Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1174/2024 14.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X17 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “xx.xx.2019-cu il tarixli ********** nömrəsi ilə aparılmış qeydiyyatın və onun rəsmiləşdirilməsinə dair RX seriya ******* nömrəli çıxarış ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə hazırlıq icraatı çərçivəsində keçirilən iclasda baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə ərizə ilə müraciət edərək “xx.xx.2019-cu il tarixli, **********26 reyestr nömrəli, ********** № ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədinin və çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən izah edilmişdir ki, mübahisələndirilən xx.xx.2019-cu il tarixli, **********26 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əsasında verilmişdir. Odur ki, “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əsasında aparılan qeydiyyat və tərtib edilmiş çıxarış mülki icraat qaydasında ümumi rayon məhkəməsində mübahisələndirilməlidir. İddia ərizəsinin məzmunundan və işin hallarından görünür ki, iddiaçının hüquqi marağı X7 adına aparılmış ilkin qeydiyyatın və onun əsasında tərtib edilmiş çıxarışın ləğvinə nail olmaqdır. İddiaçı cavabdeh orqana ilkin müraciətində də, qeyd etmişdir ki, Zaqatala rayon AİKnın xx.xx.2004-cü il tarixli, 113 №-li qərarının X8 0.11 ha torpaq həyətyanı torpaq sahəsinin ayrılmasına heç bir aidiyyəti olmamışdır. Odur ki, X7 adına verilmiş çıxarışın ləğvi xahiş edilmişdir. Cavabdeh orqana edilmiş ilkin müraciət iddia tələbinin dəqiqləşdirilməsinə imkan verdyindən inzibati məhkəmə icraatı qaydasında xx.xx.2019-cu il tarixli, ********** nömrəli qeydiyyatın və onun rəsmiləşdirilməsinə dair RX seriya ******* nömrəli çıxarışın mübahisələndirilməli olduğu (ilkin qeydiyyat) məhkəmə tərəfindən iddiaçıya izah edilmişdir. İddiaçı, məhkəmənin hüquqi mövqeyi ilə razılaşaraq məhkəmə iclasında iddia tələbini dəqiqləşdirmiş, “xx.xx.2019-cu il tarixli ********** nömrəsi ilə aparılmış qeydiyyatın və onun rəsmiləşdirilməsinə dair RX seriya ******* nömrəli çıxarış ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının mərhum anası X3 miras olaraq 0,30 ha torpaq sahəsi qalmış və faktiki olaraq həmin mirasa sahiblik etmişdir. xx.xx.1961-ci ildə mərhum anası və mərhum atası X4 ilə ailə qurmuş və anası Mahmatəbənova soyadını qəbuletmişdir. Atası 1977-ci ildə, anası isə 1990-ci ildə vəfat etmişlər. Valideynləri vəfat etdikdən sonra vərəsəlik işi ilə bağlı araşdırma apararkən məlum olmuşdur ki, miras torpaq sahəsi bir neçə kənd sakini tərəfindən zəbt edilmişdir. Belə ki, miras torpağa bitişik həyatyani sahəsi olan X13 əsası olmayan saxta sənədləri 18 saylı Zaqatala ərazi idarəsinə təqdim edərək, 0,11 ha həyatyanı torpaq sahəsinin olmasına dair əlavə Çıxarış almışdır. Bu çıxarışın verilməsinə əsas isə Zaqatala AİK-nın xx.xx.2004 cü il tarixli 113 №li qərarı göstərilmişdir. Halbuki həmin qərar heç də X9 həyatyanı torpaq sahəsinin verilməsinə dair deyil, kolxozlarda aparılan islahatların gedişinə aid qərarlar olmuşdur. Zaqatala rayon Əliabad qəsəbəsi üzrə torpaq payı almaq hüququ olan şəxslərin adlı siyahısı cədvəli üzrə 824 № ilə qeyd edilmiş X7 adı qarşısında 7 nəfər ailə üzvü, 0,31 ha digər sahə , 0,20 ha qanuni həyatyanı, 0,11 ha zəbt edilmiş həyatyanı, 0,56 ha bağ sahəsi, 0,77 ha əkin sahəsi, həyat yoldaşının adına isə 0,95 ha əkin sahəsi, cəmi 2,38 ha pay torpağının olması qeyd edilmişdir. Göründüyü kimi Abdullayeva Ahizər ikinci dəfə əldə etdiyi 0,11 ha torpaq sahəsi zəbt sahə olduğundan ona həyatyanı kimi çıxarış verilməsi qanunsuzdur. X7 əsassız əldə etdiyi çıxarışla X15 ilə xx.xx.2019-cu ildə alqı-satqı müqaviləsi bağlayaraq 0,11 ha torpaq sahəsini ona satmış və həmin alqı-satqı müqaviləsi əsasında X11 xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********26 olan Çıxarış verilmişdir. Digər tərəfdən Abdullayeva Ahizərə məxsus həyatyanı torpaq sahəsinin olmasına dair Əliabad qəsəbə nümayəndəliyinin arayışında 0,20 ha həyatyanı torpaq sahəsinin olması qeyd edilmişdir. Belə olan halda ona iki dəfə həyatyanı torpaq sahəsinin verilməsi mümkünsüzdür. Həyatyanı ilə bağlı ərizələr kolxozların mövcud olduğu dövrdə ümumi yığıncaqların qərarı ilə, 2000-ci ildən sonra isə bələdiyyə şuraların qərarı ilə vətəndaşlara verilir. Beləliklə, X14 və onun ailə üzvləri anasından miras qalan torpağın 0,11 ha hissəsini zəbt edərək qanunsuz olaraq satmaqla vərəsə olaraq ona çatası mirasın əldə edilməsinə maneçilik törətmişlər. Qeyd edilənlərə əsasən, X8 DƏDRX-n 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış və plan və ölçü sıənədiəsasız olduğundan ləğv edilməlidir. Bununla bağlı cavabdeh orqana ərizə ilə müraciət etmiş, lakin, cavabdeh orqan ərizənin icrasından imtina edərək məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Cavabdeh iddia tələbinə etirazına aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı X1 Qarakişi Şükür oğluna verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019cu il tarixində qeydiyyata alınmış **********26 reyestr nömrəli çıxarışın ləğv edilməsinə köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəçinin ərizəsinə əsasən X10 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışın ərizəniz əsasında ləğv edilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığı üçün onun ərizənin icrası mümkün olmamış və məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi barədə xx.xx.2023-ci il tarixli, 3-21-3- 47/2-M-01xx-xx/2023 (**********11) nömrəli məktub ünvanlanmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məmzunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, anası 1990-cı ildə vəfat etmişdir. Mubahisələndirdiyi çıxarışda qeyd olunan 0.11 ha torpaq sahəsi 1960cı illərdən Ahizərin istifadəsində olmuşdur. Belə ki, həmin torpaq sahəsi Ahizərin həyat yoldaşı Musanın istifadəsinə bütövlükdə fərdi yaşayış evi və torpaq sahəsi ilə birgə verilib. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə hazırkı iddia tələbinə hüquqi qiymət verilməsindən əvvəl Zaqatala rayon Əliabad qəsəbəsində aparılmış torpaq islahatı ilə əlaqədar qəbul edilmiş rayon aqrar islahat komissiyasının qərarları ilə bağlı aşağıdakı məsələlərin qeyd edilməsin zəruri hesab edir. Belə ki, Zaqatala rayon Əliabad qəsəbəsi üzrə xx.xx.1996-cı ildə Zaqatala rayon Aqrar İslahat Komissiyasının 17/97 №-li qərarı qəbul edilmiş, bir sıra kolxozların aqrar islahat proqramı təsdiq edilmişdir. Bunda sonra Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli, 113 nömrəli qərarı qəbul edilmiş və həmin qərarda qeyd olunmuşdur ki, Dövlət fondu malqara düşərgəsi torpaqlarının müəyyən hissəsi mülkiyyətə verilmiş, təsərrüfat ərazilərində olan kolxoz meşələri düzgün inventarizasiya edilməmiş, bəzi açıq sahələr meşə kimi qeyd edilmişdir. Digər tərəfdən qanun olmadığından 02 avqust 1996-cı il tarixədək anadan olan vətəndaşlar, habelə müvəqqəti qaib olanlar siyahıya daxil edilməmişdir, yaxud onlarla torpaq payı almaq hüququ olmayanlar siyahıya daxil edilmişdir. Qeyd edilənlərlə yanaşı vətəndaşlara yerdə ölçülüb verilən torpaq sahələri 1:2000 miqyasda tərtib edilərkən texniki səhvlərə yol verildiyindən mülkiyyət hüququna dair Dövlət Aktları paylanarkən faktiki verilən torpaq sahələri ilə üst-üstə düşmədiyindən 11000-ə yaxın Dövlət Aktı paylanmamış qalmışdır. Göstərilənlərlə yanaşı mülkiyyət hüququna dair Dövlət Aktlarının qeydiyyatı aparılmadan cavabdeh olmayan səxslərə verilməklə paylanılmışdır, bu gün rayonun ayrı-ayrı kəndlərində kimə mülkiyyət hüququna aid Dövlət Aktı verilib-verilməməsi müəyyən deyildir. Yuxarıda göstərilən uyğunsuzluqların aradan qaldırılması məqsədilə 02 dekabr 2002-ci il tarixli 723 saylı məktubla müraciət olunmuş və Azərbaycan Respublikası Baş X18 Respublika Aqrar İslahat (komissiyasının sədri cənab A.Abbasov 04 yanvar 2003-cü il tarixli 17/R-7-10 saylı məktubu ilə buraxılmış nöqsanları mövcud qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi barədə müvafiq göstəriş vermişdir. Rayonun təsərrüfatlarında torpaq islahatı zamanı yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə qismən dəyişikliklərin aparılması üçün qərara alıram:
1. Azərbaycan Respublikası Baş X18 X22 Komissiyasının sədri Cənab A.Abbasovun 04 yanvar 2003-cü il tarixli 17/R-7-10 saylı göstəriş məktubu rəhbərlik üçün qəbul edilsin.
2. Azərbaycan Respublikası Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən hazırlanmış Yerquruluşu Baş sxemləri vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin və vətəndaşların qanuni həyətyanı torpaq sahələrindən artıq faktiki istifadə etdikləri sahələrin 1:2000 miqyaslı sxematik planları təsdiq edilsin.
3. Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən Torpaq İslahatı gedişində buraxılan nöqsanlarla əlaqədar apardıqları yoxlama materialları nəzərə alınaraq torpaq islahatında zəruri müvafiq düzəlişlər aparılsın.
4. Zəruri düzəlişlərlə əlaqədar vətəndaşlara verilmiş mülkiyyət hüququna dair Dövlət Aktlarının ləğv edilməsi üçün Məhkəmə orqanları qarşısında məsələ qaldırılsın.
5. Torpaq payı almaq hüququ olmayıb torpaq payı verilən ailələrin torpaq sahələri onlar tərəfindən bir neçə il istifadə edib müəyyən işlər gördüklərinə görə nəzərə alınıb bələdiyyə mülkiyyətində saxlanılsın və həmin ailələrin torpaqlarının birinci növbədə onların icarəsinə verilməsi və ya satılması bələdiyyələrə tövsiyyə edilsin.
6. Torpaq payı almaq hüququ olub siyahıya düşməyən ailələr torpaq payı almaq hüququ olan ailələrin siyahısına əlavə edilsin.
7. Torpaq islahatı vaxtı qanuni torpaq payı almaq hüququ olan vətəndaşların mülkiyyətinə verilən torpaqlar verildiyi yerdə saxlanılsın, artıq olarsa kəsilsin, əlavə olarsa digər boş qalan yararlı sahədən verilməsi nəzərdə tutulsun. ... Göründüyü kimi Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 113 nömrəli qərarı Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 17/97 №-li qərarı ilə aparılmış torpaq islahatı zamanı yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə qəbul edilmiş və həmin qərar əsasında torpaq payı ayrılmış subyektlərin adına müvafiq plan-ölçü sənədləri tərtib edilmişdir. xx.xx.2018-ci il tarixdə Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının 62 nömrəli sərəncamı verilmiş və həmin sərəncamda qeyd edilmişdir ki, “görülmüş işlərə baxmayaraq rayonun ən iri yaşayış məntəqələndən biri olan Əliabad qəsəbəsinin 2 təsərrüfatda, keçmiş “Əliabad” və “Qələbə” kolxozlarına aid torpaq sahələrinin bölgüsü və ölçüsü işləri yarımçıq qalmış, qəsəbə üzrə “Torpaq sahəsinin Planı və Ölçüsü sənədləri çap olunmamışdır. Rayonun ən iri yaşayış məntəqələrindən biri olan Əliabad qəsəbəsində 2 təsərrüfatda islahat aparılmışdır. Bunlardan keçmiş "Əliabad” adına kolxozun qəsəbə daxili və pay torpaq sahələrində elektron ölçü işləri aparılmış, xəritələr hazırlanaraq keçmiş DT və XK-nə təhvil verilmişdir. Lakin, həmin ərazilərdə faktiki olaraq 20 ildən artıq müddətdə istifadə edilən torpaq sahələri bəzi hallarda başqa vətəndaşların adına sənədləşmiş, bir sıra hallarda isə faktiki olaraq naturada vətəndaşların pay torpaq sahəsi olduğu halda yerqurluşu layihə sənədlərində əks olunmamış və ya ilkin islahat dövründə pay torpaq almaq huququ olan subyektlərdən bəzilərinin adları nəzərə alınmamışdır. Qəsəbənin keçmiş "Qələbə” kolxozuna aid hissəsində isə qəsəbə daxili ölçmə işləri aparılmış, pay torpaq sahələrinin bölgüsü və ölçü işləri yarımçıq qalmışdır. Qəsəbə uzrə "Torpaq sahəsinin Planı və Ölçüsü” sənədləri çap olunmamışdır. Yuxarıda qeyd olunan məsələlərlə bağlı Əliabad və Qələbə təsərrüfatlarında torpaq islahatları ilə əlaqədar işlərin tamamlanması üçün Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rayona ezam olunmuş aidiyyəti mütəxəssisləri ilə birgə yerdə torpaq islahatı işlərinin görülməsi üçün Zaqatala Rayon icra Hakimiyyəti Başçısının 01 may 2017-cı il tarixli 82 nömrəli Sərəncamı ilə işçi qrupu yaradılmışdır. İşçi qrupunun üzvləri, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rayona ezam olunmuş aidiyyəti mütəxəssisləri ilə birgə yerdə dürüstləşdirmə işləri aparılmasında yaxından iştirak etmişlər. Əliabad qəsəbəsində torpaq-təsərrüfat quruluşunun hazırlanmasının və həyata keçirilməsinin təşkil edilməsi məqsədi ilə 1. Əliabad və Qələbə təsərrüfatlarında torpaq islahatları ilə əlaqədar işlərin tamamlanması üçün Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rayona ezam olunmuş aidiyyəti mütəxəssislər ilə birgə yerdə torpaq islahatı işlərinin görülməsi üçün Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının 01 may 2017-ci il tarixli 82 nömrəli Sərəncamı ilə yaradılmış işçi qrupunun protokolunun nəzərə alınması, 2. Əliabad qəsəbəsi keçmiş “Qələbə" və "Əliabad” təsərrüfatları üzrə torpaq payı alacaq subyektlərin dürüstləşdirilmiş siyahılarının təsdiq edilməsi, 3. Ərazidə aparılmış torpaqların elektron uçotu işlən əsasında hazırlanmış layihənin təsdiq edilməsi, 4. Torpaq payı alacaq subyektlərə torpaq sahəsi üzərində huquqi müəyyən edən sənədlərin verilməsinə köməklik göstərilməsinin Əmlak Məsələləri Dövlət Komitəsindən xahiş olunması qərara alınmışdır. Göründüyü kimi Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixdə 62 nömrəli sərəncamı Əliabad qəsəbəsinin 2 təsərrüfatında, keçmiş “Əliabad” və “Qələbə” kolxozlarına aid torpaq sahələrinin bölgüsü və ölçüsü işlərinin tamamlanması məqsədilə qəbul edilmişdir. Sərəncamın tənzimlədiyi məsələlər torpaq sahəsinin planı və ölçüsü sənədləri çap olunmayan, torpaq sahəsindən faktiki olaraq 20 ildən artıq müddətdə istifadə edildiyi halda başqa vətəndaşların adına sənədləşdirilən, naturada pay torpaq sahəsi olduğu halda yerquruluşu layihə sənədlərində əks olunmayan və ilkin islahat dövründə pay torpaq almaq hüququ olduğu halda adları subyektlər siyahısına daxil edilməyən şəxslərlə bağlı olmuşdur. Məhkəmə tərəfindən mübahisələndirilən qeydiyyatın aparılmasına əsas olmuş hüquqmüəyyənedici və texniki sənədlərin təsdiq edilmiş surətləri cavabdeh orqandan götürülərək öyrənilmişdir. Müəyyən edilmişdir ki, cavabdeh orqan mübahisələndirilən qeydiyyatın aparılması əsası kimi A363926№-li plan-ölçü sənədində Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 113 nömrəli qərarına istinad etsə də, faktiki olaraq qeydiyyatın aparılmasına əsas Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 62 nömrəli sərəncamı olmuşdur. Məhz həmin Sərəncam qeydiyyatın aparılması üçün hüquqmüəyyənedici sənəd qismində məhkəməyə təqdim edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən edilir ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 113 nömrəli qərarı əsasında həyətyanı torpaq sahəsinə dair X7 adına plan-ölçü sənədi tərtib edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının mərhum anası artıq torpaq islahatı aparılanadək – 1990-cı ildə vəfat etmişdi. İddiaçı, özü də məhkəmə iclasında verdiyi izahatında sözügedən torpaq sahəsinin 60 ildən artıqdır ki, Ahizər Abdullayevanın istifadəsində olduğunu bildirmişdir. Beləliklə iddia olunan torpaq sahəsi 60 ildən artıq bir müddətdə Ahizər Abdullayevanın istifadəsində olmuş, lakin ilkin islahat natamam həyata keçirildiyindən müvafiq hüquqi sənədlər hazırlanmamışdır. İşin hallarından göründüyü kimi iddia olunan torpaq sahəsi məhz Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 62 nömrəli sərəncamının tənzimlədiyi məsələlərə aid olmuşdur. Odur ki, cavabdeh orqan həmin Sərəncamla təsdiq edilmiş yeruquruluşu planına və subyektlər siyahısına uyğun olaraq mübahisəli torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatını aparmışdır. Belə ki, sadalanan inzibati aktlardan göründüyü kimi Zaqatala rayonu Əliabad qəsəbəsində Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli, 17/97 №-li, xx.xx.2004-cü il tarixli, 113 nömrəli qərarları torpaq islahatı ilə bağlı məsələləri tənzimləmiş və aqrar islahatın əhatə dairəsinə düşməyən subyektlərə münasibətdə isə Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 62 nömrəli sərəncamı qəbul edilərək bütövlükdə dürüstləşmə işləri başa çatdırılmışdır. Odur ki, iddiaçı arzuladığı məqsədə nail olmaq üçün müvafiq qeydiyyatın aparılmasına əsas olmuş Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının 13 aprel 2018-ci il tarixli 62 nömrəli sərəncamını mübahisə predmetinə aid hissədə mübahisələndirməli, qaldırılmış məsələ müsbət həllini tapdıqdan sonra həmin sərəncam əsasında aparılmış qeydiyyatın ləğvi tələbi ilə cavabdeh orqana, müraciəti təmin edilmədikdə (və ya cavabsız saxlandıqda) isə analoji iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il № 4 –li qərarının 17-ci bəndində qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir... Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. İddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi xx.xx.2024-cü il tarixdə məhkəmə hazırlıq icraatı çərçivəsində keçirilmiş iclasda iddiaçıya izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “xx.xx.2019-cu il tarixli ********** nömrəsi ilə aparılmış qeydiyyatın və onun rəsmiləşdirilməsinə dair RX seriya ******* nömrəli çıxarış ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.