Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1148/2025 11.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı xx.xx.2021-ci ildən yəni 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki 3 il üçün hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “hüququnun yarandığı xx.xx.2021-ci ildən yəni 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki 3 il üçün hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1980-cı ildən başlamış və müxtəlif idarələrdə ağır və zərərli sahədə işləmişdir. 2024-cü ilin iyun ayında cavabdeh orqana müraciət edərək hüququnun yarandığı vaxtdan ona güzəştli şərtlə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Belə ki, onun ümumilikdə 30 il iş stajı var və bunun da 12,6 ildən çoxu ağır və zərərli sahədə işlədiyi illərdir. İşlədiyi idarələrin böyük əksəriyyətində qaynaqçı işləmişdir. Lakin cavabdeh onun müraciətindən xx.xx.2024-cü il tarixdə 3-17-1/2-Ə-208751/2024 saylı məktubla imtina etmişdir. İmtinanın səbəbi bu olmuşdur ki, “elektrik qaynaqçısı işlədiyi Akvilon QTSC-də xx.xx.1999-cu ildə işdən çıxma əmrini təsdiqləyici möhür oxunmadığından həmin illərə əsaslı şübhələr yaranıb və xx.xx.2009-xx.xx.2012-ci illərdə Azenco ASC-də “STP” Tikinti Layihəsinin Quraşdırma sahəsində quraşdırıcı çilingər işləməyi qeyd edilsə də, işlədiyi müddətdə polad və dəmir beton konstruksiyalarının quraşdırılması ilə məşğul olub olmamağı qeyd edilməyib”. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan azdır. İmtina ilə razı deyil, imtina formal olaraq verilmişdir, əsassızdır. Belə ki, onun iş illərinə dair “Akvilon”QTSC-dən verilən xx.xx.2024-cü il tarixli 05 saylı Güzəştli Arayışda əmək kitabçasındakı qeydləri təsdiqləyici olaraq qeyd edilmişdir ki, İddiaçı xx.xx.1987-ci il tarixdən 1 saylı qəlibləyici sexə 3-cü dərəcəli qəlibləyici qəbul olunmuş, xx.xx.1990-cı ildən xx.xx.1999-cu ilədək armatur sexində əl ilə elektrik qaynaqçısı (8 il 9 ay 07 gün) işləmişdir, xx.xx.1999-cu ildə öz ərizəsi əsasında işdən azad edilmişdir. Əl ilə elektrik qaynaqçısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın “35. Ümumi peşələr” bölməsində (əl ilə qaynaq aparan elektrik qaynaqçıları) peşəsi nəzərdə tutulmuşdur. Bundan başqa "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 01-PH/416 saylı X4 göstərilmişdir ki, İddiaçı xx.xx.1984-cü ildə “Azbaşenerji”nin İstehsalat-Təmir müəssisəsinin Mingəçevir təmir sahəsinə elektrik qaynaqçısı peşəsinə qəbul edilib və xx.xx.1986-cı ildə işdən azad edilib (1 il 22 gün). xx.xx.2006-cı ildə "xxxx"ASC-nin "xxxx"MMC-nin X1 və Təmir İdarəsinin Mingəçevir Təmir Quraşdırma sahəsinə elektrik qaynaqçısı peşəsinə qəbul edilib və xx.xx.2008-ci ildə müqaviləsinə xitam verilib (2 il 6 ay 8 gün). xx.xx.2009-cu ildə Azenco ASC-də “STP” Tikinti Layihəsinin Quraşdırma sahəsinə quraşdırıcı çilingər peşəsinə qəbul edilib və xx.xx.2012-ci ildə əmək müqaviləsinə xitam verilib (3 il 6 ay 28 gün). Həmçinin həmin Arayışda qeyd edilib ki, İddiaçı işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın “35. Ümumi peşələr” bölməsində (əl ilə qaynaq aparan elektrik qaynaqçıları) və Siyahının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” fəslinin “a” fəhlələr bəndinə əsasən “polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar”ın işi üzrə xüsusi zərərli əmək şəraitində işlərə aiddir və güzəştli şərtlə pensiya hüququqna malikdir. Həmin Arayışın qeyd hissəsində Güzəştli pensiya üçün stajımın 8 il 4 ay 15 gün təşkil etməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının 2 nömrəli əlavəsinin 2 nömrəli Siyahısının XXXİİİ “Ümumi peşələr” Fəslinə (kod ********), 23200000-19906 saylı şifrəsinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçıları kodlarına və 2 nömərəli Siyahının XXVİİ Fəslinə (kod ********) əsasən 22900000-14612 kodları ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malik peşələrdir. Beləliklə onun yuxarıda da, qeyd edildiyi kimi güzəştli iş stajı “Akvilon”ATSC-nin güzəştli arayışına və əmək kitabçasına əsasən 8 il 9 ay 07 gün və "xxxx" ASC də 8 il 4 ay 15 gün olmaqla 17 ildən çox ağır və zərərli sahədə iş stajı vardır və ümumi iş stajı 30 ildən çox olduğundan ona qanunvericiliyin tələbinə əsasən hüququnun yarandığı vaxtdan yəni 60 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməli idi. Lakin cavabdeh bundan əsassız olaraq imtina etmişdir. O, 1981-1983-cü ildə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur, xx.xx.1979-xx.xx.1980-cı ildə elektrik qaynaqçısı peşəsi üzrə Peşə təhsili almışdır. Əmək kitabçasına əsasən xx.xx.1980-xx.xx.1981, xx.xx.1981-xx.xx.1981, xx.xx.1984-xx.xx.1984, xx.xx.1984-09.1.1986, xx.xx.1986-xx.xx.1987, xx.xx.1987-xx.xx.1999, xx.xx.2005xx.xx.2006, xx.xx.2006-xx.xx.2008, xx.xx.2008-xx.xx.2009, xx.xx.2009-xx.xx.2012, xx.xx.2012-xx.xx.2014, xx.xx.2015-xx.xx.2017, xx.xx.2019-xx.xx.2020, xx.xx.2020xx.xx.2023-cü illərdə işləmişdir, bunun da 16 ildən çoxu ağır və zərərli sahəyə aiddir. Cavabdehin imtinasının bir hissəsi də, onun əmək kitabçasının 1999-cu ildə işdən çıxma qeydindəki möhürün oxunmaması ilə bağlıdır ki, bu da əsassızdır, çünki əmək kitabçasında həmin hissədə müəssisənin adının dəyişdirilməsi və işdən azad edilməsi açıq şəkildə qeyd edilib və bu iş yerindən verilən arayışla təsdiq edilir. Cavabdeh orqan, iddia tələbinə etirazında aşağıdakıları qeyd etmişdir: - İddiaçı cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin İddiaçı dair xx.xx.2024-cü il tarixli arayışında iddiaçının xx.xx.2009-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin “STP” Tikinti Layihəsinin Quraşdırma sahəsində quraşdırıcı çilingər peşəsində işlədiyi qeyd edilmişdir. Lakin həmin arayışda işlədiyi müddətdə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə məşğul olub-olmadığına dair hər hansı məlumat qeyd olunmamışdır. Belə ki. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı'nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar peşəsi və həmin bölmədə mütəxəssislər yarımbəndi (b) nəzərdə tutulmuşdur. Göründüyü kimi İddiaçı çalışmış olduğu vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarında nəzərdə tutulmuş vəzifə ilə uyğunluq təşkil edib-etmədiyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən İ4T-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1987- 02.01,1999-cu il tarixləri arasındakı dövr ərzində “Akvilon" QTSC-də işlədiyi qeyd olunmuşdur Sözügedən əmək kitabçası araşdırılarkən xx.xx.1999cu il tarixinə aid işdən çıxma əmrinin təsdiqləndiyi möhürün oxunmaması səbəbindən həmin dövrə dair məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Bununla əlaqədar, sözügedən məlumatların dəqiqləşdirilməsi üçün “Akvilon” QTSC ilə 3 aprel 2024-cü il tarixli birgə Akt tərtib edilmişdir. Sözügedən aktda müəssisənin əmr və əməkhaqqı kitablarının naməlum səbəbdən saxlanılmadığı qeyd olunmuşdur. Buna görə də həmin dövrü iş stajına daxil etmək mümkün deyil. Həmçinin “Akvilon” QTSC-nin xx.xx.2024-cü il tarixli 01 nömrəli arayışında xx.xx.1990-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin həmin peşə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin mütəxəssislər yarımbəndində nəzərdə tutulmamışdır. Bildiririk ki. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilən səbəblərdən İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (5 il 5 ay 29 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1981-cİ İl, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qanunun 7-ci maddəsinə əsasən. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə az/ 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək. qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1,1.0.2 və 1.0.5ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən məsələyə‘Əmək pensiyaları haqqında' Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı əsas təməl prinsipinə uyğun deyil: -əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxıl edilən digər dövrlərin məcmusudur. Maddələrin məzmunundan da göründüyü kimi şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi həmən dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki. şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı) Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı ıl tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında'' Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina cavabı, AZE 0******* №-li şəxsiyyət vəsiqəsi, “Akvilon” QTSC-nin xx.xx.2024-cü il tarixli 05 nömrəli güzəştli arayışı, "xxxx" ASC-nin xx.xx.2024 və xx.xx.2024-cü il tarixli işin xarakteri haqqında güzəştli arxiv arayışları, 1935 №-li attestat, Н3 ******* nömrəli hərbi bilet, ИT-İ ******* №-li əmək kitabçası. Əsaslandırma hissəsi: İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 (iddiaçının hüququnun yarandığı vaxt qüvvədə ola redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır (iddiaçı xx.xx.1961-ci ildə doğulub). İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən iddiaçıya 2 saylı Siyahı üzrə 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: 1) 25 ildən az olmayan ümumi iş stajı mövcud olmalıdır. 2) 12 il 6 ay güzəştli iş stajı mövcud olmalıdır. 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İş materiallarından görünür ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə onun 25 ildən artıq (31 il, 3 ay, 15 gün) ümumi sosial sığorta stajı vardır. Həmçinin qeyd olunan tarixə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 53350,06 manatdır ki, bu da tələb olunan 40800 manatdan artıqdır. İddiaçının xüsusi iş stajına münasibətdə cavabdeh orqan xx.xx.2009–xx.xx.2012-ci il tarixləri arasında iddiaçının xx.xx.2009-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin “STP” Tikinti Layihəsinin Quraşdırma sahəsində quraşdırıcı-çilingər peşəsində çalışdığı müddətdə onun bilavasitə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə işlə məşğul olub-olmaması barədə məlumatın təqdim olunmamasına, ******* nömrəli əmək kitabçasında xx.xx.1987–xx.xx.1999-cu il tarixləri arasında “Akvilon” QTSC-də iş fəaliyyəti dövründə işdən çıxma əmrinin qarşısında vurulmuş möhürün oxunmamasının təqdim edilən məlumatların etibarlılığına əsaslı şübhələr yaratmasına, “Akvilon” QTSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 01 nömrəli arayışda iddiaçının xx.xx.1990–xx.xx.1999-cu il tarixləri arasında elektrik qaynaqçısı vəzifəsində çalışdığı təsdiqlənsə də, bu peşənin “Siyahı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində nəzərdə tutulmamasına istinad edərək həmin dövrün güzəştli iş stajı kimi tanınmasından imtina etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının ümumilikdə 5 il 5 ay 29 gün müddətindəki güzəştli iş stajı kimi qəbul edilmişdir (xx.xx.1980–xx.xx.1981, xx.xx.1981–xx.xx.1981, xx.xx.1984–xx.xx.1986, xx.xx.1986–xx.xx.1987, xx.xx.2006–xx.xx.2008). İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli işin xarakteri haqqında X4 iddiaçının xx.xx.2009-cu ildə "xxxx"ASC-nin “STP” Tilinti Layihəsinin Quraşdırma sahəsinə quraşdırıcı çilingər peşəsinə qəbul edilməsi və xx.xx.2012-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi, “STP” Tikinti Layihəsinin Quraşdırma sahəsinin quraşdırıcı çilingərlərinin Zavodların tikintisidə quraşdırılan polad və dəmir-beton konstruksiyaların quraşdırılması ilə məşğul olmaları qeyd edilmişdir. "Azenco”ASC-nin ATÜ/442№-li xx.xx.2015-ci il tarixli əmri ilə Cəmiyyətdə elektrik qaynaqçısı işləmiş işçilər “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” hesab edilir. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci “Ümumi peşələr” fəslinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçılarının işi və Qərarın 29-cu "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinin “a" Fəhlələr bəndinə əsasən "polad və dəmir -beton konstruksiyalannin quraşdırılması üzrə quraşdırıcıların işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 Ny-li əlavəsinin "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahısının, XXXİİİ “Ümumi peşələr” Fəslinə (şifrə-********) əsasən 23200000-19906 saylı şifrəsinə əsasən əli ilə qaynaq aparan elektrik qaynaqçıları kodlarına və 2 №-li siyahının XXVİİ “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə (Şifrə-********) əsasən 22290000a-14612 kodları ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Göründüyü kimi iddiaçının quraşdırıcı-çilingər peşəsində çalışdığı müddətdə onun bilavasitə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə işlə məşğul olması işdə olan Azenko” ASC-nin xx.xx.2024-cü il tarixli işin xarakteri haqqında güzəştli arxiv arayışı ilə sübut olunur. İddiaçının xx.xx.1987–xx.xx.1999-cu il tarixləri arasında əmək fəaliyyəti müddətinə dair əmək kitabçasının mötəbərliyinin şübhə altında olmasına dair cavabdeh orqanın dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, “Akvilon” QTSC-nin xx.xx.2024-cü il tarixli 05 nömrəli güzəştli arayışında iddiaçının 11 saylı X3 (hal hazırda “Akvilon” X5 Cəmiyyəti adlanır) xx.xx.1987-ci il tarixdən 1 saylı qəlibləyici sexə 3-cü dərəcəli qəlibləyici qəbul olunması (Əmr №18/k) xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixə qədər armatur sexində əl ilə elektrik qaynaqçısı işləməsi və (Əmr№12/k) xx.xx.1999-cu il tarixdə öz ərizəsinə əsasən işdən azad olunması, sözügedən arayışın “Akvilon” QTSC-nin arxivində saxlanılan sənədlər əsasında tərtib edilməsi qeyd edilmişdir. Həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 10/24 saylı xx.xx.1998-ci il tarixli qərarı və Cəmiyyətin xx.xx.1998-ci il tarixli 01 saylı protokoluna əsasən 11 saylı X2 adı dəyişdirilib “Akvilon” X5 Cəmiyyəti adlandırıldığı üçün verilən sənədlər yeni ştamp və möhürlə təsdiqlənmişdir. Odur ki, iddiaçının sözügedən müddət ərzində əmək fəaliyyəti müddəti ilə bağlı cavabdeh orqanın şübhələri sırf subyektiv mülahizələrdən ibarət olmuşdur. Əl ilə elektrik qaynaqçısı peşəsinin isə “Siyahı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində nəzərdə tutulub-tutulmamasının hər hansı hüquqi əhəmiyyəti yoxdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi həmin peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci “Ümumi peşələr” fəslində nəzərdə tutulduğundan zərərli sahə kimi nəzərə alınmalıdır. Belə olan halda iddiaçının xüsusi iş stajı 12 il 6 aydan artıq olur ki, bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verir. İddiaçının cavabdehə ilkin müraciəti xx.xx.2024-cü il tarixdə olduğundan ona cavabdehə müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya hesablana bilər. Göstərilən qaydada iddiaçıya ödəniləcək pensiyanın hesablanmasının əvvəli xx.xx.2021ci ildən sayılmalıdır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2021-ci ildən yəni 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki 3 il üçün hesablanıb ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.