Məhkəmə qərarları › İş №2-1(116)-1168/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1168/2024

02.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1168/2024 02.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X3rşı “cavabdehin iddiaçı barəsində əlilliyin ləğv edilməsi barədə qəbul etdiyi qərarın ləğv edilməsi, iddiaçının əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin iddiaçı barəsində əlilliyin ləğv edilməsi barədə qəbul etdiyi qərarın ləğv edilməsi, iddiaçının əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(114)-4329/2023 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və inzibati iş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuşdur.Birinci Qarabağ müharibəsi dövründə vətənin müdafiəsinə könüllü şəkildə getmişdir. 1992-ci ilin noyabr ayında ağır yaralanmışdır. Ömürlük 2-ci qrup əlilliyi təsdiq edilmişdir. Lakin iddiaçının avtomobillə təmin edilməsi barədə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayətdən sonra əlilliyi əsassız olaraq ləğv edilib. İddiaçı məsələ ilə bağlı məhkəməyə müraciət edib Cavabdeh etirazını belə əsaslandırmışdır ki, İddiaçı “qərarın ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi" tələbinə dair iddia ərizəsinə dair etirazı diqqətinizə çatdırırıq. Qəbələ rayon sakini xx.xx.1961-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti xx.xx.2002-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin təyinatı barədə qərar verilmişdir.Odlu silah yaralanmasından sonra sol buddan döş qəfəsindən və hər iki baldırdn qəlpə çıxarılmasından sonrakı hal. Nevrastenitya. Xroniki sistit. Sidik turşulu diatez. Vətəndaşın minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinəsı zamanı sol budun orta 1/3-də, sol baldırın yuxarı 1/3-də, sağ kürəkdə və döş qəfəsinin tərəfində torakosintezdən sonrakı çapıq izlənilmiş, hərəkətlər sərbəst, əzələlərdə atrofiya, ətraflarda iflic, parez qeyd olunmamışdır. Auskultasiya zamanı hər iki ağciyər payları üzərində vezikulyar tənəffüs eşidilmiş, tənəffüs keçiriciliyi simmetrik, saturasiya SpO2-98%, THS-19, ps-91 vurğu olmuş, hal-hazırda əlillik təyinatına əsas verən xəstəliyin tam reabilitasiya olunması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiqedilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası“na uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasinda iştirak etməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubu.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının 0240003AAH03 nömrəli göndərişi.

3. 4431 nömrəli Xəstəlik haqqında Şəhadətnamənin surəti.

4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK-in xx.xx.2023-cü il tarixli, **********0 nömrəli Qərarı.

5. İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2002-ci il tarixdə müayinə olunmuş və ona müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.

6. İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixində müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir.

7. İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixində müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir.

8. Qəbələ rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlər.

9. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1168/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

10. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 2975 nömrəli rəyi .

Əsaslandırma hissəsi:

İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən qərar 2023-cü ilin yanvar ayında qəbul edilmiş, lakin iddiaçıya təqdim edilməmişdir. Cavabdeh orqan iddiaçının müraciətlərinə cavab olaraq xx.xx.2023cü il tarixdə verdiyi iddiaçı barəsində əlilliyin ləğvi barədə qərarın qəbul edildiyini göstərsə də, mübahisələndirilən qərarın surətini təqdim etməmiş, qəbul edilmə tarixi barədə məlumat verməmişdir. Cavabdeh orqan tərəfindən mübahisələndirilən qərarın iddiaçı təqdim edilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Odur ki, sözügedən qərarın mübahisələndirilməsi üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti buraxılmamışdır. Məhkəmə işin hallarını araşdıraraq,aşağıdakı normaları işin hallarına tətbiq edərək mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Əlillik Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunmasına dair Əsasnamə” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən əlilliyin qiymətləndirilməsi elektron qaydada aparılır. Əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd dövlət tibb müəssisəsinin göndərişidir (Forma 88) və qiymətləndirmə zamanı yalnız göndərişdə qeyd olunmuş məlumatlar əsas götürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası : 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Məhkəmə hesab edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ləğv edilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Yəni, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar “əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər.Lakin, həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni, daxili audit yoxlaması iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1685/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında yuxarıda qeyd edilmiş hüquqi mövqe öz əksini tapmışdır. İş materiallarına əsasən müəyyən edilir ki,iddiaçıya “Odlu silah yaralanmasından sonra sol buddan döş qəfəsindən və hər iki baldırdn qəlpə çıxarılmasından sonrakı hal. Nevrastenitya. Xroniki sistit. Sidik turşulu diatez.” Diqnozu ilə müddətsiz əlilik təyin edilmişdir.Cavabdeh inzibati orqan tərəfindən iddiaçının əyani müayinəsi təmin edilməklə barəsində yanvar 2023-cü il tarixində iddiaçının “tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən iddiaçının mövcud sağlamlıq vəziyyətinin yoxlanılması barədə ekspertiza təyin edilmişdir.Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli T372/2024 nömrəli rəyində deyilir: “1961-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-3. SN-nin “MTE və PA Birliyi” PHŞ müalicə müəssisəsi olmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, İddiaçı iş materiallarında olan tibbi sənədlərində qeyd olunan “Y36.2- Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Odlu silah yaralanması. Sol budun, hər iki baldırın, döş qəfəsinin çoxsayda qəlpə yaralanmasindan sonraki vəziyyət. Ağırlaşmalar: L90.5- Dərinin çapıqlaşmış vəziyyəti və pibrozu. Sol budda, hər iki baldırda, döş qəfəsində çoxsaylı, posttıpvmatik hipertrofık çapıqlar. R.26- Hərəkətin və yerişin pozulmaları. Aşağı ətrafların funksiyasının pozulması.; Yanaşı xəstəliklər: El 1.7- İnsulindpn asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet İİ tipi insulin; G63.2*- Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə) Diabetik ensefalopatiya. İİ 1.0- (Durğunluq) ürək çatmamazlığıiləlmüşayət olunan, əsasən ürəyin zədələnməsi ilə hıpertenziv (hipertoniya) xpstəlik (- yi). Arterial hipertenziya İİ, əlavə risk İİİ. İ44.4- His dəstəsinin sol ayaqcığının ön şaxəsinin blokadası. His dəstəsinin sol ayaqçısının tam blokadası. 179.2- Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Diabetik angiopatiya. H26.İ- Digər dəqiqləşdirilmiş, katarakta OD Yetişmiş katarakta. Vis OD=0,011 (k\etmir) Vis OS=0,2;” diaqnoz ona stasionarda müalicəsi zamanı anamneslik, klinik və ona laboratorinstrumental müayinələri əsasında qoyulsa pa, əyani müayinədə sol budun orta 1\3-də, sol baldırın yuxarı 1\3-də sağ Kürəkdə və döş qəfəsinin sağ tərəfində torakosintezdən sonrakı çapıq İ izlənmiş, hərəkətlər sərbəst, əzələlərdə atrofiya, ətraflarda iflic, parez qeyd olunmamışdır. Ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş,!saturasiya SpO2-98%, Ths-19, ps-91 vurğu olmuş, hazırda əlillik təyinatına əsas verən xəstəliyin tam reablitasiya olunması müəyyən edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Akad. C.Abdullayev adma X1 müayinəsi zamani “ ÜİX. Gərginlik stenokardiyası. (G.S. İİİ f.s.) İnfarktdan sonrakı kaldioskleroz. Hipoertoniya xəstəliyi İİ AF-25%. Xroniki ürək çatmamazlıgı İV f.s.” diaqnozu müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının hazırkı sağlamlıq vəziyyəti ilə ona təyin edilmiş əlilik arasında eyniyyət mövcud deyildir. Odur ki, yuxarıda qeyd edilən diaqnozlar nəzərə alınmaqla ona əlilliyin təyini zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022- ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarf’na müvafiq olaraq tam reablitasiya olunması ilə əlaqədar xüsusi səbəbdən diaqnozun əlillik əlaməti tətin etməməsi və ümumi xəstəlik ilə əlaqədar isə xəstəlik 187 saylı qərarın əhatə dairəsinə düşdüyündən tibb müəssisəsindən yeni Forma 088 rəsmiləşdirilməlidir. İddiaçının hazıkı sağlamlıq vəziyyətinin yoxlanılması zamanı təyin edilmiş məhkəmətibbi ekspertizasının rəyinə əsasən onun hazırkı sağlamlıq durumunda patofunksional dəyişikliklər müəyyən edilmişdir. Nəticə etibarı ilə iddiaçının orqanizminində mövcud olan patofunksional dəyişikliklər əlillik əlaməti təyin etmədiyindən və diaqnoz təsdiq olunmadığından məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı:

İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X3rşı “cavabdehin iddiaçı barəsində əlilliyin ləğv edilməsi barədə qəbul etdiyi qərarın ləğv edilməsi, iddiaçının əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar