Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-116/2021 16.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, iddiaçının nümayəndəsi vəkil Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı "X3 xx.xx.1993-cü ildə N nömrəli hərbi hissənin tərkibində qulluq edərkən mina partlaması nəticəsində vəfat etməsi səbəbindən ona şəhid ailəsi statusunun verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı əri X5 xx.xx.1966-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Uludaş kəndində anadan olmuşdur. O, xx.xx.1993-cü ildə Qəbələ Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyət üzvlüyünə qəbul edilərək bütün təminatlar siyahısına daxil edilmişdir. X5 xx.xx.1993-cü ildə Seyfəli təlim bazasında hərbi xidməti borclarını yerinə yetirərkən tank mərmisinin partlaması nəticəsində həlak olmuşdur. Bu səbəbdən o, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 0227 nömrəli əmri ilə şəxsi heyət üzvlüyündən azad edilərək bütün növ təminatlardan çıxarılmışdır. X9 tank mərmisinin partlaması nəticəsində 17 nəfərin həlak olması faktı üzrə xx.xx.1993-cü ildə Qazax Qarnizonu Hərbi Prokurorluğu tərəfindən xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 255-1-ci maddəsinin "b" bəndi ilə 19/4622 nömrəli cinayət işi başlanmış və həmin cinayət işi üzrə icraata xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 10-cu maddəsinin 2-ci bəndinə əsasən xx.xx.1994-cü ildə xitam verilmişdir. Həmin cinayət işi saxlanma müddəti başa çatdığına görə xx.xx.2005-ci ildə məhv edilmişdir. Nə cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar, nə də həlak olmuş 17 nəfərin şəxsiyyəti, o cümlədən X5, eləcə də hadisənin baş vermə şəraiti barədə və digər məlumat qalmamışdır. Qəbələ RİH başçısının Tikanlı inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən X3 xx.xx.1993-cü ildə ölməsi barədə xx.xx.1994-cü il tarixli İV-ЖГ seriyalı 374707 nömrəli "Ölüm haqqında şəhadətnamə" verilmiş, həmin sənəddə onun ölümünün səbəbi kimi Seyfəli Poliqonunda mərmi partlayışı zamanı həlak olması göstərilmişdir. Qəbələ Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən İddiaçı adına xx.xx.2000-ci il tarixli 020003 nömrəli şəhid ailəsinin üzvü vəsiqəsi verilmişdir. İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət edərək mərhum X4 şəhid statusunun verilməsini xahiş etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli M/1143 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, X5 döyüş əməliyyatlarında yox, təlim mərkəzində həlak olduğuna görə ona şəhid statusunun verilməsi mümkün deyil. Bundan sonra İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikası Cavabdehnə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinə qarşı "xx.xx.1993-cü ildə N nömrəli hərbi hissənin tərkibində qulluq edərkən mina partlaması nəticəsində vəfat etmiş X3 "şəhid" statusunun bərpa edilməsi və "şəhidlik" vəsiqəsinin yenidən verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması və mərhum X3 şəhid kimi imtiyazlarının, Prezident təqaüdünün xx.xx.2007-ci ildən hesablanıb verilməsi, həmçinin, 11000 manat sığorta pulunun birdəfəlik verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin və Qəbələ Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, onun əri hərbi xidmət zamanı həlak olduğuna görə şəhid sayılır. Sonra İddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli yeni iddia ərizəsi verərək iddiasını dəyişdirmiş, cavabdeh kimi Azərbaycan Respublikası Cavabdeh, üçüncü şəxs kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsini göstərmiş və xx.xx.1993-cü ildə N nömrəli hərbi hissənin tərkibində qulluq edərkən mina partlaması nəticəsində vəfat etmiş X3 "şəhid" statusunun bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə yeni xx.xx.2020-ci il tarixli ərizə verərək, X3 xx.xx.1993-cü ildə N nömrəli hərbi hissənin tərkibində qulluq edərkən mina partlaması nəticəsində vəfat etməsi səbəbindən ona şəhid ailəsi statusunun verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli 535 nömrəli etirazında bildirmişdir ki, X1 təlim mərkəzində mina partlaması nəticəsində həlak olduğuna görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"na uyğun olaraq, ona şəhid statusunun verilməsi mümkün olmamışdır. Bundan başqa, cavabdeh Azərbaycan Respublikası Cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli 269 nömrəli məktubunda əlavə olaraq bildirmişdir ki, X3 döyüş şəraitində, döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı baş verməsi barədə həmin şöbəyə heç bir məlumat daxil olmamış, bu səbəbdən də ona şəhid statusu verilməmişdir. Eyni zamanda, həmin məktubda şifahi məhkəmə baxışının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, V-ЖГ seriyalı 414653 nömrəli "Nikahın bağlanması haqqında şəhadətnamə"dən görünür ki, X5 və İddiaçı xx.xx.1990-cı ildə nikah bağlamışlar. - İşdə olan, cavabdehin xx.xx.2020-ci il tarixli 535 nömrəli və xx.xx.2021-ci il tarixli 269 nömrəli məktublarından görünür ki, X5 xx.xx.1993-cü ildə Qəbələ Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq N nömrəli hərbi hissəyə göndərilmiş, xx.xx.1993-cü ildə X9 (bazasında) mərmi (mina) partlaması nəticəsində həlak olmuşdur. - İşdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli HP-xx/xx-5655 nömrəli və xx.xx.2020-ci il tarixli HP-xx/xx-6491 nömrəli məktublarından görünür ki, X9 tank mərmisinin partlaması nəticəsində 17 nəfərin həlak olması faktı üzrə xx.xx.1993-cü ildə Qazax Qarnizonu Hərbi Prokurorluğu tərəfindən xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 255-1-ci maddəsinin "b" bəndi ilə 19/4622 nömrəli cinayət işi başlanmış və həmin cinayət işi üzrə icraata xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 10-cu maddəsinin 2-ci bəndinə əsasən xx.xx.1994-cü ildə xitam verilmişdir. Həmin cinayət işi saxlanma müddəti başa çatdığına görə xx.xx.2005-ci ildə məhv edilmişdir. Nə cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar, nə də həlak olmuş 17 nəfərin şəxsiyyəti, o cümlədən X5, eləcə də hadisənin baş vermə şəraiti barədə və digər məlumat qalmamışdır. - Qəbələ RİH başçısının Tikanlı inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən X3 adına verilmiş xx.xx.1994-cü il tarixli İV-ЖГ seriyalı 374707 nömrəli "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, o, xx.xx.1993-cü ildə Seyfəli Poliqonunda mərmi partlayışı zamanı həlak olmuşdur. - Qəbələ Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2000-ci il tarixli 020003 nömrəli vəsiqədən görünür ki, vəsiqəni təqdim edən şəxsin "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" xx.xx.1993-cü il tarixli Azərbaycan Respublikası Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. - İddiaçı ərizəsinə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli M/1143 nömrəli məktubdan görünür ki, X5 döyüş əməliyyatlarında yox, təlim mərkəzində həlak olduğuna görə ona şəhid statusunun verilməsi mümkün deyil. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında iddiadır. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən biri iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl eyni tələblə cavabdehə müraciət etməsi və cavabdehin bu tələbi təmin etməkdən imtina etməsidir. İşdən göründüyü kimi, İddiaçı öz iddia tələbini cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı irəli sürsə də, o, ilkin müraciətini bilavasitə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlamış və ona imtina cavabını həmin Dövlət Xidməti vermişdir. Lakin bununla yanaşı, iş məhkəmənin icraatında olduğu müddətdə Azərbaycan Respublikası Cavabdeh özünün xx.xx.2020-ci il tarixli 535 nömrəli və xx.xx.2021-ci il tarixli 269 nömrəli məktubları ilə iddiaya münasibətini bildirmiş və məlum olmuşdur ki, həmin şöbə də mərhum X4 şəhid statusu verməkdən imtina edir. Beləliklə, iddiaçı əvvəlcədən müraciətini Azərbaycan Respublikası Cavabdehnə ünvanlamasa da, hazırda həmin şöbənin iddia ilə bağlı mövqeyi tamamilə aydındır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının yenidən həmin orqana müraciət etməsi hər hansı səmərə verə bilməz və hazırkı iddianın, iddiaçının əvvəlcədən cavabdehə müraciət etməməsi əsası ilə mümkün sayılmaması məqsədə uyğun deyil, həm də icraata qənaət prinsipinə ziddir. İddianın mümkünlüyünü istisna edən başqa hal da müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə hazırkı iddianı mümkün hesab edir. Lakin aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab etmir. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 8-ci maddəsində isə deyilir ki, bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"nın (bundan sonra mətndə - Qaydalar) 1.1-ci bəndinə əsasən, şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2-ci bəndində deyilir ki, aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. xx xxxxxx 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Həmin Qaydaların 4.1-ci bəndinə görə, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Qaydaların 4.2-ci bəndinə əsasən, şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir. Göründüyü kimi, şəhid adının verilə biləcəyi şəxslərin kateqoriyaları qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Həlak olmuş şəxs bu kateqoriyalara uyğun olduqda, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, yaxud məhkəmə qətnaməsi, yaxud da hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu isə gizir və zabit heyəti istisna olmaqla şəhid olmuş digər hərbi qulluqçuların hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli orqanları tərəfindən verilən arayışlarla təsdiq olunur. Şəhid ailələrinə vəsiqə həmin arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir. Məhkəmə qeyd edir ki, şərh olunan qaydaya uyğun olaraq, cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən İddiaçı mərhum X3 şəhid olması barədə arayış verilməsi üçün onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olması və ya itkin düşməsi, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması, itkin düşməsi, məhkəmənin qərarına əsasən ölmüş hesab edilməsi, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması və ya itkin düşməsi müəyyən edilmiş olmalıdır. Lakin iş materialları ilə bu halların heç biri müəyyən edilmir. İşdə olan sənədlər yalnız onu deməyə əsas verir ki, mərhum X5 təlim mərkəzində hərbi xidməti borclarını yerinə yetirərkən tank mərmisinin partlaması nəticəsində həlak olmuşdur. Bu isə onun şəhid sayılması üçün kifayət etmir. Belə olan halda, cavabdehin iddiaçıya tələb etdiyi arayışı vermək öhdəliyi yoxdur. Məhkəmə İddiaçı adına Qəbələ Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli 020003 nömrəli vəsiqə ilə bağlı qeyd edir ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"na görə, bu sənəd X3 şəhid olması barədə Azərbaycan Respublikası Cavabdeh tərəfindən arayış verilmiş olduğu halda verilə bilərdi. Belə bir arayış verilmədiyinə görə isə həmin vəsiqə hazırkı iddianın həlli üçün əhəmiyyət kəsb etmir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddianın təmin edilməsi üçün əsas yoxdur. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı "X3 xx.xx.1993-cü ildə N nömrəli hərbi hissənin tərkibində qulluq edərkən mina partlaması nəticəsində vəfat etməsi səbəbindən ona şəhid ailəsi statusunun verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-116/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-116/2021
16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver