Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-117/2023 08.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçıların vəkili (İddiaçı1 həmçinin nümayəndəsi) Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Ədilova (Salehova) Əsmər Mehman qızı, Ədilova (Süleymanova) Aydan Mehman qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “JN-442 saylı X1 adına olan qeydiyyatın 1,57 ha hissədə ləğv edilməsi, JN-442G saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin qismən - 1,57 ha hissədə ləğv edilməsi və ünvan 1i ünvanında yerləşən 1,57 ha torpaq sahəsinə iddiaçıların mülkiyyət hüququnun qeydiyyata alınaraq adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, JN-442 saylı X1 adına olan qeydiyyatın 1,57 ha hissədə ləğv edilməsi, JN-442G saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin qismən - 1,57 ha hissədə ləğv edilməsi və ünvan 1i ünvanında yerləşən 1,57 ha torpaq sahəsinə iddiaçıların mülkiyyət hüququnun qeydiyyata alınaraq adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Oğuz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 67 nömrəli qərarı ilə iddiaçı və onun 5 (beş) nəfər ailə üzlərinə 1,98 ha torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsinin 0,41 ha hissəsinə JN-342F KOD 40509018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib olunaraq iddiaçılara təqdim edilmişdir. Qalan 1,57 ha torpaq sahəsinə isə iddiaçılara məlum olmayan səbəbdən sənəd hazırlanmamışdır. İddiaçılar ünvan 1i ünvanında yerləşən həmin 1,57 ha torpaq sahəsinə iddiaçı və ailə üzvlərinin mülkiyyət hüququnu qeydiyyata alaraq adlarına dövlət reyestrindən çıxarış verilməsini cavabdeh inzibati orqandan xahiş etmişlər. Göstərilən torpaq sahəsi hal-hazırda da iddiaçı və ailə üzvlərinin istifadəsindədir. İddiaçılar qeyd edirlər ki, həmin torpaq sahəsi islahat zamanı onların adına yazılsa da, digər vətəndaşın adına JN-442 sayla mülkiyyət kimi göstərilmişdir. Ləğv edilmiş DTXK-nın Oğuz rayon şöbəsindən iddiaçılara verilmiş xx.xx.2014-cü il tarixli arayışda həmin əraziyə mülkiyyət hüququna dair şəhadətnamə çap edilmədiyi qeyd edilmişdir. İddiaçılara və onların vəkilinə xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq, bildirilmişdir ki, işin araşdırılmış hallarına görə, iddiaçılar onların adına işlənməmiş 1,57 ha torpaq sahəsinə sənədin tərtib edilməsini, bu məqsədlə Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli qərarı əsasında digər şəxslərin adına işlənmiş şəhadətnamələrin ləğvini və sözügedən torpaq sahələrinə dair onların adına çıxarışın verilməsini tələb etməkdədirlər. Yəni ilk növbədə müvafiq şəhadətnamələr ləğv edilməli ondan sonra yeni qeydiyyat aparılmalıdır. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, aqrar islahatın aparılması zamanı beş nəfər ailə üzvlərinə 1,98 ha torpaq sahəsi verilməsinə baxmayaraq, qeyd edilən torpaq sahəsinin 0,41 ha hissəsinə münasibətdə onların adına JN-342F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə hazırlansa da, qalan 1,57 ha torpaq sahəsinə isə onların adına sənəd hazırlanmamışdır. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq iddiaçılar bu məsələ ilə bağlı mübahisə açmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşlər. Yardım məktubunda göstərilənlərlə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi xahiş olunmuşdur. İddiaçı1 vəkili və nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə münasibət məktubu ünvanlamışdır. Məktubda iddia ərizəsində göstərilənlər qeyd edilməklə əlavə olaraq bildirilmişdir ki, Şəki İnzibati Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2-1(116)-117/2023 nömrəli məktubunda iddiaçının mülkiyyətində olan torpaq sahəsinə qonşusu X1 adına olan JN-442G saylı Şəhadətnamənin Oğuz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 67 nömrəli qərarı ilə verildiyi göstərilir. Bundan sonra məktubda guya Oğuz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 67 nömrəli qərarının ləğv olunması üçün iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü qeyd olunmuşdur. İddiaçı məktubunda qeyd edir ki, o, həmin qərarın ləğvini istəmir. Çünki Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 67 nömrəli qərarı ünvan 1 X8 Komissiyasının qərarının təsdiq olunması barədə ümumi bir qərardır. Həmin qərarların heç biri onun hüquq və mənafeyinə toxunmur. Münasibət məktubunda həmçinin qeyd olunmuşdur ki, islahat zamanı adlarına yazılmış torpaq sahəsinə sənəd verilməsi ilə əlaqədar dəfələrlə müraciət etmişlər və onlara ləğv edilmiş Oğuz rayon Torpaq şöbəsindən adlarına sənəd hazırlanacağı bildirilmişdir. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil məktubda qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-117/2023 nömrəli qərardadı ilə X3 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili (İddiaçı1 həmçinin nümayəndəsi) Vəkil iddia ərizəsinin məzmununa uyğun ozahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, həmçinin İddiaçı1 məhkəmənin hüquqi yardım məktubuna yazılı münasibətini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. “Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının xx.xx.1995ci il tarixli 978 nömrəli Qanununun 3-cü maddəsinin dördüncü hissəsinə sasən, torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə görə islahatın aparılması üçün Azərbaycan Respublikası X7 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X8 komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə X7 Komissiyası yaradılmış, Prezidentin xx.xx.1995-ci il tarixli 313 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası X7 Komissiyası haqqında Əsasnamə" təsdiq edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 155- İQ nömrəli Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası X7 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X8 komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə X8 komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X2 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X7 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X7 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X7 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, “X6 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X2 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur. Belə ki, iddia ərizəsinin əsaslarına və işin araşdırılmış hallarına görə Oğuz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 67 nömrəli qərarı ilə iddiaçı və onun 5 (beş) nəfər ailə üzlərinə 1,98 ha torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsinin 0,41 ha hissəsinə JN-342F KOD 40509018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib olunaraq iddiaçılara təqdim edilmişdir. Qalan 1,57 ha torpaq sahəsinə isə iddiaçılara sənəd hazırlanmamış, mülkiyyət hüququ qeydiyyata alınmamışdır. İddiaçılar ünvan 1i ünvanında yerləşən həmin 1,57 ha torpaq sahəsinə iddiaçı və ailə üzvlərinin mülkiyyət hüququnu qeydiyyata alaraq adlarına dövlət reyestrindən çıxarış verilməsini cavabdeh inzibati orqandan xahiş etmişlər. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq iddiaçılar bu məsələ ilə bağlı mübahisə açmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşlər. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçılar faktiki istifadələrində olan və onların mülkiyyətinə verildiyini iddia etdikləri mübahisəli torpaq sahəsinin hüquqi müqəddəratı ilə maraqlanmalı olduqları halda, həmin torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərin hazırlanmamasının səbəbinin aşkar edilməsi üçün tədbir görməli olmalarına baxmayaraq uzun illər ərzində bu istiqamətdə hər-hansı hərəkət etməmiş və məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişlər. 25 ilə yaxın müddət keçdikdən sonra hazırkı tələblə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişlər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İnzibati Prosessual Məcəllə isə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər-hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Yəni Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların və edilmiş hərəkətlərin mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər-hansı münasibətə qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Məhkəmə onu da vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası analoji iş üzrə xx.xx.2023-cü il tarixli 2-1(102)-1149/2023 nömrəli qərarında eyni hüquqi mövqedən çıxış etmişdir. (qərar işə əlavə olunur, 29-32-ci bəndlər) Bununla yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası analoji iş üzrə xx.xx.2023-cü il tarixli 2-1(102)-887/2023 nömrəli qərarının 39-42 ci bəndlərində eyni məsələyə aşağı instansiya məhkəmələrinin diqqətini çəkmişdir. (qərar işə əlavə olunur) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçıların cavabdehə qarşı hazırkı tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Ədilova (Salehova) Əsmər Mehman qızı, Ədilova (Süleymanova) Aydan Mehman qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “JN-442 saylı X1 adına olan qeydiyyatın 1,57 ha hissədə ləğv edilməsi, JN-442G saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin qismən - 1,57 ha hissədə ləğv edilməsi və ünvan 1i ünvanında yerləşən 1,57 ha torpaq sahəsinə iddiaçıların mülkiyyət hüququnun qeydiyyata alınaraq adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3llegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-117/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-117/2023
08.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver