Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1156/2024 12.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi İddiaçı və onun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 50% pozulmasına dair qəbul etdiyi qərarın dəyişdirilərək orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 50% pozulmasına dair qəbul etdiyi qərarın dəyişdirilərək orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı ailə üzvləri ilə birlikdə Zaqatala rayonu, Çökək kəndində yaşayır. xx.xx.2016-cı il tarixdən ümumilik səbəbindən ona ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2022-ci il tarixdən əlillik müddətinin bitməsi ilə əlaqədar sənədlərinə daxil edilmiş ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 50% pozulması faizi ilə xx.xx.2023-cü il tarixədək üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti xx.xx.2023-cü il tarixdə bitməsi səbəbindən sənədləri sistemə daxil edilmiş və ona yenidən ümumi xəstəlik səbəbindən noyabr ayında orqanizmin funksiyalarının 50% pozulması faizi ilə xx.xx.2024-cü il tarixədək üçüncü dərəcəli əlillik təyin edilmişdir. Xəstəliyi ilə əlaqədar iddiaçıya ikitərəfli displaziya nəticəsində koksartroz, hər iki bud çanaq oynağının İV dərəcə deformasiya edici koksartrozu, ikitərəfli postravmatik qonartroz, hər iki diz oynaqlarının İV dərəcəli qonartrozu diaqnozu qoyulmuşdur. İddiaçının eyni zamanda xəstəliyi ilə əlaqədar təyin olunmuş ikitərəfli displaziya nəticəsində koksartroz, hər iki bud çanaq oynağının İV dərəcə deformasiya edici koksartrozu, ikitərəfli postravmatik qonartroz, hər iki diz oynaqlarının İV dərəcəli qonartrozu diaqnozundan əlavə digər xəstəlikləri də vardır. İddiaçı cavabdeh orqanın əlillik ilə bağlı vermiş olduğu orqanizmin funksiyalarının 50% pozulması faizi ilə xx.xx.2024-cü il tarixədək üçüncü dərəcəli əlilliyin təyin olunmasına dair qərarını əsassız hesab edərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: İkitərəfli displaziya nəticəsində koksartroz. Hər iki bud çanaq oynağının İV dərəcəli deformasiyaedici koksartrozu. İkitərəfli posttravmatik qonartroz. Hər iki diz oynaqların İV dərəcəli qonartrozu. Meyar: 13.4.41: . 13.Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri=>Artropatiyalar=>lkitərəfli displaziya nəticəsində koksartroz=>hər iki diz oynağı qığırdağının təzahür edən zədələnməsi (İV mərhələ qonartroz)=> səbəbilə bir illlik üçüncü dərəcəli əlillik təyin edilmişdir. Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - TSEK müayinələrinə dair qiymətləndirmə nəticələrindən çıxarışlar, iddiaçının əyani müayinə aktı, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1-12892/2024 saylı qərarı, “Zaqatala rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubu. Əsaslandırma hissəsi: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və cavabdeh bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati aktın dəyişdirilməsini və ya yeni akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. İddiaçı hesab edir ki, ona xx.xx.2016-cı il tarixdən ikinci dərəcəli əlillik təyin edilmiş, Əlillik müddəti xx.xx.2023-cü il tarixdə bitdikdən sonra isə növbəti göndərişə münasibətdə orqanizmin funksiyalarının 50% pozulması faizi ilə xx.xx.2024-cü il tarixədək üçüncü dərəcəli əlillik təyin etməkdə cavabdeh orqan səhvə yol vermişdir. İş materiallarında olan, iddiaçı barəsində səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş göndərişlə müəyyən olunur ki, ona İkitərəfli displaziya nəticəsində koksartroz. Hər iki bud çanaq oynağının İV dərəcəli deformasiyaedici koksartrozu. İkitərəfli posttravmatik qonartroz. Hər iki diz oynaqların İV dərəcəli qonartrozu diaqnozu qoyulmuşdur. Cavabdeh orqan iddiaçıya qoyulmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 13.4.41-ci bəndində (hər iki diz oynağı qığırdağının təzahür edən zədələnməsi (İV mərhələ qonartroz)) nəzərdə tutulmuş xəstəliyə uyğunluğunu müəyyən edərək onun 1 il müddətinə orqanizmin funksiyalarının 50% pozulması qənaətinə gəlmişdir. Məhkəmə tərəfindən iddiaçıya qoyulmuş diaqnozun “Əlilliyin müəyyən olunması meyarları”-nın hansı bəndinin əhatə dairəsinə düşməsi ilə bağlı müvafiq diaqnozu qoymuş səhiyyə müəssisəsinə sorğu göndərilmişdir. “Zaqatala rayon Mərkəzi Xəstəxanası” PHŞ xx.xx.2024-cü il tarixli məktubunda iddiaçıya qoyulmuş diaqnozun istinad olunan “Meyarlar”ın 13.4.41-ci bəndinə uyğun olmasını bildirmişdir. Göründüyü kimi iddiaçı, ona səhiyyə müəssisəsi tərəfindən qoyulmuş diaqnozu mübahisələndirmir. Yəni, qoyulmuş diaqnozun düzgünlüyü ilə bağlı mübahisə yoxdur. Lakin, həmin diaqnoza münasibətdə iddiaçı orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının müəyyən edilməsini tələb etsə də, istinad olunan “Meyarlar”ın 13.4.41-ci bəndində həmin diaqnoza münasibətdə OFP-sı 50 faiz olaraq müəyyən edilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 50% pozulmasına dair qəbul etdiyi qərarın dəyişdirilərək orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1156/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1156/2024
12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver