Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1150/2020 06.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir şəhər Polis Şöbəsinə qarşı (üçüncü şəxs Cavabdeh) “Cavabdeh ünvan 1-dən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı Cavabdeh qarşı (maraqlı şəxs Mingəçevir şəhər Polis Şöbəsi Pasport Qeydiyyat Şöbəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 44 saylı evin 37 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsinin maraqlı şəxsə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş çıxarışa əsasən Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 44 saylı evin 37 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı həmin mənzildə qeydiyyatdadır və orada yaşayır. Cavabdeh iddiaçının analığıdır. İddiaçının atası rəhmətə getdikdən sonra cavabdeh həmin evdə yaşamamışdır. Bu faktı qonşular və şahidlər də təsdiq edə bilərlər. İddiaçı vurğulayır ki, cavabdehin həmin mənzildə qeydiyyatda olması hazırda formal xarakter daşıyır. Bu səbəbdən də onun qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etmişdir. İddiaçıya məhkəmə tərəfindən xx xxxx 2020-ci il tarixdə yardım məktubu göndərilərək nəzərinə çatdırılmışdır ki, fiziki şəxs olan hazırkı cavabdehə qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Belə ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. Buna görə də cavabdeh qismində qeyd etdiyi (fiziki şəxs) Cavabdeh üçüncü şəxs kimi göstərilməsi iddiaçıya təklif edilmişdir. Həmçinin iddiaçının nəzərinə o da çatdırılmışdır ki, tələbinə cavab verməli olan orqan Mingəçevir şəhər Polis Şöbəsi ola bilər. Ona görə də maraqlı şəxs kimi qeyd etdiyi Mingəçevir şəhər Polis Şöbəsi Pasport Qeydiyyat Şöbəsini cavabdeh qismində Mingəçevir şəhər Polis Şöbəsi ilə əvəz etməklə dəqiqləşdirlimiş iddia ərizəsini məhkəməyə təqdim etməsi iddiaçıya təklif edilmişdir. İddiaçı məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsində lazımi düzəlişləri apararaq cavabdeh qismində Mingəçevir şəhər Polis Şöbəsini, üçüncü şəxs kimi Cavabdeh qeyd etmiş və “Cavabdeh ünvan 1-dən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli 158-26488-1220 nömrəli məktubda qeyd edilir ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən AZE seriyalı 17278029 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Cavabdeh orqanın məktuba əlavə etdiyi Cavabdeh ünvan 1 ünvanına qeydiyyata alınmasına əsas olan sənədlərin surətlərindən müəyyən edilmişdir ki, üçüncü şəxs ünvan 1 ünvanında yerləşən mənzilin əvvəlki sahibi, həyat yoldaşı mərhum X7 ərizəsinə əsasən sözügedən ünvana qeydiyyata alınmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020ci il tarixli 158-19991H-3220 nömrəli imtina məktubu, xx.xx.2020-ci il tarixli Akt, xx.xx.2020-ci il tarixli ********** nömrəli Çıxarışın təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli 158-26488-1220 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin surəti, DƏDRX-nin 17 saylı X12 xx.xx.2020-ci il tarixli **********12 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri, 318213 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin təsdiq edilmiş surəti, 004451 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surəti, X14 Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 108 nömrəli məktubu aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh orqanın nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. İş üzrə üçüncü şəxsə çatdırılması üçün X14 Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyinə ünvanlanan məktubun ünvan sahibinə çatdırılması mümkün olmamışdır. Belə ki, əraziyə nəzarət edən MİS və qonşuların bildirdiyinə görə Cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamır və hal-hazırda harada yaşaması barədə məlumat yoxdur. Məhkəmə cavabdeh orqanın nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia aşağıdakılara görə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İş materiallarında olan DƏDRX-nin 17 saylı X12 xx.xx.2020-ci il tarixli **********12 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən mənzil X14 Hakimiyyətinin Aparatı tərəfindən 003642 nömrəli orderlə aparat başçısının xx.xx.1994-cü il tarixli 121 nömrəli Sərəncamına əsasən iddiaçının mərhum anası X3 ailə üzvləri ilə birlikdə yaşaması üçün kirayə verilmişdir. X5 xx.xx.1997-ci ildə vəfat etdikdən sonra övladlarının razılığı, Mingəçevir şəhər DTİMHQ və ŞKİ-nin 398 saylı xx.xx.1996-cı il tarixli Qərarına əsasən mənzil mərhumun həyat yoldaşı X7 adına özəlləşdirilmiş və mənzilə 01670 nömrəli “Qeydiyyat vəsiqəsi” tərtib olunmuşdur. İş materiallarında olan 223056 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən göründüyü kimi X1 Məhəbbət Ağabala qızı ilə xx xxxxxx 2018-ci il tarixdə nikah bağlamış və yuxarıda qeyd edildiyi kimi X7 ərizəsinə əsasən Hüseynova (Qurbanova) X2 şəhəri, N.Nərimanov küçəsi ev 44, mənzil 37 ünvanına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 318213 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətinə əsasən iddiaçının atası X7 üçüncü şəxs Cavabdeh ilə nikahının xx.xx.2019-cu il tarixdə ləğv edildiyi müəyyən olunmuşdur. İş materiallarında olan 004451 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, iddiaçının atası X11 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və vərəsəlik hüququ əsasında ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətinə verilmiş və həmin mənzilə dair DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Hazırkı mübahisədə, həqiqətən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin “həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxx 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Mingəçevir şəhər Polis Şöbəsinin üzərinə Cavabdeh iddiaçı X6 mülkiyyətində olan ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1150/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1150/2020
06.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver