Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1172/2025 18.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illəri sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “işlədiyi illəri sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. X2 Qanuna əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmış və cavabdeh orqana əmək pensiyası almaq üçün sənədlərini təqdim etmişdir.Cavabdeh iddiaçıya əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtinanın səbəbi, “əmək fəaliyyətimi təsdiq edən sənədlərdəki qeydlərin mötəbərliyi araşdırılmamışdır ona görə ki, əmək stajı 25 ildən azdır. İddiaçı cavabdehin imtinası ilə razı deyil.Cavabdeh imtinasında iddiaçının 24 il 1 ay 15 gün əmək stajının oldugunu qeyd edir. Lakin cavabdeh təqdim olunmuş sənədlərdəki müddətləri düzgün hesablamamışdır. Əmək fəaliyyəti aşagıdakı qaydada əmək kitabçasında, hərbi biletində və elektron məlumatlarda qeyd olunmuşdur.
1. 01.03. 1976 il – xx.xx.1976 il = 7 ay 28 gün Zaqatala Raykoopittifaq.
2. 27.10. 1978 il – xx.xx.1979 il = 6 ay 17 gün Avtoşkola
3. xx.xx.1979 il – xx.xx.1981 il = 2 il 1 ay 1 gün Azərittifaq
4. xx.xx.1981il – xx.xx.2000 il = 19 il 2 ay 20 gün Azərittifaq
5. xx.xx.1976 il – xx.xx.1978 il = 1 il 11 ay 19 gün Hərbi xidmət İddiaçı 2022-ci ilin dekabr ayında DSMF-na 20 manat 08 qəpik pul ödəmişdir, 2023cü ilin yanvar ayında 17 manat 63 qəpik, fevral ayında 20 man. 27 qəp, mart ayında 20 man.27 qəp., aprel ayında 20 man.27 qəp., oktyabr ayında 20man.27qəp.,noyabr ayında 20 man.27 qəp., dekabr ayında 20 man.27 qəp DSMF-yə pul ödəmişdir. Yəni 2022-ci ildə 1 ay, 2023-cü ildə isə 7 ay əmək stajı vardır. Bu faktlar fərdi uçot məlumatlarından görünür. Beləliklə əmək kitabça və hərbi xidməti cəmi 24 il 5 ay 25 gün təşkil edir, elektron məlumatlarda isə 8 ay əmək stajı vardır. Cəmi 25 il 1 ay 25 gün sığorta stajının oldugu təqdim etdiyi sənədlərlə sübuta yetir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək. xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979cu il tarixdən xx.xx.1981-ci il tarixədək. xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur, həmçinin 2022-ci il tarixdə 01 ay, 2023-cü il tarixdə isə 07 ay əmək stajı olmuşdur. Beləliklə, əmək stajının 25 ildən çox olduğunu qeyd etmişdir. İddiaçı eyni məzmunlu ərizə ilə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-156535/2023 nömrəli məktubla yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, iddiaçı T.Abdurahmanovun sosial sığorta stajı qanunvericiliklə tələb olunan (25 il) sığorta stajından azdır. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki. icraatınızda olan 2-1(116)- 2482/2024 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, İnzibati Prosessual Məcəllənin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. “X2" Qanunun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Bildiririk ki, İddiaçı təqdim etdiyi ******* Ns-li hərbi biletin surətində qeyd olunan məlumata əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətində qeyd olunan məlumata əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan əmək fəaliyyəti dövrləri, Şəki-Zaqatala regional filialı tərəfindən təqdim edilmiş X1 xx.xx.2025-ci il tarixli əməkhaqqı arayışına əsasən 1979- 2000-ci illər üzrə 17 il 1 ay əmək haqqı aldığı dövr və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin pensiya altsistemində olan məlumatlara əsasən fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək qeydə alınmış pensiya kapitalına uyğun 9 ay sığorta stajı nəzərə alınmaqla onun ümumilikdə 20 il 11 ay 20 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il :arixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, İddiaçı təqdim etdiyi 200 Ns-li təhsil haqqında sənədin (attestatın) surətində qeyd olunan məlumata əsasən təhsil aldığı dövr əmək fəaliyyəti ilə üst-üstə düşdüyündən qeyd edi ən dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Fondun Şəki-Zaqatala regional filialının xx.xx.2025-ci il tarixli əməkhaqqı arayışına əsasən İddiaçı Azərittifaqın “Zaqatala Avtobaza”sında xx.xx.1979-cu il tarixdən xx.xx.2000-ci il tarinədək olan əmək fəaliyyəti zamanı 1997-ci ildə 1 ay, 1998-ci ildə 5 ay, 1999-cu ildə 11 ay onun adına əməkhaqqı hesablanmamışdır. Həmçinin arayışda 1981-ci ilin əməkhaqqı cədvəlləri təqdim edilmədiyindən, 1984-cü ilə aid əməkhaqqı kitabının birinci vərəqi yararsız halda olduğundan, 1999-cu ilin yanvar ayından 2000-ci ilin dekabrınadək əməkhaqqı cədvəllərində iddiaçının əməkhaqqı alması barədə qeydlər aşkar olunmamışdır. Buna görə də. əməkhaqqı hesablanmayan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün edilmədiyindən iddiaçının sığorta stajına daxil edilməmişdir. 15 may 2020-ci il tarixli “X2" Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən məsələyə “X2" Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı əsas təməl prinsipinə uyğun deyil: -əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi. “X2’ Azərbaycan Respublikası Qanununun Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddələrin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmən dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalan'na əsasən iddiaçı T.Abdurahmanovun təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxil olma və işdən azad olma əmrləri eyni xətt və eyni qələmlə yazılıb) həmin dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli Ns 186 Qərarın 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: -İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. - İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. Qərarın 3.4-cü bəndinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün ceydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin “a" bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə. onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Konstitusiyada əksini tapan sosial təminat hüququ 38-ci maddənin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" 1 dekabr 2010-cu il tarixli Qərarı). Bütün bu halları nəzərə alaraq düşünürük ki, məhkəmə qərarlarında qanunvericinin sosial təminat sistemi ilə bağlı qanunvericilikdə mülahizə sərbəstliyini tanımalı, onun bütün faktorları nəzərə alaraq formalaşdırdığı sistemə ziddiyyət təşkil edəcək tövsifdən və təfsirdən çəkinməli, qanunun ümumi məqsədlərini nəzərə almalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbatı aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb elməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki. cavabdeh inzibatı orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən butun taktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: • AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. • X3 Aparat Rəhbərinin xx.xx.2025-ci il tarixli AAŞ-14/15 nömrəli məktubunun surəti. • Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. • İddiaçıya məxsus 200 nömrəli atesstatın surəti. • İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi bilet. • İddiaçıya məxsus 1976-cı il tarixli əmək kitabçasının surəti.
Əsaslandırma hissəsi:
Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı işlədiyi illəri sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İş materiallarına və iddiaçıya məxsus əmək kitabçasına əsasən onun tələb olunan 25 il sosial sığorta stajı mövcud deyildir. Belə ki,iddiaçı xx.xx.1976 il – xx.xx.1976 ilə qədər hərbi xidmət dövrü, müxtəlif yerlərdə əmək fəaliyyəti göstərdiyi dövrlər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyini şərtlərindən biri olan minimum sosial sığorta stajı tələbinin ödənilmədiyi müəyyən edilir. Fondun Şəki-Zaqatala regional filialının xx.xx.2025ci il tarixli əməkhaqqı arayışına əsasən İddiaçı Azərittifaqın “Zaqatala Avtobaza”sında xx.xx.1979-cu il tarixdən xx.xx.2000-ci il tarinədək olan əmək fəaliyyəti zamanı 1997-ci ildə 1 ay, 1998-ci ildə 5 ay, 1999-cu ildə 11 ay onun adına əməkhaqqı hesablanmamışdır. Həmçinin arayışda 1981-ci ilin əməkhaqqı cədvəlləri təqdim edilmədiyindən, 1984-cü ilə aid əməkhaqqı kitabının birinci vərəqi yararsız halda olduğundan, 1999-cu ilin yanvar ayından 2000-ci ilin dekabrınadək əməkhaqqı cədvəllərində iddiaçının əməkhaqqı alması barədə qeydlər aşkar olunmamışdır. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının 20 il 11 ay 20 gün mübahisələndirilməyən sığorta stajının mövcudluğunu bildirsə də iddiaçı ümumi sosial sığorta stajının 25 il 1 ay 25 gün olmduğunu iddia edir. Məhkəmə aşağıdakılara görə iddiaçının dəlillərini əsaslı hesab etmir. “X2” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: - iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; - Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; - fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Yaşa görə əmək pensiyasının təyin edilməsinin digər əsası isə şəxsin fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınması ilə bağlıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 13 saylı Ərazi Vergilər İdarəsi ünvanladığınız müraciətə cavab olaraq bildirir ki, vergi ödəyicisi İddiaçı (VÖEN: **********) xx.xx.2022-ci il tarixdə “Taksi fəaliyyəti" növü üzrə vergi orqanında qeydiyyata alınmışdır. Eyni zamanda vergi ödəyicisi İddiaçı (VÖEN: **********) vergi orqanına təqdim etdiyi "fəaliyyətin dayandırılması və bərpası ərizələrinə" əsasən xx.xx.2022- ci il tarixindən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək olan dövrlər üzrə fəaliyyəti aktiv olmuşdur. İş materiallarına əlavə edilmiş X3 Aparat Rəhbərinin xx.xx.2025-ci il tarixli AAŞ- 14/15 nömrəli məktubundan görünür ki, “iddiaçı Abdurahmanzadə" ismayıl Hacı oğlunun Azərittifaqın tabeliyində olan Zaqatala avtobazasında 1979-2000-ci illərdə işləməsi haqda heç bir məlumat təqdim edə bilmirik. Zaqatala avtobazası Azərittifaqın idarə Heyətinin 18 avqust 2006-cı il tarixdən 183 Ng-İi qərarı ilə ləğv edilib. Eyni zamanda Zaqatala avtobazası Azərittifaqın arxivinə heç bir sənəd təhvil verməyib.”. “Əmək pensiyaları” haqqında Qanunun : 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən müvafiq ödənişlər “daşımalar üzrə sadələşdirilmiş vergi” təyinatı üzrə ödənilmişdir. İddia olunan dövrə münasibətdə ödəmənin aparılmaması iddiaçının pensiya hüququnun yaranmasının əsası kimi “Əmək pensiyaları” haqqında Qanunun 22-1.1-ci maddəsinin tətbiqini istisna edir. Məhkəmə cavabdehin dəlilləri ilə razılaşaraq qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması ilə yanaşı, onun təhsil aldığı dövrünün əmək fəaliyyəti ilə üst-üstə düşdüyü də müəyyən edilir. Bununla yanaşı Fondun Şəki-Zaqatala regional filialının xx.xx.2025-ci il tarixli əməkhaqqı arayışına əsasən İddiaçı Azərittifaqın “Zaqatala Avtobaza”sında xx.xx.1979-cu il tarixdən xx.xx.2000-ci il tarinədək olan əmək fəaliyyəti zamanı 1997-ci ildə 1 ay, 1998-ci ildə 5 ay, 1999-cu ildə 11 ay onun adına əməkhaqqı hesablanmadığı, 1981-ci ilin əməkhaqqı cədvəllərinin təqdim edilmədiyi, 1984-cü ilə aid əməkhaqqı kitabının birinci vərəqinin yararsız halda olduğu, 1999-cu ilin yanvar ayından 2000-ci ilin dekabrınadək əməkhaqqı cədvəllərində iddiaçının əməkhaqqı alması barədə qeydlər aşkar olunmadığı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, bu hallarda cavabdeh tərəfindən əməkhaqqı hesablanmayan dövrlərin sığorta stajına daxil edilməsindən imtina etməsi əsaslı olmuşdur. Təsadüfi deyil ki, ““X2” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “ .....Konstitusiya Məhkəməsinin Plenumu “X2” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “X2” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “X2” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması X2 qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “X2” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “X2” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.”. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının tələbi “X2" Qanunun 7-ci maddəsinin dispozisiya şərtlərində müəyyən edilmiş 25 il sığorta stajı ilə uzlaşmadığından iddia əsaslı hesab edilə bilməz. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illəri sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev.