Məhkəmə qərarları › İş №2-1(116)-1173/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1173/2020

23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1173/2020 23.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçının, cavabdehin nümayəndəsi Ömərov Rafael Ömər oğlunun, üçüncü şəxs X15 iştirakı ilə İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X16rşı (üçüncü şəxs X20) “Zaqatala rayon AİK-nın 2003-cü il 25 sentyabr tarixli 110 saylı qərarının qanuna uyğun verilməməsinə, ailəsinə aid torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və həmin qərar əsasında X14 verilmiş A seriyalı 460917 saylı torpaq sahəsinin plan və ölçü sənədinin ləğv olunması, həmin torpaq sahəsinin faktiki istifadələrində olan hissəsi üzərində mərhum anası X4 adına hüquqmüəyyənedici sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh X10rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin ona məxsus miras payının 0.08 ha torpaq sahəsi üzərində əldə etdiyi plan və ölçü sənədinin etibarsız sayılması, qanuni, faktiki istifadələrində olan 0.08 ha torpaq sahəsinə cavabdeh X3suz əldə etdiyi plan və ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya xx.xx.2020-ci il tarixdə yardım məktubu göndərilərək nəzərinə çatdırılmışdır ki, fiziki şəxs olan hazırkı cavabdehə qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Onun tələbində isə fiziki şəxs olan hazırkı cavabdehə qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. Həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçının nəzərinə çatdırılmışdır ki, ərizəsində iddia tələbi dəqiq ifadə olunmamışdır. Bundan başqa, tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdə onun müraciətindən cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir. İddiaçı yardım məktubunda sadalanan nöqsanları aradan qaldıraraq xx.xx.2020-ci il tarixli yeni dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Zaqatala rayon AİK-nın 2003-cü il 25 sentyabr tarixli 110 saylı qərarının qanuna uyğun verilməməsinə, ailəsinə aid torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və həmin qərar əsasında X14 verilmiş A seriyalı 460917 saylı torpaq sahəsinin plan və ölçü sənədinin ləğv olunması, həmin torpaq sahəsinin faktiki istifadələrində olan hissəsi üzərində mərhum anası X4 adına hüquqmüəyyənedici sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, torpaq islahatı zamanı iddiaçı və onun ailəsinin mülkiyyətinə 0.20 ha həyətyanı, 1.22 ha pay torpağı, 1.02 ha bağ sahəsi verilmişdir. 1.02 ha bağ sahəsindən 0.67 ha bağ sahəsi iddiaçının 0.20 ha həyətyanı torpaq sahəsinə bitişikdir. Həmin torpaq sahəsi 1948-1950-ci illərdə valideynləri tərəfindən əkildiyi üçün kolxozdan alınacaq əmlak hesabına əmək tövhəsi əvəzinə iddiaçının ailəsinə (mərhum anası Soltanat Quniyevaya) verilmişdir. xx xxxx 1995-ci il tarixli Aktdan göründüyü kimi keçmiş “Şəfəq” adına kolxozunun YAİK-nın xx xxxxx 1995-ci il tarixli 04 saylı qərarına əsasən həmişəlik iddiaçının ailə üzvlərinin istifadəsində olan torpaqdan 1.02 ha-sı X5 verilmiş, qonşu torpaq mülkiyyətlərinin sərhədlərinə mərz nişanələri vurulmuşdur. İddiaçı mərhum anası Soltanat Quniyevanın qanuni vərəsəsi olaraq Zaqatala rayon AİKnın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə DTXK-nın Zaqatala rayon şöbəsi tərəfindən X2 adına xx xxxx 2013-cü il tarixdə 221 nömrə ilə uçota alınaraq verilmiş AN seriyalı 460916 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq Çıxarış verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin orqan çıxarışın verilməsindən imtina etmişdir. Belə ki, iddiaçının sənəd üzrə torpaq sahəsi 0.4715 ha göstərildiyi halda, faktiki istifadəsində olan torpaq sahəsi 0.5927 ha olmuşdur. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2-1(84)-878/2018 saylı qərardadı ilə İddiaçının eyni mübahisə predmetinə aid iddia tələbi mümkün sayılmamışdır. Daha sonra İddiaçı (bundan sonra iddiaçı) cavabdeh X19 və 3-cü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X24 və Zaqatala Rayonu İcra Hakimiyyətinə qarşı “Zaqatala rayon X13 2003-cü il 25 sentyabr tarixli, 110 nömrəli qərarının qismən X14 torpaq verilməsi hissəsində ləğv edilməsi və həmin qərar əsasında X14 verilmiş AN 460917 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Zaqatala rayon Məhkəməsinə müraciət etmişdir. Zaqatala rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(033)-90/2019 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(107)-1490/2019 saylı qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(102)-1314/2020 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(107)-1490/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(107)-1017/2020 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(033)- 90/2019 saylı qətnaməsi ləğv edilmiş və iddiaçının iddia tələbinə dair iş üzrə icraata xitam verilmişdir. İddia ərizəsi ilə bağlı məlumat verilir ki, iddiaçı Qunuyeva X8 rayonu, Mazıx kəndi ünvanında yerləşən 0,4715 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi üçün 18 saylı X22 ərizə ilə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri və kadastr ekspertizası zamanı məlum olmuşdur ki, üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması nəzərdə tutulmuş torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq vardır. Belə ki, Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş AN 460916 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin ölçüsü 0.4715 ha göstərilmiş, lakin faktiki istifadədə olan torpaq sahəsinin ölçüsü isə 0.5927 ha təşkil edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya imtina bildirişi ünvanlanmışdır. 18 saylı X22 Ləğv edilmiş DTXK-sı tərəfindən təhvil verilmiş ünvan 1i üzrə torpaq islahatı ilə bağlı arxiv məlumatlarına əsasən aparılan araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı daxil olmaqla ünvan 1ində X6 və onun ailə üzvlərinə (3 nəfərə) Zaqatala rayon X13 xx xxxxxxxx 2003-cü il tarixli, 110 saylı qərarı ilə 0,1951 ha həyətyanı, 0,4715 ha, 0,2803 ha və 0,2605 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə Ləğv edilmiş DTXK-si tərəfindən AN 116003, AN 460916, AN 460794 və AN 462442 “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir. 0,1951 ha həyətyanı, 0,2803 ha və 0,2605 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışlarla rəsimləşdirilmişdir. Eyni zamanda hal-hazırkı iş üzrə 3-cü şəxs X14 və onun ailə üzvlərinə (3 nəfərə) Zaqatala rayon X13 xx xxxxxxxx 2003-cü il tarixli, 110 saylı qərarı ilə ünvan 1ində 0,1203 ha həyətyanı, 0,4895 ha, 0,1505 ha və 0,3794 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə Ləğv edilmiş DTXK-si tərəfindən AN 116002, AN 460874, AN 460917 və AN 460918 “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir. İş üzrə üçüncü şəxs etirazında qeyd etmişdir ki, iddiaçının ləğv olunmasını tələb etdiyi 460917 saylı torpaq sahəsinin plan və ölçüsü sənədi Zaqatala rayon AİK-nın xx xxxx 1996-cı il tarixli JN-456 saylı dövlət aktına əsasən verilmişdir. JN-456 saylı dövlət aktı xx.xx.1995-ci il tarixli yerli islahat komissiyasının aktına əsasən verilmişdir. Həmin aktlarla iddiaçının tələb etdiyi torpaq sahəsi üçüncü şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsinin plan cizgiləri daxilindədir. İddiaçı torpaq iddiaası ilə 2004-cü ildən məhkəmələrə müraciət edir. Müraciətin forması dəyişilsə də, məzmunu dəyişməmiş qalır. Bütün əvvəlki məhkəmələrin qərarlarından sonra Şəki İnzibati məhkəməsində İddiaçı 460917 saylı torpaq sahəsinin plan ölçüsü sənədinin ləğv edilməsi tələbi əsassızdır, heç bir hüquqi normalara sığmır. Təcavüzkar zəbt etdiyi 0,0610 kv.m. torpaq sahəsinin özünün xeyrinə sənədləşdirmək üçün növbəti dəfə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Üçüncü şəxs İddiaçı iddia tələbinin əsassız olduğunu ilk məhkəmədə 2004-cü ildə sübut etmişdir. Üçüncü şəxs iddiaçının tələbini əsassız olduğuna görə rədd edir və məhkəmədən ədalətli qərarın çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında 3-cü şəxs iddianın rədd olunmasını xahiş etdi. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia tələbi “Zaqatala rayon AİK-nın 2003-cü il 25 sentyabr tarixli 110 saylı qərarının qanuna uyğun verilməməsinə, ailəsinə aid torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. İş materiallarında olan A seriyalı 116002 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.2003cü il tarixli 110 nömrəli qərarı ilə 1203.93 kv.m həyətyanı torpaq sahəsi X11 mülkiyyətinə verilmişdir. İş materiallarında olan A seriyalı 460874 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.2003cü il tarixli 110 nömrəli qərarı ilə 4895 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11 mülkiyyətinə verilmişdir. İş materiallarında olan A seriyalı 460917 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.2003cü il tarixli 110 nömrəli qərarı ilə 1505 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11 mülkiyyətinə verilmişdir. İş materiallarında olan A seriyalı 460918 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.2003cü il tarixli 110 nömrəli qərarı ilə 3794 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11 mülkiyyətinə verilmişdir. İş materiallarında olan A seriyalı 116003 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.2003cü il tarixli 110 nömrəli qərarı ilə 1951.36 kv.m həyətyanı torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan A seriyalı 460916 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.2003cü il tarixli 110 nömrəli qərarı ilə 4715 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan A seriyalı 460794 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.2003cü il tarixli 110 nömrəli qərarı ilə 2803 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan A seriyalı 462442 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.2003cü il tarixli 110 nömrəli qərarı ilə 2605 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. İş materiallarından olan torpaqdan pay almaq hüququ olan vətəndaşların X1 0.20 ha, X14 0.12 ha həyətyanı torpaq sahəsi verildiyi qeyd edilmişdir. İş materiallarında olan “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, xx.xx.2005-ci ildə vəfat etmiş X2 vərəsələri oğlu X7, qızı İddiaçıdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara cavabdehin xx.xx.2018-ci il tarixli **********15 nömrəli imtina məktubu, A seriyalı 116002 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surəti, A seriyalı 460874 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surəti, A seriyalı 460917 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surəti, A seriyalı 460918 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surəti, A seriyalı 116003 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surəti, A seriyalı 460916 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surəti, A seriyalı 460794 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surəti, A seriyalı 462442 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********26 nömrəli münasibət məktubu, üçüncü şəxsin xx.xx.2020-ci il tarixli etiraz məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə, iş materiallarını araşdırıb, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçının ailə üzvlərinə hüquqmüəyyənedici sənədlər əsasında verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələri yerindədir və həmin torpaq sahələrinin sənədləri məlumdur. Hazırda iddiaçı həmin torpaq sahələrindən əlavə olaraq ailə üzvlərinin istifadəsində olan torpaq sahəsinin 3-cü şəxsə ayrıldığını əsas gətirərək ona məxsus plan ölçü sənədinin ləğvini tələb edir. İddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi əslində 3-cü şəxsə sənəd üzrə verilmiş torpaq sahəsidir. Belə ki, sözügedən torpaq sahəsi iddiaçıya verilmiş torpaq sahəsinin hüdudları daxilində deyildir. Həmin torpaq sahəsinin iddiaçı tərəfindən istifadə edilməsi sözügedən torpaq sahəsinin 3-cü şəxsə verilməsinə əsas olan sənədlərin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, iddiaçı mübahisələndirilən torpaq sahəsinin onun qanuni istifadəsində olmasına dair məhkəməyə sübut təqdim etməmiş, əksinə həmin sahənin 3cü şəxsin qanuni istifadəsində olması torpaq sahəsinin Planı və ölçüsü sənədi ilə rəsmiləşdirilmişdir. Qeyd olunan hal iş materilllarında olan sənəd və faktiki vəziyyəti əks etdirən sxematik planla təsdiq edilir. İş materiallarında olan sxematik plandan görünür ki, hazırda mübahisələndirilən torpaq sahəsi iddiaçıya verilən 4715 kv.metr torpaq sahəsi ilə həmsərhəddir və həmin ərazi sözügedən 4715 kv. metr torpaq sahəsinin daxilinə keçmir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ləğvi tələb olunan A seriyalı 460917 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi düzgün tərtib olunmuş, qeyd olunan plan ölçü sənədi tərtib olunarkən iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə müdaxilə edilməmişdir. İddiaçı anasının adına tərtib olunmuş plan ölçü sənədində qeyd olunan torpaq sahəsindən artıq torpaq sahəsi istifadə edir ki, onun da müəyyən hissəsi 3cü şəxsin plan ölçü sənədində qeyd olunan sahə ilə üst-üstə düşür. Lakin qeyd olunan hal iddiaçıya 3-cü şəxsin qanuni tərtib olunmuş sənədinin ləğv edilməsini tələb etmək üçün hər hansı bir əsas vermir. Həmçinin mübahisəli torpaq sahəsinə dair iddiaçı tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyi üçün onun həmin torpaq sahəsinə mülkiyyət hüququ da qeydə alına bilməz. Ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir; 110.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı üçün dövlət rüsumundan ibarət prosessual xərc iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı : İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X16rşı (üçüncü şəxs X20) “X14 verilmiş A seriyalı 460917 saylı torpaq sahəsinin plan və ölçü sənədinin ləğv olunması, həmin torpaq sahəsinin faktiki istifadələrində olan hissəsi üzərində mərhum anası X4 adına hüquqmüəyyənedici sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar