Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-115/2020 27.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X2, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “17 aprel 1962-ci ildən 28 noyabr 1963-cü ilə qədər Ermənistanın “Təpəkənd” kolxozunda mexanizator işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və 01.01.2006-cı ildən pensiyanın yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Ona Cavabdeh 24.02.2006-cı il tarixli 13 nömrəli qərarı ilə qüvvədə olan qanunvericiliyə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Sosial sığorta stajı hesablanarkən 28.11.1963-cü il tarixindən 03.11.1966-ci il tarixədək hərbi xidmətdə olduğu dövr, 11 il əmək kitabçasında qeyd olunan və X4 iş dövrü, 01.01.1977-ci il tarixdən 10.02.1989-cu il tarixədək, Təpəkənd heyvandarlıq savxozunda iş dövrü, 16.05.1989-cu il tarixdən 01.01.2006-ci il tarixədək X6 Stansiyası MMC-də iş dövrü nəzərə alınmışdır. 01.01.2006-cı il tarixədək 42 iİ 7 ay sosial stajlı pensiya hesablanmışdır. Əmək kitabçasında Təpəkənd Savxozu təşkil edilənə kimi 16 (on altı) il stajı qeyd olunmağına baxmayaraq hərbi xidmətdə olduğu dövrdən sonrakı müddət sosial sığorta stajına daxil edilmişdir. Əmək kitabçasında qeyd olunan 16 illik dövrdən 11 ili nəzərə alınmış, yerdə qalan 5 il isə əmək qabiliyyətli yaş dövrünə təsadüf etmişdir. Göstərdiyi 16 il stajı içərisində hərbi xidmətdə olduğu qeyd olunmuşdur. 3 il 5 ay qalmış nəzərə alınmamışdır və bu hissədə nəzərə alınması əmək kitabçasında qeyd olunub və ancaq nəzərə alınmamışdır. İddiaçı 23.01.2020-ci il tarixdə dəqiqləşmə barədə ərizə verərək “17 aprel 1962-ci ildən 28 noyabr 1963-cü ilə qədər Ermənistanın “Təpəkənd” kolxozunda mexanizator işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və 01.01.2006-cı ildən pensiyanın yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizənin həmin iclasda icraata qəbul edilmişdir. Cavabdehin etirazının dəlilləri: 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarına əsasən sosial sığorta stajının hesablanması bu qaydaların: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı bu qaydaların 3.2.1 bəndində qeyd olunduğu kimi əmək kitabçasından PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığona stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə eləcədə müvafiq qanunvericilikdə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli X1 surəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 14.12.2018-ci il tarixli **********7 nömrəli, 23.10.2019-cu il tarixli **********4 nömrəli, 21.02.2020-ci il tarixli **********0 nömrəli məktubları və 23.10.2019-cu il tarixli **********3 nömrəli etirazı, ПТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, B seriyalı 790609 nömrəli traktorist-maşinist biletinin təsdiqlənmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 17 aprel 1962-ci ildən 28 noyabr 1963-cü ilə qədər Ermənistanın “Təpəkənd” kolxozunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçıya 01.01.2006-cı il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. (cavabdehin 23.10.2019-cu il tarixli **********4 nömrəli məlumatı) İddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı tələbində qeyd olunan müddətin stajına daxil ediləcəyi təqdirdə pensiyasında artım olmasından ibarətdir. (cavabdehin 21.02.2020-ci il tarixli **********0 nömrəli məlumatı) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İddiaçının 17 aprel 1962-ci ildən 28 noyabr 1963-cü ilə qədər Ermənistanın “Təpəkənd” kolxozunda işləməyi B seriyalı 790609 nömrəli traktorist-maşinist biletinin təsdiqlənmiş surəti ilə öz təsdiqini tapmışdır. Həmin sənəd iddiaçının iş stajını təsdiq edir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə 17 aprel 1962-ci ildən 28 noyabr 1963-cü ilə qədər Ermənistanın “Təpəkənd” kolxozunda mexanizator işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və 01.01.2006-cı ildən pensiyanın yenidən hesablanaraq ödənilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı 17 aprel 1962-ci ildən 28 noyabr 1963-cü ilə qədər Ermənistanın “Təpəkənd” kolxozunda mexanizator işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və 01.01.2006cı ildən pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-115/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-115/2020
27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver