Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1175/2022 20.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1961-ci ildə Şəki rayonunda anadan olmuşdur. O, 1983-cü ildən bu günədək müxtəlif sahələrdə işləmişdir. Son olaraq xx.xx.1995-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin Kabel Təsərrüfatına Xidmət Mərkəzinin Şəki kabel sahəsində işləmişdir. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********9 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36083,91 manat təşkil edir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********2 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 46560,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 41159,21 manat təşkil edir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş etiraz məktubunda imtina məktubunda göstərilənləri qeyd etmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək “ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: "xxxx" MMC-nin Kabel Təsərrüfatına Xidmət Mərkəzinin xx.xx.2021-ci il tarixli 34 nömrəli arayışında qeyd olunur ki, iddiaçı X1 Qovşağında (indiki Kabel Təsərrüfatına Xidmət Mərkəzi) xx.xx.1996-cı il tarixdən əmək fəaliyyətinə başlamışdır. xx.xx.2002-ci il tarixdən (xx.xx.2002-ci il tarixli k\ə 53 saylı əmr) xx.xx.2018-ci il tarixədək Şəki kabel sahəsində kabelçi lehimləyici vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olaraq hər ay zərərli iş şəraitinə görə əmək haqqına 12%-lik əlavə, həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilmiş, əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmayaraq əsas məzuniyyətinə birləşdirilərək verilmişdir. xx.xx.2018-ci il tarixdən NRYTN-nin "xxxx" MMC-nin strukturunun yeni redaksiyada təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli 0055 saylı əmrinə əsasən Şəki xətt qrupuna qaynaqçı-operator vəzifəsinə keçirilib. İddiaçı qeyd olunan müddətdə (xx.xx.2002-ci il tarixdən xx.xx.2018-ci il tarixədək) kabelçi lehimləyici işində zərərli iş şəraitində işləmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “rabitə” bölməsinə (30) əsasən, (qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər) güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. "xxxx" MMC-nin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli 102-2-16/1/8169-21 nömrəli məktubunda qeyd edilmişdir ki, işlədiyi dövrdə hesablanan sosial sığorta haqları B-3 hesabat formasında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmiş və 36.083,91 manat hesablanmış vəsait iddiaçının sosial sığorta kartına işlənmişdir. 2021-ci ilin 1-ci rübü üçün hesablanmış 2149,10 manat vəsait DSMF-yə təqdim edilərək sosial sığorta kartına işlənəcəkdir. 2021-ci ilin aprel, may, iyun ayları üçün hesablanmış 2246,40 manat isə 2-ci rüb başa çatdıqdan sonra B-3 hesabat formasında DSMF-yə təqdim edilərək, sosial sığorta kartına işlənməsi təmin ediləcəkdir. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçının xx.xx.2006-cı ilədək təhsil və müxtəlif dövrlərdə iş stajı aşağıdakı kimidir: xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək təhsil illər (10 ay 05 gün); xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək (01 il 07 ay 19 gün); xx.xx.1985-ci ildən xx.xx.1990-cı ilədək (05 il 01 ay 27 gün); xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilədək (01 il 11 ay 11 gün); xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək (00 il 05 ay 09 gün); xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək (01 il 08 ay 10 gün); xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək (01 il 03 ay 03 gün); xx.xx.1996-cı ildən xx.xx.2001-ci ilədək 4-cü dərəcəli, xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilədək 5-ci dərəcəli, xx.xx.2002-ci ildən altıncı dərəcəli kabel lehimləyici işinə keçirilmişdir (06 il 02 ay 03 gün). xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı ilədək (03 il 08 ay 27 gün). İddiaçıya məxsus 664248 nömrəli diplomun surətindən görünür ki, iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək 6 nömrəli Texniki peşə məktəbində bənna peşəsi üzrə əyani təhsil almışdır. İddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci il tarixinədək hərbi xidmət keçmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 102-2-15/3521-22 nömrəli “məlumatların təqdim olunması barədə” məktubunda qeyd edilmişdir ki, X1 X3 sahəsinin işçisi İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Şəki istismar Rabitə Qovşağında, xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək X2 elektrik montyoru, xx.xx.2002-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X1 Qovşağında kabelçi-lehimləyici çalışmışdır. xx.xx.2018-ci il tarixdən hal-hazıradək X4 qrupunda qaynaqçı-operator vəzifəsində çalışır. Cavabdehin xx.xx.2022-ci il tarixli **********1 nömrəli “müvafiq məlumatların təqdim edilməsi haqqında” məktubunda qeyd olunmuşdur ki, İddiaçı fərdi hesabının sığorta hissəsində 1 iyun 2021-ci il tarixinə 131,23 manat, 1 avqust 2021-ci il tarixinə 121,69 manat, 1 sentyabr 2021-ci il tarixinə 136,21 manat, 1 noyabr 2021-ci il tarixinə 121,40 manat olmaqla qeyd edilən dövr üzrə ümumilikdə 510,53 manat pensiya kapitalı qeydə alınmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli **********9 nömrəli “müvafiq məlumatların təqdim edilməsi haqqında” məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 16902,89 manat, xx.xx.2006xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 20729,15 manat olmaqla cəmi pensiya kapitalı 37632,04 manat təşkil edir. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 21 il 5 ay 13 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 16902,89 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında xx.xx.2021-ci il tarixinədək 20729,15 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 21 il 5 ay 13 gün (xx.xx.1979xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1990-ci il, xx.xx.1990xx.xx.1991-cı il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1995-xx.xx.1996-cı il, xx.xx.1996xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa, “Əmək pensiyaları haqqında" Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, xx.xx.2021-ci il tarixədək olan dövr üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 37632,04 manat təşkil edirdi. Həmçinin İddiaçı xx.xx.2022-ci il tarixədək olan dövr üçün isə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 42203,89 manat təşkil edirdi. Əlavə olaraq bildirilir ki, onun 2021-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında ümumilikdə fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 908,88 manat təşkil edir. Cavabdehin məhkəməyə təqdim etdiyi “məhkəmə sorğusuna cavab” məktubudna qeyd olunur ki, iddiaçının xx.xx.2021-ci il tarixinədək əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40800,00 manat hesablanmışdır. (40800,00/200(minimum pensiya məbləği) = 204 (gözlənilən pensiya ödənişi müddətinin ayları). xx.xx.2022-ci il tarixinədək əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 46560,00 manat hesablanmışdır. (46560,00/240(minimum pensiya məbləği) = 194 (gözlənilən pensiya ödənişi müddətinin ayları). Vətəndaşın yaşı artdıqca, ayların sayı azalır. 1 iyun 2021-ci il tarixinə 131,23 manat, 1 avqust 2021-ci il tarixinə 121,69 manat, 1 sentyabr 2021-ci il tarixinə 136,21 manat, 1 noyabr 2021-ci il tarixinə 121,40 manat, ümumilikdə 510,53 manat pensiya kapitalı qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının sonuncu iş yeri xx.xx.1996-cı ildən işlədiyi "xxxx" MMC, vəzifəsi isə qaynaqçı-operator olmuşdur. Cavabdeh tərəfindən iddiaçının 2006-2022-ci illər üzrə toplanmış pensiya kapitalının əks olunduğu cədvəl aylar üzrə məbləğlər göstərilməklə məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən iş materiallarına əlavə olunmuş cədvələ əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixə iddiaçının 22.904,39 manat pensiya kapitalı qeydə alındığı müəyyən edilmişdir. Göstərilən stajların toplanması nəticəsində iddiaçının xx.xx.2006-cı il tarixinədək cəmi 24 il 11 ay 15 gün ümumi iş stajına malik olduğu müəyyən edilir. Sözügedən Qaydalara müvafiq olaraq iddiaçının sosial sığorta stajına münasibətdə pensiya kapitalı aşağıdakı kimi indeksləşdirilməlidir: (24 il x 306 manat) + (306 manat : 12 ay x 11 ay) + (306 manat / 365 gün x 15 gün) = 7344 + 280,5 + 12,57 = 7637,07 manat
2. 2007-ci il üzrə: 7637,07 + 8.3% = 8.270,94681 manat
3. 2008-ci il üzrə: 8272,94681 + 16.7% = 9.652,19493 manat
4. 2009-cu il üzrə: 9652,19493 + 20.8% = 11.659,8515 manat
5. 2010-cu il üzrə: 11.659,8515 + 1.5% = 11834,7492 manat
6. 2011-ci il üzrə: 11.834,7492 + 5.7% = 12.509,33 manat
7. 2012-ci il üzrə: 12.509,33 + 7.9% = 13.497,567 manat
8. 2013-cü il üzrə: 13.497,567 + 1.1% = 13.646,0403 manat
9. 2014-cü il üzrə: 13.646,0403 + 2.4% = 13.973,5452 manat
10. 2015-ci il üzrə: 13.973,5452 + 1.4% = 14.169,1749 manat 11.2016-cı il üzrə: 14.169,1749 + 4% = 14735,9418 manat
12. 2017-ci il üzrə: 14.735,9418 + 12.4% = 16.563,1986 manat
13. 2018-ci il üzrə: 16.563,1986 + 5.7% = 17.507,301 manat
14. 2019-cu il üzrə: 17.507,301 + 3% = 18.032,52 manat
15. 2020-ci il üzrə: 18.032,52 + 16.6% = 21.025,9183 manat
16. 2021-ci il üzrə: 21.025,9183 + 11.4% = 23.422,873 manat Yekun olaraq iddiaçının xx.xx.2021-ci il tarixə qeydə alınmış pensiya kapitalının 23.422,873 manat (xx.xx.2006-cı il tarixə indeksləşdirilmiş məbləğ) + 22.904,39 manat (xx.xx.2006-cı ildən xx.xx.2021-ci il tarixədək qeydə alınmış pensiya kapitalı) = 46.327,263 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə cavabdehin imtinasında qeyd edilən dəlillərinə və işin tədqiq olunan hallarına münasibətdə zəruri olaraq qeyd edir ki, xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” AR Qanununun iddiaçının müraciət etdiyi tarixdə, yəni xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinin mətninə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. İddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsinə mənsub şəxsin “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə əsasən 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır: Siyahıda nəzərdə tutulan peşələrdə işləməli, bu Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən minimum məbləği qeydə alınmalıdır. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək, ödənilməsindən ibarətdir. Normanın tələbindən də göründüyü kimi, xx.xx.1961-ci il təvəllüdlü iddiaçının 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin tələb olan 60 yaşı tamam olduqdan sonra cavabdehə müraciət etmiş, artıq ilk dəfə xx.xx.2022-ci il tarixdə onun müraciətinə fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi tələbinə cavab verməməsi əsası ilə imtina cavabı verilmişdir. İşin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2018-ci il tarixədək kabelçi lehimləyici işində zərərli iş şəraitində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “rabitə” bölməsinə (30) əsasən, qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Beləliklə iddiaçı ikinci tələbə də cavab verməklə ümumilikdə 25 ildən artıq iş stajına malikdir. Nəhayət son tələb olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən minimum məbləği imtinanın verildiyi xx.xx.2021-ci il tarixə 40800,00 manat müəyyən edildiyi halda, məhkəmə araşdırması nəticəsində, indeksləşdirmə aparılması və cavabdehin təqdim etdiyi məlumatlara əsasən ümumi məbləğin müəyyən edilməsi yolu ilə iddiaçının xx.xx.2021-ci il tarixə qeydə alınmış pensiya kapitalının 46.327,263 manat təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə təsbit edilmiş hər üç tələbə cavab verməsi öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə (xx.xx.2021-ci il tarixdən) sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və hüququnun yarandığı tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fərid İsmayılzadə