Məhkəmə qərarları › İş №2-1(116)-1170/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1170/2020

18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1170/2020 18.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 9 saylı X6rşı “ünvan 1i ünvanında yerləşən torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq ailə üzvlərinin adlarına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı ünvan 2i ünvanında yerləşən normaya uyğun pay torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq adına Dövlət Reyestrindən Çıxarış verilməsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsinin Oğuz rayon şöbəsindən xahiş etmişdir. Lakin araşdırma nəticəsində aydın olmuşdur ki, torpaq islahatı zamanı iddiaçı və ailəsinə verilmiş həmin pay torpaq sahəsi onun və ailə üzvlərinin adlarına JN-190 KOD ******* nömrə ilə yazılsa da, torpaq sahəsinin 0.17 ha hissəsinə başqa ərazidən Dövlət Aktı hazırlanmış, faktiki qanuni istifadələrində olan 1.12 ha torpaq sahəsinə isə Dövlət Aktı hazırlanmamışdır. Ona görə də iddiaçı torpaq islahatı zamanı ünvan 2i üzrə torpaq payı alan subyektlərin siyahısının, Oğuz rayonu X8 X3 qərarının və həmin qərarın təsdiq olunması barədə Oğuz Rayon X3 qərarının təsdiq olunmuş surətlərinin ona göndərilməsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən xahiş etmişdir. Xidmətdən iddiaçıya göndərilən xx xxxxx 2020-ci il tarixli **********18 nömrəli cavab məktubunda 2 nəfər ailə üvlərinin adlarına 0.12 ha qanuni istifadədə, 1.12 ha faktiki torpaq sahəsinin qeyd edildiyi bildirilmişdir. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X11 müraciət edərək faktiki istifadələrində olan torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Lakin İdarədən verilmiş cavab məktubunda iddiaçının torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim etmədiyi əsas gətirilərək müraciətin icra olunmasından imtina edilmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçı ünvan 2ində yerləşən 1.12 ha torpaq sahəsinə dair qeydiyyat üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Belə ki, 0.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X4 və ailə üzvlərinin adına Oğuz rayon AİK-nın qərarı əsasında JN-190 saylı Dövlət Aktı hazırlanmamışdır. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. İddia edilən 1.12 ha torpaq sahəsinin faktiki istifadəçisi İddiaçı və ailə üzvləridir. Faktiki istifadədə olan torpaq sahəsi Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında yaşayış məntəqələri torpaqlarıdır. JN-745 BB və JN-746 BB kimi Oğuz rayon Xaçmaz Bələdiyyəsinin mülkiyyətinə aiddir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan JN-533A kod 40509018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən müəyyən edilir ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 67 saylı Qərarı ilə 0.11 hektar həyətyanı torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-1xx xxx 40509018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 67 saylı Qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0.17 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Oğuz rayon Xaçmaz kənd “Turan” Kooperativi İƏV üzrə pay almaq hüququ olan vətəndaşların “Siyahısı”nın təsdiq edilmiş surətində İddiaçı və X2 adları, faktiki torpaq sahəsi sütununda 1.12 ha qeyd edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********18 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2010-cu il tarixli, 02 nömrəli arayışın surətində qeyd edilir ki, Xaçmaz təsərrüfatında torpaq islahatı aparılan zaman İddiaçı ailə tərkibi iki nəfər olmaqla istifadələrinə 0.12 ha həyətyanı və 1.12 ha zəbt torpaq sahəsi verilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara AZE seriyalı 0******* və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətləri, cavabdehin xx.xx.2020-ci il tarixli **********59 nömrəli məktubu, JN-533A kod 40509018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”, JN-1xx xxx 40509018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın təsdiq edilmiş surəti, ƏMDK yanında DƏKÜRX-nin xx.xx.2020-ci il tarixli **********18 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, **********52 nömrəli məktubu, cavabdehin xx.xx.2020-ci il tarixli **********98 nömrəli etiraz məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, **********52 nömrəli məktubunda qeyd edilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X10 mütəxəssisləri ünvan 1ində yerləşən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə baxış keçirərək çöl ölçmə işləri aparmış və çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar kameral şəraitdə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmışdır. Aparılan araşdırmalar zamanı aşağıdakı hallar müəyyən olunmuşdur: Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına əsasən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin təyinatı (kateqoriyası) yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü çoxillik əkmə, faktiki sahəsi 1.12 ha təşkil edir; Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına əsasən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətində olan 750BB, 746BB və 747BB nömrəli torpaq sahələri ilə üst-üstə düşür. Yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, iddiaçının tələbində qeyd etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər mövcud deyil. Həmçinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi aşkarlanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 9 saylı X6rşı “ünvan 1i ünvanında yerləşən torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq ailə üzvlərinin adlarına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar