Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1153/2022 23.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “cavabdehin 12 yanvar 2022-ci il tarixli **********9 nömrəli imtinasının əsassız hesab olunması və onun 1972-1992-ci illərdə Ağsu rayon Çaparlı kəndi “K.Marks” adına kolxozda, 1993-1997-ci illərdə Ağsu rayon Çaparlı kənd “H.Z.Tağıyev” adına kolxozda və 1998-2000-ci illərdə Ağsu rayon “Fəxraküş” üzüm istehsalı və emalı müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin 12 yanvar 2022ci il tarixli **********9 nömrəli imtinasının əsassız hesab olunması və onun 1972-1992-ci illərdə Ağsu rayon Çaparlı kəndi “K.Marks” adına kolxozda, 1993-1997-ci illərdə Ağsu rayon Çaparlı kənd “H.Z.Tağıyev” adına kolxozda və 1998-2000-ci illərdə Ağsu rayon “Fəxraküş” üzüm istehsalı və emalı müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1956-cı il tarixdə Ağsu rayon Ərəbuşağı kəndində anadan olmuşdur. İddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün sənədlərini DSMF Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına təqdim etmişdir. 12 yanvar 2022-ci il tarixli **********9 saylı imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, təqdim olunmuş Ağsu rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 101 nömrəli arxiv arayışında qeyd olunmuş 1972-1992, 1993-1997-ci ilədək və X3 filialının xx.xx.2021-ci il tarixli 381 nömrəli arxiv arayışında qeyd olunmuş 1998-2000-ci tarixədək olan dövrlər əmək kitabçasında qeyd olunmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bu səbəbdən iddiaçıya pensiya təyin olunmasından imtina edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi cavabdeh tərəfindən Mərkəzi filiala ünvanlanmış xidməti məktubu və ona əlavə olunmuş “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********4 nömrəli qərarın təsdiq olunmuş surətini məhkəməyə təqdim etmişdir. Sözügedən xidməti məktubda qeyd olunmuşdur ki, iddiaçıya xx.xx.2006-cı il 26 il 4 ay sığorta stajı əsasında xx.xx.2021-ci il tarixdən 200 manat məbləğində yaşa görə əmək pensiyası təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği xx.xx.2022-ci il tarixindən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Bu səbəbdən iddiaçının əmək pensiyasının məbləği (200 manat) əmək pensiyasının minimum məbləğindən (240 manat) aşağı olduğu üçün əmək pensiyası minimum məbləğə və eyni zamanda xx.xx.2022-ci il tarixindən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar 248,16 manata çatdırılmışdır. Əlavə olaraq bildiririk ki, ona yaşa görə təyin olunmuş sosial müavinətin ödənişi xx.xx.2022-ci il tarixində dayandırıldığı üçün ödənilmiş sosial müavinət nəzərə alınmaqla ötən dövr üzrə (xx.xx.2021-ci il tarixindən) hesablanmış fərq məbləği Qanunun 32.1-1 -ci maddəsinə əsasən cari pensiyasının üzərinə əlavə edilməklə növbəti aylarda ödəniləcəkdir. Məhkəmə cavabdehin təqdim etdiyi sənədləri iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsi verildikdən sonra mübahisə predmeti ortadan qalxmış, cavabdeh iddiaçının tələbinə uyğun hərəkət etmiş və müvafiq tədbirlər görmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Məcəllənin 67.3-cü maddəsinə görə, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “cavabdehin 12 yanvar 2022-ci il tarixli **********9 nömrəli imtinasının əsassız hesab olunması və onun 1972-1992-ci illərdə Ağsu rayon Çaparlı kəndi “K.Marks” adına kolxozda, 1993-1997-ci illərdə Ağsu rayon Çaparlı kənd “H.Z.Tağıyev” adına kolxozda və 1998-2000-ci illərdə Ağsu rayon “Fəxraküş” üzüm istehsalı və emalı müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1153/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1153/2022
23.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver