülkiyyətinə verilmişdir.
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 Saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-4017/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsinin naturada ölçüləri 0.19 ha olmaqla idarənin xidməti istifadəsində olan TEKUİS məlumat bazasında kateqoriyası yaşayış məntəqələri torpaqları, Uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyət növü isə dövlət mülkiyyəti işlənilmişdir.Əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin ümumi sahəsi 0.19 ha və tikintialtı torpaq sahəsi isə 911.3 kv.m-dir
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən:
1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.
2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir.
3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Həmin Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iki məsələ məhkəmə araşdırmasının predmeti olmuşdur.
1. iddia olunan torpaq sahəsinin ayrıldığı zaman inzibati orqanın belə bir səlahiyyətinin olub-olmaması ;
2. həmin torpaq sahəsinin ayrıldığı zaman mülkiyyət növü, hüquqi statusu; Birinci məsələ ilə bağlı məhkəmə qeyd edir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən Zaqatala rayon İcra Hakimiyyətinin belə səlahiyyətinin olması təsdiq olunur. İkinci araşdırma predmeti ilə bağlı işin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, Zaqatala rayon Əliabad qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli sərəncamı ilə bələdiyyə mülkiyyətində olan 0,15 ha torpaq sahəsi İddiaçı2 ayrılmışdır.Həmin sərəncam nəzərə alınaraq Zaqatala rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 540 saylı sərəncamı ilə iddia olunan torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı2 mülkiyyətinə verilmişdir.Tərtib edilmiş xx.xx.1999-cu il tarixli 266 nömrəli Torpaqların alqı-satqısına dair Aktın surətindən göründü kimi müvafiq haqq ödənilmiş,naturada torpaq sahəsi iddiaçıya təhvil verilmişdir.Aktda da ayrılan torpaq sahəsi bələdiyyə ərazisi olaraq təsbit edilmişdir. Cavabdehin iddia olunan torpaq sahəsinin kadastr məlumatlarında dövlət mülkiyyəti kimi qeyd olunmasına münasibətdə məhkəmə qeyd edir ki,Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin cavabdehin sorğusuna əsasən cavab məktubunda qeyd edilir : “Zaqatala rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 540 saylı sərəncamı ilə alqı-satqı predmeti olan 0,15 ha torpaq sahəsi İddiaçı2 ayrılmışdır.Lakin sənədlərin və dövlət Registr məlmatlarının təhlili zamanı həmin torpaq sahələrində dövlət əmlakının olmasına dair heç bir məlumat yoxdur.Kadastr baza məlumatlarının təhlili zamanı isə torpaq sahəsinin dövlət mülkiyyəti kimi qeyd olunduğu aşkar olunmuşdur”. Göründüyü kimi cavabdehin Kadastr baza məlumatları iddia olunan torpaq sahəsinin real hüquqi statusu təsbit etməmişdir.Təqdim edilmiş mütəxəssis rəyinə əalvə olunan yerquruluşu planından da görünür ki,həmin ərazi bələdiyyə mülkiyyətidir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, iddia olunan 0,15 ha torpaq sahəsi üzərində İddiaçı2 mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin (qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – xx.xx.2019) yerləşdiyi 0,15 ha torpaq sahəsi üzərində İddiaçı2 mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə