Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1160/2024 18.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “X4 adına verilmiş 17 iyul 2019-cu il tarixli **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın X2 iradəsinə uyğun tərtib edilmiş xx.xx.2017-ci il tarixli bölgü planında və **********13-10301 reyestr nömrəli, RX seriyalı ******* nömrəli çıxarışda qeyd edilmiş ümumi sahəsi 77,6 kv.metr olan fərdi yaşayış evi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “14 fevral 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışa əsasən mülkiyyətində olan Şəki şəhəri X13 küçəsi dalan 9, ev 3 ünvanında yerləşən 1 mərtəbəli, 56.2 kv.m köməkçi, 21.4 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı fərdi yaşayış evinin altındakı 11 kv.m torpaq sahəsinə cavabdeh tərəfindən X4 adına verilmiş 17 iyul 2019-cu il tarixli, **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia ərizəsi e-2-1(116)-2621/2023 nömrə ilə qeydə alınmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-1(116)-2621/2023 nömrəli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-1(116)-2621/2023 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(107)-645/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(116)-2621/2023 nömrəli qərardadı ləğv edilmiş, iddia tələbi mümkün sayılmışdır. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “X4 adına verilmiş 17 iyul 2019cu il tarixli **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın X2 iradəsinə uyğun tərtib edilmiş xx.xx.2017-ci il tarixli bölgü planında və **********13-10301 reyestr nömrəli, RX seriyalı ******* nömrəli çıxarışda qeyd edilmiş ümumi sahəsi 77,6 kv.metr olan fərdi yaşayış evi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Şəki Rayon Məhkəməsinin icraatında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı qarşı “yoldan istifadəyə cavabdeh tərəfindən yaranmış maneələrin qadağan edilməsi və pəncərələrin bağlanması” tələbinə dair ilk iddiaya, həmçinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X6 qarşı “mülkiyyətində olan torpaq shəsindəki darvazanın (qapının) cavabdehin öz hesabına sökülərək götürülməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə baxılaraq, xx.xx.2022-ci il tarixli 2(075)-75/2022 nömrəli qətnamə qəbul edilmişdir. Həmin qətnamənin 5-ci vərəqinin 5-ci və 6-cı abzaslarında qeyd edilmişdir ki, “İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2022-ci il tarixli, 10/2781 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarış üzrə cavabdeh İddiaçı mülkiyyətində olan Şəki şəhəri, X13 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən daşınmaz əmlak olan ev Şəki şəhər torpaqların elektron uçot informasiya bazasına əsasən 78 kv.metr olub, bunun 11 kv.metri **********87 saylı reyestrdə göstərilən torpaq sahəsində, yerdə qalan 67 kv.metr hissəsi İddiaçı mülkiyyətində olan 0.0764 ha torpaq sahəsi üzərində tikilmişdir. Sənəd üzrə İddiaçı mülkiyyətində olub cavabdeh tərəfindən istifadə edilən darvazanın yerləşdiyi 64 kv.metr torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2019-cu il tarixdə **********87 saylı reyestrlə qeydə alınmış iddiaçı X4 mülkiyyətində olan Şəki şəhəri, X13 küçəsində yerləşən 0.0635 torpaq sahəsinin 11 kv.metr hissəsi İddiaçı tərəfindən istifadə edilir. Həmin (tikili altında) torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir.” Həmin qətnamənin 4-cü vərəqinin 6-cı abzasında qeyd edilmişdir ki, “Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 25 yanvar 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X1 şəhəri X13 küçəsi dalan 9 ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin 77.6 kv.metr hissəsini və 0.1741 ha olan torpaq sahəsi İddiaçı bağışlamışdır.” Həmin qətnamənin 4-cü vərəqinin 8-ci abzasında qeyd edilmişdir ki, “Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 14 fevral 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri X13 küçəsi dalan 9 ev 3 ünvanında yerləşən 1 mərtəbəli, 56.2 kv.m köməkçi, 21.4 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində işlənmişdir.” Həmin qətnamənin 5-ci vərəqinin 4-cü abzasında qeyd edilmişdir ki, “Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 17 iyul 2019-cu il tarixli, **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri X13 küçəsində yerləşən 0.0635 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 140 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində işlənmişdir.” Göründüyü kimi Şəki şəhəri X13 küçəsi dalan 9 ev 3 ünvanında yerləşən 1 mərtəbəli, 56.2 kv.m köməkçi, 21.4 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququnu təsdiq edən RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış 14 fevral 2018-ci il tarixdə verilmişdir. Buna baxmayaraq, 1 il 5 ay sonra cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən onun mülkiyyətində olan evinin altındakı 11 kv.m. torpaq sahəsi ilə bağlı X6 17 iyul 2019-cu il tarixli, **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış vermişdir. Şəki şəhəri X13 küçəsi dalan 9 ev 3 ünvanında yerləşən 1 mərtəbəli, 56.2 kv.m köməkçi, 21.4 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı fərdi yaşayış evinə onun mülkiyyət hüququnu təsdiq edən 14 fevral 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış ləğv edilmədiyi halda mülkiyyətində olan evinin altındakı 11 kv.m. torpaq sahəsi ilə bağlı X6 17 iyul 2019-cu il tarixli, **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməsi qanunsuz olmuşdur. Buna görə də ilkin olaraq cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, vətəndaş İddiaçı 16 iyun 2023-cü il tarixdə ərizə ilə (daxilolma Ns-si 3-21-3-39/1-Ə-0047-8/2023) DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, 14 fevral 2018-ci il tarixli, RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən mülkiyyətində olan Şəki şəhəri, X13 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən bir mərtəbəli 56,2 kv.metr köməkçi, 21,4 kv.metr yaşayış sahəsindən ibarət bir otaqlı fərdi yaşayış evinin altındakı 11 kv.metr torpaq sahəsinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən X4 adına verilmiş 17 iyul 2019-cu il tarixli, **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi xahiş etmişdir. Ərizəyə baxılması ilə əlaqədar müraciət olunan fərdi yaşayış evi və torpaq sahəsinin arxiv məlumatları yoxlanılarkən müəyyən olunmuşdur ki, iddiaçının atası X5 Şəki rayonlararası Texniki İnventarizasiya bürosu tərəfindən 02 avqust 1972-ci il tarixdə verilmiş 7916 inventar nömrəli qeydiyyat vəsiqəsi əsasında Şəki şəhəri, X13 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən ümumi sahəsi 77,6 kv.metr fərdi yaşayış evi və 0,1741 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması barədə **********57-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. 25 yanvar 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi və bölgü planı əsasında X1 şəhəri, X13 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən ümumi sahəsi 77,6 kv.metr (yaşayış sahəsi 21,4 kv.metr, köməkçi sahə 56.2 kv.metr) fərdi yaşayış evini və özünə aid torpaq sahəsinin 764 kv.metr hissəsini (yaşayış evinin tikintialtı sahəsi ilə birlikdə) oğlu İddiaçı bağışlamışdır. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş həmin müqavilə və bölgü planı əsasında İddiaçı Şəki şəhəri, X13 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən ümumi sahəsi 77,6 kv.metr fərdi yaşayış evi və 0,0764 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması barədə **********13-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. Bağışlama əməliyyatından sonra iddiaçının atası X2 mülkiyyətində qalmış Şəki şəhəri, X13 küçəsində yerləşən 0,0635 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyata alınaraq **********87 reyestr nömrəli çıxarış verilmiş və 18 may 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında X1 şəhəri, X13 küçəsində yerləşən 635 kv.metr torpaq sahəsini oğlu X6 bağışlamışdır. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş həmin müqavilə əsasında iddiaçının qardaşı X6 Şəki şəhəri, X13 küçəsində yerləşən 0,0635 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması barədə **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Beləliklə, Şəki şəhəri, X13 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən ümumi sahəsi 77,6 kv.metr fərdi yaşayış evi və 0,0764 ha torpaq sahəsi, həmçinin Şəki şəhəri, X13 küçəsində yerləşən 0,0635 ha torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilməli olduğundan ərizəçiyə xx.xx.2023-cü il tarixli 3-21-3- 39/2-Ə-0047- 8/2023 №-li imtina məktubu verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, X4 mülkiyyətinə verilmiş 635 kv.metr torpaq sahəsinə dair xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********87 reyestr nömrəli Çıxarışın iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin tikintialtı sahəsi ilə üst-üstə düşən 11 kv.metr hissədə ləğv edilməsi qanunamüvafiq hesab olunmamışdır. Üçüncü şəxs iddia tələbinə yazılı etirazını subyektiv mülahizələri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs, iddia ərizəsinə etiraz edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarış, xx.xx.2018-ci il tarixli reyestrdə 4Ə-775 nömrə ilə qeydə alınmış Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarış, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarış, xx.xx.2018-ci il və xx.xx.2018 tarixli 7916 inventar nömrəli texniki pasportlar, xx.xx.2017-ci il tarixli fərdi yaşayış evi və həyətyanı torpaq sahəsiin əmlakçıları arasında aparılmış bölgü planı, xx.xx.2018-ci il tarixli reyestrdə 4Ə-123 nömrə ilə qeydə alınmış Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi, 7916 inventar nömrəli qeydiyyat vəsiqəsi, tədqiqat obyektinə yerli baxışın nəticələrinə dair protokol, cavabdehin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli mütəxəssis rəyləri, Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, cavabdeh orqanın iddia tələbinə etirazından və iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl anoloji tələblə cavabdeh orqana müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. ... 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı üçüncü şəxsin adına tərtib edilmiş 17 iyul 2019-cu il tarixli **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın xx.xx.2017-ci il tarixli bölgü planında və **********13-10301 reyestr nömrəli, RX seriyalı ******* nömrəli çıxarışda qeyd edilmiş ümumi sahəsi 77,6 kv.metr olan fərdi yaşayış evi ilə üst-üstə düşən hissədə ləğv edilməsinə nail olmaqdır. Belə ki, işin hallarından görünür ki, iddiaçının atası X5 Şəki rayonlararası Texniki İnventarizasiya bürosu tərəfindən 02 avqust 1972-ci il tarixdə verilmiş 7916 inventar nömrəli qeydiyyat vəsiqəsi əsasında Şəki şəhəri, X13 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən ümumi sahəsi 77,6 kv.metr fərdi yaşayış evi və 0,1741 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış və **********57-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. 25 yanvar 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi və bölgü planı əsasında X1 şəhəri, X13 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən ümumi sahəsi 77,6 kv.metr (yaşayış sahəsi 21,4 kv.metr, köməkçi sahə 56.2 kv.metr) fərdi yaşayış evini və özünə aid torpaq sahəsinin 764 kv.metr hissəsini (yaşayış evinin tikintialtı sahəsi ilə birlikdə) oğlu İddiaçı bağışlamışdır. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş həmin müqavilə və bölgü planı əsasında İddiaçı Şəki şəhəri, X13 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən ümumi sahəsi 77,6 kv.metr fərdi yaşayış evi və 0,0764 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış və **********13-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. İddiaçının atası qalan 0,0635 ha torpaq sahəsini 18 may 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında X6 bağışlamış və sonuncunun mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Cavabdeh orqan tərəfindən mübahisəli torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixdə tərtib edilmiş rəy məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən təqdim edilmiş mütəxəssis rəyinin yoxlanılması məqsədilə xx.xx.2024-cü il tarixdə elektron bazaya yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli bölgü planında bağışlanan hissədə A fərdi yaşayış evi və 764 kv.metr olan torpaq sahəsi bütövlükdə iddiaçıya bağışlanmış kimi göstərilsə də, faktiki olaraq həmin A fərdi yaşayış evi tamamilə ********** qeydiyyat nömrəli çıxarışla hüquqların dövlət qeydiyyatı aparılmış 764 kv.metr torpaq sahəsinin üzərində yerləşmir. ********** qeydiyyat nömrəli çıxarışda və xx.xx.2018-ci il tarixli, 7916 inventar nömrəli texniki pasportda qeyd edilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin yerləşmə vəziyyəti xx.xx.2017-ci il tarixli bölgü planına uyğun deyil. xx.xx.2017-ci il tarixli bölgü planında iddiaçıya bağışlanan 764 kv.metr torpaq sahəsi və onun üzərində yerləşən A fərdi yaşayış evi bütövlükdə bağışlanmış kimi göstərilsə də, naturada A fərdi yaşayış evinin bir hissəsi və həmin hissənin tikilialtı torpaq sahəsi ********** qeydiyyat nömrəli çıxarışda və xx.xx.2019-cu il tarixli A 411532 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 0,0635 ha torpaq sahəsi ilə üst-üstə düşür. Daha sonra cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə dəqiqləşdirilmiş mütəxəssis rəyi təqdim edilmişdir. Həmin rəydə qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixli bölgü planında bağışlanan hissədə A fərdi yaşayış evi və 764 kv. m olan torpaq sahəsi bütövlükdə bağışlanmış kimi göstərilsə də, naturada həmin A fərdi yaşayış evinin bir hissəsi ********** qeydiyyat nömrəli çıxarışla hüquqların dövlət qeydiyyatı aparılmış 635 kv.m torpaq sahəsinin üzərində yerləşir. ********** qeydiyyat nömrəli çıxarışda və xx.xx.2018-ci il tarixli, 7916 inventar nömrəli texniki pasportda qeyd edilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin yerləşmə vəziyyəti xx.xx.2017-ci il tarixli bölgü planı arasında uyğunsuzluq mövcuddur. xx.xx.2017-ci il tarixli bölgü planında iddiaçıya bağışlanan 764 kv.m torpaq sahəsi və onun üzərində yerləşən A fərdi yaşayış evi bütövlükdə bağışlanmış kimi göstərilsə də, naturada A fərdi yaşayış evinin bir hissəsi və həmin hissənin tikilialtı torpaq sahəsi ********** qeydiyyat nömrəli çıxarışda və xx.xx.2019-cu il tarixli A411532 №-li plan-ölçü sənədində qeyd edilmiş 0.0635 ha torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi iddiaçıya bağışlanmış daşınmaz əmlak obyekti ümumi sahəsi 77,6 kv.metr olan fərdi yaşayış evi və 0,0764 ha torpaq sahəsi olmuşdur. Nəzərə alınmalıdır ki, **********13-10301 reyestr nömrəli, RX seriyalı ******* nömrəli çıxarışda da, fərdi yaşayış evinin ümumi sahəsi 77,6 kv.metr qeyd edilmişdir. Odur ki, sözügedən torpaq sahəsi və fərdi yaşayış evinin üçüncü şəxsə aid sənədlərlə üst-üstə düşməsi mərhum X2 iradəsi əsasında tərtib edilmiş xx.xx.2017-ci il tarixli bölgü planına uyğun hesab edilə bilməz. Buna görə də, məhkəmə hesab edir ki, dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa uyğun olmadığından iddiaçı, hüququ düzgün qeydə alınmamış şəxs kimi üçüncü şəxsin adına tərtib edilmiş 17 iyul 2019-cu il tarixli **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ümumi sahəsi 77,6 kv.metr olan fərdi yaşayış evi ilə üst-üstə düşən hissədə ləğv edilməsi tələbini irəli sürməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçının adına tərtib edilmiş çıxarışın və texniki pasportun özü də, mərhum X2 iradəsi əsasında tərtib edilmiş xx.xx.2017-ci il tarixli bölgü planına uyğun deyildir. Faktiki olaraq hazırkı mübahisənin yaranmasına səbəb də, iddiaçının və üçüncü şəxsin adına çıxarışlar və texniki pasportlar tərtib edilərkən xx.xx.2017-ci il tarixli bölgü planının düzgün tətbiq edilməməsidir. Odur ki, iddiaçı, hazırkı tələblə arzuladığı nəticəyə nail olsa da, özünə məxsus sənədlərin (çıxarışın və texniki pasportun) ilkin bölgü planına uyğunlaşdırılması tələbi ilə cavabdeh orqana müraciət etməlidir. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə X4 adına verilmiş 17 iyul 2019-cu il tarixli **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın X2 iradəsinə uyğun tərtib edilmiş xx.xx.2017-ci il tarixli bölgü planında və **********13-10301 reyestr nömrəli, RX seriyalı ******* nömrəli çıxarışda qeyd edilmiş ümumi sahəsi 77,6 kv.metr olan fərdi yaşayış evi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.