Məhkəmə qərarları › İş №2-1(116)-1155/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1155/2021

06.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1155/2021 06.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 16 saylı regional ərazi filialına qarşı "əlilliyə görə əmək pensiyasının ləğv edilməsi haqqında cavabdehin 01.06.2019-cu il tarixli qərarının ləğv edilməsi, əlilliyə görə əmək pensiyasının əvvəlki 22.01.2017-ci ildən bərpa edilməsi, qanuna zidd olaraq tutulmuş pensiya məbləğinin və ödənilməmiş əmək pensiyası üzrə fərq pulunun birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: Balakən rayonu Sarıbulaq kəndində yaşayan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 16 saylı regional ərazi filialına qarşı "əlilliyə görə əmək pensiyasının ləğv edilməsi haqqında cavabdehin 01.06.2019-cu il tarixli qərarının ləğv edilməsi, əlilliyə görə əmək pensiyasının əvvəlki 22.01.2017-ci ildən bərpa edilməsi, qanuna zidd olaraq tutulmuş pensiya məbləğinin və ödənilməmiş əmək pensiyası üzrə fərq pulunun birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının 01.02.2021-ci il tarixli məktubundan məlum olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin struktur bölmələrinin fəaliyyətinin optimallaşdırılması, habelə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Fond tərəfindən 23.11.2020-ci il tarixli **********2 nömrəli qərar qəbul edilmiş və həmin qərarla Fondun keçmiş rayon şöbələri (filialları) üzrə regional ərazi filialları yaradılaraq onların Əsasnamələri təsdiq edilmişdir. Məktubdan görünür ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyinatı, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi, sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdlərin, həmçinin kompensasiyaların təyinatının həyata keçirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının səlahiyyətinə aiddir. Belə olan halda, hazırkı iddia Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına (ünvan: Bakı şəhəri Nərimanov rayonu X1 küçəsi ev 143) qarşı yönəlməli və iddia ərizəsində cavabdeh kimi həmin orqan göstərilməlidir. İddiaçı iddia ərizəsində əmək pensiyasının ləğv edilməsi haqqında cavabdehin 01.06.2019-cu il tarixli qərarının ləğvini tələb etsə də, iddia ərizəsinə belə bir qərar əlavə etməmişdir. Digər tərəfdən, belə bir qərar mövcud olsa da, həmin qərar inzibati akt hesab edilmədiyinə görə iddianın qeyd olunan hissəsi mübahisələndirmə haqqında deyil, öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianın digər hissələri də öhdəliyin icrası haqqında iddialara aiddir. Məhkəmənin 14.07.2021-ci il tarixli məktubu ilə bu çatışmazlıqlar iddiaçının diqqətinə çatdırılaraq, onların aradan qaldırılması üçün beş gün müddət təyin edilmiş, eləcə də, əks təqdirdə, iddianın mümkün sayılmayacağı barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmənin məktubu poçt vasitəsilə iddiaçıya göndərilmiş və 24.07.2021-ci ildə imza etdirilməklə ona çatdırılmış, lakin nə təyin olunmuş müddət ərzində, nə də ondan sonrakı günlərdə iddiaçı qeyd olunan çatışmazlığı aradan qaldırmamış və məhkəmənin məktubuna yazılı cavab verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçı öz iddia tələbini ona cavab verməli olan orqana qarşı vermədiyinə və məhkəmənin təklifinə baxmayaraq, bu çatışmazlığı aradan qaldırmadığına görə iddia mümkün sayıla bilməz. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 16 saylı regional ərazi filialına qarşı "əlilliyə görə əmək pensiyasının ləğv edilməsi haqqında cavabdehin 01.06.2019-cu il tarixli qərarının ləğv edilməsi, əlilliyə görə əmək pensiyasının əvvəlki 22.01.2017-ci ildən bərpa edilməsi, qanuna zidd olaraq tutulmuş pensiya məbləğinin və ödənilməmiş əmək pensiyası üzrə fərq pulunun birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar