Məhkəmə qərarları › İş №2-1(116)-1172/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1172/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1172/2020 17.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X5rşı “JN-1xx xxx 40509018 nömrəli Dövlət Aktının ləğv edilməsi, ünvan 1i ünvanında yerləşən, qanuni istifadələrində olan 2.0 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq ailə üzvlərinin adlarına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “JN- 1xx xxx 40509018 nömrəli Dövlət Aktının ləğv edilməsi, ünvan 1i ünvanında yerləşən, qanuni istifadələrində olan 2.0 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq ailə üzvlərinin adlarına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ünvan 1i ünvanında yerləşən, ailə üzvlərinin qanuni istifadələrində olan normaya uyğun pay torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq onun adına Dövlət Reyestrindən Çıxarış verilməsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X9 rayon şöbəsindən xahiş etmişdir. Lakin araşdırma nəticəsində aydın olmuşdur ki, torpaq islahatı zamanı onlara verilmiş həmin pay torpaq sahəsi iddiaçının və ailə üzvlərinin adlarına JN-1xx xxx 40509018 nömrə ilə yazılsa da, torpaq sahəsinin 0.89 ha hissəsinə Dövlət Aktı hazırlanmış, faktiki qanuni istifadələrində olan 0.81 ha torpaq sahəsinə isə Dövlət Aktı hazırlanmamışdır. Qeyd edilən JN-1xx xxx 40509018 nömrəli Dövlət Aktı və həmin Dövlət Aktında göstərilən 0.89 ha torpaq sahəsi onlara təqdim olunmamışdır. Həmin torpaq sahəsinin harada yerləşdiyi iddiaçıya məlum deyil və bir dəfə də olsa istifadə etməmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsindən iddiaçının mərhum atasına JN-1xx xxx 40509018 nömrəli Dövlət Aktının ləğv edildiyi və istifadələrində olan 2.0 ha torpağa sənəd hazırlanacağı bildirilmişdir. Ona görə də iddiaçı torpaq islahatı zamanı ünvan 1i üzrə torpaq payı alan subyektlərin siyahısının, Oğuz rayonu X6 X2 qərarının və həmin qərarın təsdiq olunması barədə Oğuz Rayon X2 qərarının təsdiq olunmuş surətlərinin ona göndərilməsini Azərbaycan Respublikası Əmlak Məsələləri dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən xahiş etmişdir. Xidmətdən iddiaçıya göndərilən xx xxx 2020-ci il tarixli **********55 nömrəli cavab məktubunda 4 nəfər ailə üvlərinin adlarına 0.30 ha həyətyanı torpaq sahəsi, 2.0 ha faktiki torpaq sahəsinin qeyd edildiyi bildirilmişdir. Eyni zamanda iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X8 müraciət edərək faktiki istifadələrində olan torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. İdarədən verilmiş cavab məktubunda iddiaçının müraciətinin icra olunmasından imtina edilmişdir. Həm də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X7 iddiaçıya JN-1xx xxx 40509018 nömrəli Dövlət Aktının ləğv edilmədiyi də bildirilmişdir. Cavabdeh orqan iddia tələbinə etiraz məktubunda bildirmişdir ki, İddiaçı ünvan 1ində yerləşən 2.0 ha torpaq sahəsinin 0.81 ha hissəsinə dair qeydiyyat üçün əsas olan hüquqmüəyyənedici sənədləri təqdim etməmişdir. Belə ki, 0.81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı və ailə üzvlərinin adına Oğuz rayon AİK-nın qərarı əsasında dövlət Aktı hazırlanmamışdır. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Torpaq sahəsinin faktiki istifadəçisi İddiaçı və ailə üzvləridir. Faktiki istifadədə olan torpaq sahəsinin bir hissəsi başqa mülkiyyətçilərə məxsus torpaq sahələridir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş edərək bildirdi ki, 2.0 ha torpaq sahəsi ilə bağlı cavabdeh orqana müraciəti olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı ərizəsində qeyd etdiyi tələblə orqana müraciət etməmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırkıiddianın xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İş materiallarında olan cavabdeh orqanın xx.xx.2020-ci il tarixli, **********85 nömrəli imtina məktubundan göründüyü kimi iddiaçı cavabdeh orqana məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərilən analoji tələblə müraciət etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində JN-1xx xxx 40509018 nömrəli Dövlət Aktının ləğv edilməsi, 2.0 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş etsə də, cavabdeh orqana 0.81 ha torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddianın mümkünlüyünə dair şərtlərə iddiaçı tərəfindən riayət edilmədiyindən, bununla da tərəflər arasında iddia predmeti barədə mübahisə hazırda mövcud olmadığından iddia mümkün sayıla bilməz. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015ci il tarixli 05 nömrəli Qərarı). İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1, 35.3 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X5rşı “JN-1xx xxx 40509018 nömrəli Dövlət Aktının ləğv edilməsi, ünvan 1i ünvanında yerləşən, qanuni istifadələrində olan 2.0 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq ailə üzvlərinin adlarına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar