Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1174/2021 25.11.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə qarşı “cavabdehin 02.06.2020-ci il tarixli, **********5 nömrəli qərarının ləğv edilməsi” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin 02.06.2020-ci il tarixli, **********5 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya 16 iyul 2021-ci il tarixdə yardım məktubu göndərilərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, iddia ərizəsində cavabdeh qismində qeyd etdiyi Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsi hazırda mövcud deyildir. Belə ki, ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsinin 23.11.2020-ci il tarixli qərarı ilə Mingəçevir, Naftalan, Xocalı, Yevlax, ünvan 1ünvan: ünvan 2ışdır və iddia ərizəsində cavabdeh olaraq məhz həmin orqan göstərilməlidir. İddiaçıya dəqiqləşdirilmiş iddia ərizəsinin təqdim edilməsi, iddia ərizəsində cavabdeh olaraq ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 saylı Regional Ərazi Filialının göstərilməsi təklif edilmiş və qeyd olunan nöqsanların aradan qaldırılması üçün iddiaçıya vaxt verilmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi yardım məktubunu 03.08.2021-ci il tarixdə xəbərnaməyə imza etməklə qəbul etmiş, cavabdeh qismində Fondun 17 saylı Regional Ərazi Filialını qeyd etməklə yeni iddia ərizəsi tərtib etmişdir. Müəyyən edilmişdir ki, ilkin iddia ərizəsi və dəqiqləşdirilmiş iddia ərizəsi (20.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur) Nümayəndə tərəfindən imzalanmışdır. Odur ki, dəqiqləşdirilmiş iddia ərizəsi məhkmənin icraatına qəbul edilməmişdir. Məhkəmə tərəfindən 03.09.2021-ci il tarixdə iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə məktub ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, iddia ərizəsinə surətini əlavə edilən 15.05.2019-cu il tarixli etibarnamədə Nümayəndə İddiaçı adından iddia ərizəsini imzalamaq səlahiyyəti qeyd edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Prosessual qanunvericilikdə iddia ərizəsinin iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması ilə bağlı tələbin müəyyən edilməsi iddiaçının iradə ifadəsinin və hüquqi marağının mövcudluğunun müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Nümayəndə bildirilmişdir ki, iddia ərizəsi şəxsən İddiaçı tərəfindən imzalanmalı, yaxud Nümayəndə iddia ərizəsinin imzalanması səlahiyyətini özündə əks etdirən etibarnamə təqdim etməlidir. Qeyd olunan nöqsanın aradan qaldırılması üçün məhkəmə Nümayəndə 10 (on) gün müddətində vaxt təyin etmişdir. Xəbərnamədən görünür ki, məktub 11.09.2021-ci il tarixdə imza edilməklə qəbul edilmiş, lakin ötən müddət ərzində məktubda qeyd edilən nöqsan aradan qaldırılmamışdır. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İddiaçı sərhədkeçmə məlumatları barədə “AZEMİS” Elektron Məhkəmə informasiya portalından çıxarışdan görünür ki, o, 02.03.2020-ci il tarixdən ölkə hüdudlarını tərk etmişdir. Onun etibarnamə üzrə nümayəndəsinin isə iddia ərizəsini imzalamağa səlahiyyəti yoxdur. Odur ki, iddia ərizəsi və dəqiqləşmə barədə ərizə səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından MPM-in 149.1-ci maddəsinin tələbinə əsasən hazırkı iddia tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə qarşı “cavabdehin 02.06.2020-ci il tarixli, **********5 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1174/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1174/2021
25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver