Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1173/2024 09.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh Ağsu rayon İlxıçı Bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2084.54 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 3000 manat məbləğində siyahıya alınmış əmlakının (**********398900 reyestr nömrəli, Ağsu rayonu İlxıçı kəndində yerləşən, Ağsu rayonu İlxıçı Bələdiyyəsinə məxsus olan, hər sotunun qiyməti 40 manat olmaqla, ümumi dəyəri 3200 manat olan 80 sot torpaq sahəsi) satılması" tələbinə dair iddia ərizəsi və iş materiallarına baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət cavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2084.54 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 3000 manat məbləğində siyahıya alınmış əmlakının (**********398900 reyestr nömrəli, Ağsu rayonu İlxıçı kəndində yerləşən, Ağsu rayonu İlxıçı Bələdiyyəsinə məxsus olan, hər sotunun qiyməti 40 manat olmaqla, ümumi dəyəri 3200 manat olan 80 sot torpaq sahəsi) satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-1173/2024 saylı,02 may 2024-cü il tarixli qərardadına əsasən iddia mümkün sayılmamışdır.İddiaçı tərəfindən həmin qərardaddan apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(107)-360/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş,birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. İddia ərizəsinə əsasən müəyyən edilir ki, vergi ödəyicisi olan Ağsu rayon İlxıçı Bələdiyyəsi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2020-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2020-ci il tarixə yaranan 7184.17 manat borcuna görə 3200 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********8 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. 1.İddiaçı tərəfindən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. 2.“Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cavabdehə məxsus 0.80 ha torpaq sahəsi iddiaçı tərəfindən siyahıya alınmışdır. 3.“Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında haqqında” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak saxlanılması üçün cavabdehə təhvil verilmişdir.
4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 12 iyul 2024-cü il tarixli məktubu və ona əlavə olunan sənədlər.
Əsaslandırma hissəsi :
Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə ilk növbədə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iş üzrə iddiaçıya təkrar hüquqi yardım məktubu göndərilmişdir. Məhkəmənin 2-1(116)-1173/2024-010 saylı xx.xx.2024 tarixli məktubu elektron imza ilə təsdiq edilməklə İddiaçıya məxsus şəxsi elektron kabinetində yerləşdirililmişdir.( Sənədin elektron kabinetə yerləşdirilmə tarixi və vaxtı xx.xx.2024, saat 15:28). Hüquqi yardım məktubuna əsasən iddiaçıya siyahıya alınmış torpaq sahəsinin hüquqmüəyyənedici sənədi kimi qeyd olunan, Ağsu rayonu İlxıçı Bələdiyyəsinə məxsus torpaq sahəsinə dair **********398900 reyestr nömrəli çıxarışın məhkəməyə təqdim edilməsi üçün 5 (beş) gün müddət təyin edilmişdir.İddiaçı tərəfindən əvvəlki qaydada yardım məktubuna münasibət bildirilməmiş,siyahıya alınması iddia olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir.Halbuki həmin əmlakın mövcudluğunu və cavabdehə məxsus olmasını sübut etmək vəzifəsi iddiaçının üzərindədir. Buna baxmayaraq məhkəmə tərəfindən cavabdehə məxsus bütün torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə sorğu ilə müraciət edilmiş,sonuncunun 12 iyul 2024cü il tarixli məktubuna əsasən cavabdehin mülkiyyətində olan torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir.Təqdim olunan çıxarışlar nəzərdən keçirilmiş və iddiaçının qeyd etdiyi Ağsu rayonu İlxıçı kəndində yerləşən, Ağsu rayonu İlxıçı Bələdiyyəsinə məxsus olan **********398900 reyestr nömrəli torpaq sahəsinin olmadığı müəyyən edilmişdir. Həmçinin,AZEMİS məhkəmə portalının imkanlarından istifadə edilərək cavabdehə məxsus əmlak məlumatları təkrarən yoxlanılmış və iddia olunan reyestr nömrəli və ölçülü torpaq sahəsi aşkar edilməmişdir. Göründüyü kimi iddia ərizəsinə əlavə olunmuş “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli protokolda siyahıya alınmış əmlakın Ağsu rayon İlxıçı Bələdiyyəsinə məsus 0.8 ha torpaqdan ibarət olduğu göstərilmişdir. Həmin torpaq sahəsinin cavabdehə məxsusluğunu təsdiq edən sənəd əlavə edilməmişdir. Belə olan halda iddiaçının konkret olaraq hansı torpaq sahəsinin siyahıya alınması və satılması ilə bağlı tələbi qeyri-müəyyəndir. Digər tərəfdən əgər iddia olunan torpaq sahəsi 0,80 ha deyil, daha artıq ölçüdədirsə bu zaman həmin torpaq sahəsinin hansı hissəsinin siyahıya alınmalı olduğuna dair tədbirlər görülməli və dəqiq koordinatlar əsasında əmlak siyahıya alınaraq məhkəməyə müraciət edilməli idi.İndiki halda iddia olunan torpaq sahəsinin yeri,ölçüsü və digər zəruri məlumatları təqdim edilmir və məhkəmə tərəfindən hüquqi yardımın çərçivəsində olmayan hərəkətlərin aparılması tələb edilir. Halbuki məhkəmənin yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.Hazırkı iş üzrə cavabdehə məxsus hansı torpaq sahəsinin siyahıya alındığı müəyyən olunmadığıdan,siyahıya alındığı göstərilən torpaq sahəsinin iddiaçıya məxsusluğu təsdiq edilmədiyindən, cavabdehin həmin torpaq dair mülkiyyət hüququna dair hüquqmüəyənedici sənəd olmadığından siyahıya alınmış əmlakın müvafiq qaydada satışının təşkili mümkün deyildir. Yuxarıda qeyd olunanlarla bağlı iddiaçıya xx.xx.2024 və xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubları göndərilmişdir. İddiaçı yardım məktublarını almasına baxmayaraq məktublara münasibət bildirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh Ağsu rayon İlxıçı Bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2084.54 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 3000 manat məbləğində siyahıya alınmış əmlakının (**********398900 reyestr nömrəli, Ağsu rayonu İlxıçı kəndində yerləşən, Ağsu rayonu İlxıçı Bələdiyyəsinə məxsus olan, hər sotunun qiyməti 40 manat olmaqla, ümumi dəyəri 3200 manat olan 80 sot torpaq sahəsi) satılması" tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə