Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1173/2023 16.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Azərbaycan Respulikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş, X5 kitabında xx.xx.2009-cu il tarixdə 080 nömrə ilə uçota alınmış A 094766 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 16 saylı qərarına əasən iddiaçı və ailə üzvlərinə birlikdə ev tikmək məqsədilə Şəki rayonu İnçə kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmış 1200 kv.metr pay torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində adlarına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respulikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş, X5 kitabında xx.xx.2009-cu il tarixdə 080 nömrə ilə uçota alınmış A 094766 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 16 saylı qərarına əasən iddiaçı və ailə üzvlərinə birlikdə ev tikmək məqsədilə Şəki rayonu İnçə kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmış 1200 kv.metr pay torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində adlarına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlaraq, bildirilmişdir ki, iddia ərizəsi və məhkəməyə təqdim edilmiş sənədlər araşdırılarkən iddia ərizəsinin İddiaçı tərəfindən imzalanması şübhə doğurmuşdur. Odur ki, iddia ərizəsinin İddiaçı tərəfindən imzalanması ilə bağlı yaranmış şübhənin aradan qaldırılması üçün İddiaçı həqiqiliyi notariat qaydada təsdiq olunmuş imzasının məhkəməyə təqdim olunması tələb olunur. Eyni zamanda İddiaçı iş günləri və iş saatları daxilində şəxsən, şəxsiyyətini təsdiq edən sənədlə Şəki İnzibati Məhkəməsinə gələrək iddia ərizəsini imzalamaqla məhkəməyə təqdim edə bilər. Qeyd olunanlarla bağlı iddia ərizəsində iddiaçının imzasının həqiqiliyinin təsdiq olunması ilə bağlı sənədin məhkəməyə təqdim edilməsi üçün iddiaçıya 5 gün müddətində vaxt təyin edilmişdir. İş materiallarında olan xəbərnamədən görünür ki, məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu xx.xx.2023-cü il tarixdə alınmış, lakin bu günədək məktubda qeyd olunanlarla bağlı məhkəmənin mövqeyinə münasibət bildirilməmişdir. Məktubun alınmasını təsdiq edən xəbərnamədə də Pirməmmədov soyadı yazılmaqla imza edilmiş, lakin həmin imza da iddia ərizəsi və iş materiallarında olan digər imzalardan fərqli çəkilmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması məqsədilə məhkəmə tərəfindən iddiaçıya müvafiq sorğu və müraciətlər ünvanlanmış, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixlərdə daxil olmuş ərizələr İddiaçı tərəfindən imza edilməklə məhkəmənin sorğuları cavablandırılmışdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi üzərindən aparılan araşdırma zamanı isə iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olmasına dair məlumatlar, həmçinin sərhədkeçmə məlumatları müəyyən edilməmişdir. Məhkəmənin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə “iddiaçının ilkin müraciətinin təqdim edilməsi” barədə sorğusuna əsasən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən aydın olur ki, cavabdeh inzibati orqana iddiaçı özü və ya onu etibarnamə əsasında təmsil edən nümayəndəsi deyil, Şəki rayonu İnçə kəndi sakini X1 etibarnamə üzrə nümayənəsi X2 müraciət edərək, “İddiaçı aldığı fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə çıxarışın verilməsinə köməklik olunması” tələbi ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş 32 09 803075 nömrəli sənədin surətində əks olunan iddiaçıya məxsus imza ilə iddia ərizəsində və digər ərizələrdə icra edilən imzalar bir birindən fərqlənir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra – “İPM”) 46-cı maddəsində iddia ərizəsinin tərtibi ilə bağlı göstərişlər öz əksini tapmışdır. Həmin maddədə iddia ərizəsinin imzalanması ilə bağlı birbaşa tənzimləmə olmasa da, İPM-in 1.2ci maddəsindən göndərişlə, hazırkı iş üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) müddəalarının tətbiq olunması yolveriləndir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-in 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, prosessual qanunvericilikdə iddia ərizəsinin imzalanması ilə bağlı tələbin qəti şəkildə təsbit olunması iddiaçının iradə ifadəsinin müəyyən edilməsi baxımından zəruridir. Odur ki, hazırkı iş üzrə iddia ərizəsindəki imzanın iddiaçıya aid olmadığının müəyyən edilməsi məhkəməyə iddia ərizəsinin faktiki olaraq səlahiyyətli şəxs tərəfindən imzalanmaması qənaətinə gəlməyə əsas verir. Bu isə həm də hazırkı iddia tələbinə baxılmasında iddiaçının hüquqi marağının mövcudluğunu istisna edir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə tərəfindən müəyyən edilir ki, iddia ərizəsi faktiki olaraq İddiaçı və ya onun qanunun tələblərinə müvafiq şəkildə səlahiyyət verdiyi şəxs tərəfindən imzalanmamışdır. Məhkəmə hesab edir ki, hətta şəxsin sonradan, ona münasibətdə səlahiyyətli olmayan şəxs tərəfindən verilmiş iddianı bəyənərək qəbul olunduğunu şifahi ifadə etməsi ehtimalında belə, irəli sürülərkən qanunvericiliklə müəyyən edilmiş imza ilə bağlı tələblərə və mümkünlük şərtlərinə cavab verməyən iddia sonradan mümkün sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Sözügedən Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iradəsini ifadə etməyən, onun tərəfindən irəli sürülmədiyi iş materialları ilə sübut olunan hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Azərbaycan Respulikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş, X5 kitabında xx.xx.2009-cu il tarixdə 080 nömrə ilə uçota alınmış A 094766 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 16 saylı qərarına əasən iddiaçı və ailə üzvlərinə birlikdə ev tikmək məqsədilə Şəki rayonu İnçə kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmış 1200 kv.metr pay torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində adlarına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-1173/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1173/2023
16.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver