Məhkəmə qərarları › İş №2-1(116)-1147/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1147/2025

21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1147/2025 21.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “ümumbirgə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “iddiaçının atası mərhum Bazarov Şərabudin Mahama oğluna məxsus olmuş ünvan 1ində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən mülkiyyət hüququnun mərhum Bazarov Şərabudin Mahama oğluna məxsus olması barədə elektron arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-1147/2025 nömrəli qərardadı ilə Balakən rayon Şambul Bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-1147/2025 nömrəli qərardadı ilə Bazarova Şərqiyyə Şərəfəddin qızı və Bazarova Nəzakət Şərafəddin qızı hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. İddiaçı 21 oktyabr 2025-ci il tarixli məhkəmə iclasında tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “ünvan 1ində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi üzərində Bazarov Şərabudin Mahama oğlunun, Bazarova Şəmsiyyət Abdusalam qızının, Bazarova Şərqiyyə Şərəfəddin qızının və Bazarova Nəzakət Şərafəddin qızının ümumbirgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etdi. Ərizə məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə təmin edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bazarov X2 rayonu Şambul kəndi ünvanında qeydiyyatda olmaqla yaşayır. Bazarov Şərabudin Mahama oğlu onun atasıdır. Bazarov Şərabudin Mahama oğlu xx.xx.2021-ci ildə ölmüşdür. Bazarov Şərabudin Mahama oğluna Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci ii tarixli 07 saylı qərarı ilə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində Bazarov Şərabudin Mahama oğlu 1980-cı ildə fərdi yaşayış evi inşa etmişdir. Onun ölümündən sonra həmin təsərrüfatda İddiaçı yaşayır. Hazırda İddiaçı atası Bazarov Şərabudin Mahama oğlundan miras qalmış ünvan 1ində 0.25 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı vərəsəlik işi açmaqla rəsmiləşdirilməsini istəyir. Lakin, ünvan 1ində 0.25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi Bazarov Şərabudin Mahama oğlunun adma daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına görə miras əmlakın rəsmiləşdirilməsi mümkün olmamışdır. Eyni zamanda Bazarov Şərabudin Mahama oğlunun adma keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Cavabdeh iddiaya etirazını qeyd olunan ünvan 2i ünvanında yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əslinin əlavə olunmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında onun vəkili iddia tələbinə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. A 093228 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi;

3. Balakən RİHB Şambul kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışı;

4. Cavabdeh orqanın etirazı və ona əlavə edilmiş sənədlər,JN-428 saylı Dövlət Aktı;

5. Balakən Rayon Dövlət Arxivnin xx.xx.2023-cü il tarixli arxiv arayışı, xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş Şambul kəndi üzrə 1996-2000-ci illərə aid təsərrüfatbaşı kitablardan Bazarov Şərabudin Mahama oğluna və ailə üzvlərinə aid olan hissələrin təsdiq edilmiş surətləri;

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş Baləkən rayon Aqrar İslahat Komissiyasının Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1988-ci ii tarixli 07 nömrəli qərarı;

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatal Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi;

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı qismən əsaslı hesab edir. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçının atasına və ailə üzvlərinə 0,25 ha pay torpaq sahəsi verilmişdir. Həmin qərar əsasında iddiaçının mərhum atasının adına A seriyalı 093228 nömrəli torpaq sahəsinin plan ölçü sənədi verilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə müraciət etməkdə hüquqi marağı Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci ii tarixli 07 nömrəli qərarına əsasən verilmiş, A seriyalı 093228 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 2500 kv.m torpaq sahəsi üzərində Bazarov Şərabudin Mahama oğlunun, Bazarova Şəmsiyyət Abdusalam qızının, Bazarova Şərqiyyə Şərəfəddin qızının və Bazarova Nəzakət Şərafəddin qızının ümumbirgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıınaraq çıxarışın verilməsindən ibarətdir. Cavabdeh imtinasının əsasını iddiaçının hüquqmüəyyənedici sənədləri təqdim etməməsi və torpaq sahəsinin A seriyalı 093228 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatları ilə üst-üstdə düşməməsi təşkil edir. Məhkəmə hüquqmüəyyənedici sənədə münasibətdə qeyd edir ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci ii tarixli 07 nömrəli qərarına əsasən, A seriyalı 093228 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 2500 kv.m torpaq sahəsi Bazarov Şərabudin Mahama oğlunun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.Həmin sənədin əsasında tərtib edilmiş subyektlər siyahısı və onu təsdiqləyən Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci ii tarixli 07 nömrəli qərarı mövcuddur. İddia olunan torpaq sahəsinin yerinin müvafiq sənədlə üst-üstdə düşməməsi ilə bağlı mütəxəssis rəyi tələb olunmuşdur. Təqdim olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçıya verilmiş A seriyalı 093228 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənəd barədə məlumatlar TEKUİS məlumat bazasında öz əksini tapmamışdır. A 093228 nömrəl “Torpaq sahəsinin planı və ölçüsü” səndinin cizgisi və koordinatları iddiaçının naturada istifadəsində olan torpaq sahəsindən 2200 metr aralı məsafəda başqa bir vətəndaşıı naturada istifadəsində olan torpaq sahəsinin hüdudları daxində yerləşir. İddiaçının idda etidiyi və faktiki naturada istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində DWG məlumatlarına əsasən X1 adına 0.25 ha həyətyanı məqsədilə DT və XK Komitəsinin tərtib etdiyi **********0059 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin cizgiləri daxilində yerləşir. İddiaçının naturada istifadəsində olan torpaq sahəsinin naturada ölçüləri 0.25 ha olmaqla TEKUİS məlumat bazasında Balakən rayonu Şambul bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid tikinti altımda olan torpaqlar kimi işlənilmişdir. Həmin torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. Torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. A seriyalı 093228 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatları iddiaçının faktiki istifadə etdiyi sahəsindən 2200 metr aralı məsafədə başqa bir vətəndaşın naturada istifadəsində olan torpaq sahəsinin hüdudları daxində yerləşir. Faktiki istifadə olunan torpaq sahəsinin ölçüsü iddia olunan torpaq sahəsinin ölçüsü ilə eynidir.İddia olunan torpaq sahəsi qapalı həyət daxilindədir və üzərində tikililər var. Təqdim edilən rəyə əsasən müəyyən edilir ki, X1 oğlunun adına işlənilmiş kadastr nömrəsi **********0059 olan plan ölçü sənədinin cizgiləri ilə iddiaçının idda etdiyi və faktiki naturada istifadəsində olan torpaq sahəsi üst-üstdə düşür. Bu fakta münasibətdə məhkəmə qeyd edir ki, kadastr **********0059 nömrəli plan ölçü sənədi adı çəkilən şəxsin adına işlənsə də yerində torpaq sahələrinin faktiki istifadə vəziyyəti fərqlidir. Belə ki, A seriyalı 093228 plan ölçü sənədində göstərilən 2500 kv.m ərazinin koordinatları da faktiki vəziyyətə uyğun deyildir, həmin ərazi iddiaçının naturada istifadəsində olan torpaq sahəsindən 2200 metr aralı məsafəda başqa bir vətəndaşın naturada istifadəsində olan torpaq sahəsinin hüdudları daxində yerləşir. A seriyalı 093228 plan ölçü sənədində göstərilən ərazi ilə naturada istifadə edilən torpaq sahəsi arasında mövcud uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 2016cı il 7 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarına əsasən cavabdehin dürüstləşdirmə aparmaqla vəzifəsidir. Odur ki,məhkəmə iddia tələbini aşağıdakı normaları işin hallarına tətbiq edərək əsaslı hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsi: 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının məqsədi torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək etməkdən ibarətdir. Fərmanın 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki .... torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarının 1.3cü bəndinə əsasən Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. Yuxarıda qeyd olunanlara əsasən iddia təmin edilməli,ünvan 1ində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi üzərində Bazarov Şərabudin Mahama oğlunun, Bazarova Şəmsiyyət Abdusalam qızının, Bazarova Şərqiyyə Şərəfəddin qızının və Bazarova Nəzakət Şərafəddin qızının ümumbirgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə ünvan 1ində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi üzərində (A seriyalı 093228 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdırılmaqla) Bazarov Şərabudin Mahama oğlu,Bazarova Şəmsiyyət Abdusalam qızı, Bazarova Şərqiyyə Şərəfəddin qızı və Bazarova Nəzakət Şərafəddin qızının ümumbirgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar