Məhkəmə qərarları › İş №2-1(116)-1151/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1151/2020

21.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1151/2020 21.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsin Qax rayon filialına qarşı “vəfat etmiş əri X2 xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Qax rayonunun S.Vurğun adına sovxozunda sürücü işlədiyi 5 ay 10 gün, 1989-1991-ci illərdə Qax rayonunun Qaxingiloy kəndi “Nizami” kolxozunda kolxozçu işlədiyi 2 il, cəmi 2 il 5 ay 10 gün müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx xxxxxx 1958-ci il tarixdə Qax rayonunun Qaxingiloy kəndində anadan olmuşdur. Qazandığı əmək stajına görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən yaşa görə əmək pensiyası hüququnun olmadığına görə, Qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinin 61 yaş 06 ay tamam olduğu xx.xx.2020-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə ƏƏSMN yanında Dövlət X7 Qax rayon şöbəsinə müraciət etmişdir. Lakin şöbə tərəfindən ünvanına göndərilmiş məktubda mərhum həyat yoldaşı X2 xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Qax rayonunun S.Vurğun adına Fındıqçılıq sovxozunda və 1989-1991-ci illərdə Qax rayonunun Qaxingiloy kəndinin Nizami adına kolxozda işlədiyi illər vəfat etmiş ailə başçısının sosial sığorta stajına daxil edilməməsi səbəbindən ona ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnun olmadığı bildirilmişdir. Nazirlik yanında DSMF-nin Qax rayon şöbəsinin ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə qərarını əsassız hesab edir. Şöbə tərəfindən ona göndərilmiş məktubda ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün mərhum həyat yoldaşının Qanunun 17.1 -ci və 12.1 -ci maddələrinə əsasən 7 il sosial sığorta stajına malik olmasının tələb olunduğu və onun əmək stajının 04 il 08 ay 12 gün xx.xx.1972-ci ildən xx.xx.1977-ci ilədək texnikumda təhsil aldığı və hərbi xidmətdə olduğu müddət, 05 ay 10 gün xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Qax rayonunun S.Vurğun adına sovxozunda və 2 il 1989-1991-ci illərdə Qax rayonunun Qaxingiloy kəndi Nizami adına kolxozda işlədiyi illər məhkəmə qərarı il təsdiq olunarsa 07 il 01 ay hesablana biləcəyi barədə bildirilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək “vəfat etmiş əri X2 xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Qax rayonunun S.Vurğun adına sovxozunda sürücü işlədiyi 5 ay 10 gün, 1989-1991-ci illərdə Qax rayonunun Qaxingiloy kəndi “Nizami” kolxozunda kolxozçu işlədiyi 2 il, cəmi 2 il 5 ay 10 gün müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinəqoyulması” barədə qərar qəbul edilməsinixahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya qarşı etirazında bildirmişdir ki, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.2-ci maddəsində göstərilən ailə üzvlərindən ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 17.1 -ci maddəsinə əsasən 12.1 -ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Təyin edilmiş pensiyanın ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən az olduqda həmin məbləğə çatdırılmaqla ödənilir. Qeyd edildiyi kimi İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin eidlməsi üçün mərhum əri X2 36 yaşında vəfat etdiyini nəzərə alaraq ölüm gününədək 7 il (36 yaş - 15 yaş əmək qabiliyyətli yaş dövrü = 21 yaş x 4 ay =84 ay) sosial sığorta stajına malik olması tələb olunur. Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. 2006cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı əmək kitabçasında qeyd edilən həmçinin, dövlət arxivinin arayışları əsasında təsdiqlənən dövrlər istisna olmaqla vətəndaşın işləməsi barədə verilmiş stajın təsdiq edilməsi ilə bağlı arxiv arayışları məhkəmə qərarından sonra nəzərə alına bilər. Əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı iddiaçının mərhum əri X2 xx.xx.1972-ci ildən xx.xx.1977-ci ilədək texnikumda təhsil aldığı və hərbi xidmətdə olduğu 04 il 08 ay 12 gün mübahisələndirilməyərək sosial sığorta stajına daxil edilmiş, 05 ay 10 gün xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Qax rayonunun Səməd Vurğun adına fındıqçılıq sovxozunda işlədiyi dövr, 1989, 1990 və 1991-ci illərdə Qax rayonunun Qaxingiloy kəndi “Nizami” kolxozunda işlədiyi illər üzrə hesablanan 02 il nəzərə alınmaqla ümumilikdə müəyyən olunan 02 il 05 ay 10 gün yuxarıda qeyd edilmiş səbəblərdən vəfat etmiş ailə başçısının sosial sığorta stajının müəyyən edilməsi zamanı nəzərə alınmamışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə qanunvericiliklə müəyyən olunan yaş həddinə (61 yaş 06 ay) çatmışdır. İddiaçıya və mərhum həyat yoldaşı X3 əmək pensiyası təyin edilmədiyi üçün pensiya işinin təsdiqlənmiş surətinin göndərilməsi mümkün deyildir. Qeyd edildiyi kimi vəfat etmiş ailə başçısı, X2 mübahisələndirilməyən əmək stajı 04 il 08 ay 12 gün xx.xx.1972-ci ildən xx.xx.1977-ci ilədək texnikumda təhsil aldığı və hərbi xidmətdə olduğu müddət, 05 ay 10 gün xx.xx.1978-ci ildən 02.01,1979-cu ilədək Qax rayonunun Səməd Vurğun adına fındıqçılıq sovxozunda işlədiyi dövr və 2 il 1989,1990 və 1991-ci illər üzrə hesablanan Qax rayonunun Qaxingiloy kəndi Nizami adına kolxozunda işlədiyi illər məhkəmə qərarı ilə təsdiq olunduğu halda ümumilikdə 07 il 01 ay müəyyən olunur. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edib təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan İ- ЖГ seriyalı 404861 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X5 ilə İddiaçı arasında nikah bağlanmışdır. İş materiallarında olan İV-ЖГ seriyalı 350058 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Э seriyalı 067458 nömrəli diplomun təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.1972-ci ildən xx.xx.1977-ci ilədək texnikumda təhsil almışdır. İş materiallarında olan SHXÇDX-nin xx.xx.2020-ci il tarixli 270 nömrəli arayışından görünür ki, X5 xx.xx.1973-cü il tarixdən 19.12.197-ci il tarixədək keçmiş Sovet ordusu sıralarında xidmət etmişdir. İş materiallarında olan Qax rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 65/1 saylı Arxiv arayışından görünür ki, X5 1989-1991-ci il tarixlərdə Qax rayonu Qaxingiloy kənd Nizami adına kolxozda işləmişdir. İş materiallarında olan Qax rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 82/1 saylı Arxiv çıxarışından görünür ki, X5 1978-1979-cu il tarixlərdə Qax rayonu S.Vurğun adına fındıqçılıq sovxozunda işləmişdir. İş materiallarında olan Dövlət X7 Qax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli Aktlarından görünür ki, X2 1978-1979-cu il tarixlərdə Qax rayonu S.Vurğun adına fındıqçılıq sovxozunda, 1989-1991-ci il tarixlərdə Qax rayonu Qaxingiloy kənd Nizami adına kolxozda işləməsi öz təsdiqini tapmışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. AZE seriyalı 0******* nömrəli Ş/V-nin surəti, Dövlət X7 Qax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********5 nömrəli imtina məktubu, Dövlət X7 Qax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********7 nömrəli etirazı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhim həyat yoldaşı X5xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Qax rayonunun S.Vurğun adına sovxozunda sürücü, 1989-1991-ci illərdə Qax rayonunun Qaxingiloy kəndi “Nizami” kolxozunda kolxozçu işləmişdir. Qeyd olunan hal Qax rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 65/1 saylı arxiv arayışı, Qax rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 82/1 saylı arxiv çıxarışı və Dövlət X7 Qax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli aktları öz təsdiqini tapır. İddiaçının qeyd olunan iddianı qaldırmaqda hüququ ondan ibarətdir ki, mərhum ərinin sovxoz və kolxozda işlədiyi müddət onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə onun ailə baçşısını itirməyə görə pensiya almaq hüququ reallaşacaqdır. (mübahisəsiz 04 il 08 ay 12 gün + 02 il 05 ay 10 gün = 07 il 01 ay 22 gün) “Əmək pensiyaları haqqında” Azərbaycan Resppublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçının mərhum əri xx.xx.1955-ci ildə doğulmuş, xx.xx.1992-ci ildə ölmüşdür. Onun öləndə 36 yaşı olmuşdur. Yuxarıda qeyd olunan normalara əsasən iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün mərhum ərinin 7 il stajının olması kifayət edir. (36 -15=21, 21*4/12=7 il) İddiaçı xx.xx.1958-ci il tarixdə doğulduğundan onun xx.xx.2020-ci il tarixdə 61 yaş 6 ayı tamam olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “X6” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının mərhum həyat yoldaşı X2 xx.xx.1978ci ildən xx.xx.1979-cu ilədək Qax rayonunun S.Vurğun adına sovxozunda sürücü işlədiyi 5 ay 10 gün, 1989-1991-ci illərdə Qax rayonunun Qaxingiloy kəndi “Nizami” kolxozunda kolxozçu işlədiyi 2 il, cəmi 2 il 5 ay 10 gün müddətin sosial sığorta stajına daxil edilməsi və iddiaçıya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsin Qax rayon filialının üzərinə İddiaçı mərhum əri X2 xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Qax rayonunun S.Vurğun adına sovxozunda sürücü işlədiyi 5 ay 10 gün, 1989-1991-ci illərdə Qax rayonunun Qaxingiloy kəndi “Nizami” kolxozunda kolxozçu işlədiyi 2 il, cəmi 2 il 5 ay 10 gün müddətin sosial sığorta stajına daxil edilməsi və iddiaçıya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar