Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1167/2020 21.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsin Qəbələ rayon filialına qarşı "cavabdehin hesabına köçürülmüş 400 manat məbləğində pulun qaytarılması və 116 saylı X6 işləyərək topladığı 9 ay 20 gün iş stajının ümumi iş stajına əlavə olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1954-cü ildə anadan olmuş və hazırda Qəbələ rayonu Kiçik Pirəlli kəndində yaşayır. O, xx.xx.2018-ci ildə pensiya yaşına çatmış və Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Cavabdehnə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin sonuncu bundan imtina edərək bildirmişdir ki, iddiaçının sosial sığorta stajı 25 ildən azdır, eyni zamanda, iddiaçıya 16742,88 manat pensiya kapitalı tələb olunduğu halda, onun yalnız 16367,79 manat pensiya kapitalı vardır. İddiaçı Cavabdehnə qarşı "xx.xx.2017-ci ildən yaşa görə əmək pensiyasının təyin olunması" barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, eyni zamanda, xx.xx.2018-ci ildə Cavabdeh hesabına 400 manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Beləliklə, iddiaçının pensiya kapitalı artıb 16767,79 manat olmaqla tələb olunan məbləğə çatdığına görə məhkəmənin 2- 1(84)-702/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2018-ci ildən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi Cavabdeh üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə isə Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Bundansonracavabdehin xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçıya xx.xx.2018-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra İddiaçı cavabdehə müraciət edərək, xx.xx.2018-ci ildə Cavabdeh hesabına ödədiyi 400 manat məcburi dövlət sosial sığorta haqqının özünə qaytarılmasını və 116 saylı X6 2003-2005-ci illərdə işlədiyi cəmi 9 ay 20 gün müddətin sosial sığorta stajına daxil edilməsini xahiş etmişdir. Cavabdeh bundan imtina etmiş və xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubla bildirmişdir ki, 116 saylı X10 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 159 nömrəli arayışda qeyd olunan iş dövrü iddiaçının əmək kitabçasında qeyd olunmadığı üçün ümumi iş stajına daxil edilməmişdir. Bundan əlavə, Şəki İnzibati- İqtisadi Məhkəməsinin 2-1(84)-702/2018 nömrəli qərarı ilə onun əmək pensiyası almaq hüququ təsdiq olunmuşdur. Ona görə də ödənilən vəsaitin geri qaytarılması həmin qərara zidd olmaqla bərabər, ona ödənilmiş pensiya məbləğinin də qanuni əsasını aradan qaldırmış olur. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, onun 116 saylı X6 işləməsi əmək kitabçasına yazılmasa da, bu barədə ona xx.xx.2018-ci il tarixli 159 nömrəli arayış verilmişdir. Cavabdeh həmin arayışda göstərilən müddəti onun sosial sığorta stajına daxil edəcəyi halda pensiya kapitalının tələb olunan həddə çatdırılması üçün 400 manat pul ödəməsinə zərurət qalmazdı. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli **********2 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının iş stajı hesablanarkən xx.xx.1971-ci ildən xx.xx.1976-cı ilədək təhsil aldığı, xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilədək mühafizəçi işlədiyi, xx.xx.1978-ci ildən xx.xx.1996-cı ilədək Rayon İstehlak Cəmiyyətində işlədiyi müddətlər nəzərə alınmışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-702/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2018-ci ildə yaşa görə əmək pensiyasının təyin olunması qərara alınmışdır. - İşdə olan, Cavabdeh xx.xx.2019-cu il tarixli 119 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2018-ci ildən yaşa görə əmək pensiyası təyin olunmuşdur. - İşdə olan, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsin Qəbələ rayon filialının xx.xx.2020-ci il tarixli **********6 nömrəli imtina məktubundan görünür ki, 116 saylı X10 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 159 nömrəli arayışda qeyd olunmuş iş dövrü iddiaçının əmək kitabçasında qeyd olunmadığı üçün ümumi iş stajına daxil edilməmişdir. Bundan əlavə, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-702/2018 nömrəli qərarı ilə onun əmək pensiyası almaq hüququ təsdiq olunmuşdur. Ona görə də ödənilən vəsaitin geri qaytarılması həmin qərara zidd olmaqla bərabər, ona ödənilmiş pensiya məbləğinin də qanuni əsasını aradan qaldırmış olur. - İşdə olan, 116 saylı X8 X3 xx.xx.2020-ci il tarixli 15 nömrəli məktubuna əlavə olunmuş arayışdan görünür ki, İddiaçı 2003-cü ilin sentyabr ayından 2005-ci ilin dekabr ayınadək 116 saylı X8 13 saylı Kiçik Pirəli seçki komissiyasının üzvü olmuş və bu müddət ərzində seçki proseslərində iştirakı ilə əlaqədar pul təminatı almışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, pensiya yaşına çatmış şəxsə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şərt kimi onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, əks təqdirdə isə azı 25 il sığorta stajının olması nəzərdə tutulmuşdur. Müəyyən edildi ki, İddiaçı pensiya yaşına çatdığı tarixə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməmiş, sığorta stajı isə 25 ildən az olmuşdur. İddiaçı könüllü olaraq 400 manat vəsait ödəmiş və bununla da pensiya kapitalını əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən məbləğə çatdırmışdır. İddiaçı ona pensiya təyin edilməsi barədə iddiasını təmin edən məhkəmənin də qərarı məhz bu xüsusata, yəni iddiaçının 400 manat vəsait ödəməklə pensiya kapitalını tamamlamasına əsaslanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsində deyilir ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Belə olan halda, İddiaçı hazırkı iddiası, yəni ona pensiya təyin edilməsinin əsasının dəyişdirilərək pensiya kapitalına görə deyil, sosial sığorta stajına görə müəyyən edilməsi barədə tələbi həmin maddəyə ziddir. İddiaçının ödədiyi 400 manat vəsaitin geri qaytarılması Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)- 702/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarının hüquqi əsasını aradan qaldırmış olar. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddianın həmin hissəsinin təmin edilməsi üçün əsas yoxdur. İddianın 116 saylı X6 işlədiyi müddətin ümumi iş stajına əlavə olunması barədə hissəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı həmin tələbi müstəqil bir tələb kimi deyil, 400 manat pulun ona qaytarılacağı halda, sosial sığorta stajının 25 ilə çatdırılmasının üsulu kimi irəli sürmüşdür. Ona görə də məhkəmə hesab edir ki, 400 manat məbləğində pulun iddiaçıya qaytarılması tələbi təmin edilmədiyinə görə həmin tələb də təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsin Qəbələ rayon filialına qarşı "cavabdehin hesabına köçürülmüş 400 manat məbləğində pulun qaytarılması və 116 saylı X6 işləyərək topladığı 9 ay 20 gün iş stajının ümumi iş stajına əlavə olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1167/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1167/2020
21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver