Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1175/2023 12.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələb hüququnu aşağıdakı kimi əsaslandırmışdır: - o, xx.xx.1963-cü il tarixdə Şəki rayonunun Aşağı Daşağıl kəndində anadan olmuşdur. xx.xx.1979-cu il tarixdən xx.xx.1986-cı ilədək Şəki Rayon Ətlik Camışlıq müəssisəsində mala baxan, sağıcı, xx.xx.1987-ci il tarixdən xx.xx.1994-cü il tarixədək "X11 Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində xadimə, 2012-2014-cü illərdə X12 Karxanasında, xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək Şəki RMX X3 stasionar şöbəsində xadimə, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək X3 stasionar şöbəsində xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixdən hal-hazıradək "Şəki Mərkəzi Rayon Xəstəxanası X10" sturukturuna əsasən Ftiziatik kabinetə xadimə vəzifəsinə keçirilmişdir. Pensiya təyin olunması üçün zəruri sənədləri toplayıb Şəki Regional ASAN xidmət mərkəzində DSMF-nin səlahiyyətli əməkdaşına təqdim etmişdir. Sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanmda Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsinin mümkün olmadığını bildirmişdir. İmtina məktubunda cavabdehin əsas gətirdiyi xüsusat iddiaçının 25 il sığorta stajının olmaması, ümumi stajının 21 il 10 ay 19 gün olması, pensiya kapitalının az olmasından ibarətdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı ünvanlanmış imtinada bildirilmişdir ki, mərkəzi filiala təqdim etdiyi 13 oktyabr 2014-cü il tarixli ******* nömrəli əmək kitabçasında “X11 Xəstəxanasıda xx.xx.1987-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində xadimə, “Şəki rayon Mərkəzi Xəstəxanası” X10 X2 xx.xx.2014xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində xadimə, xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində kiçik tibb bacısı və xx.xx.2020-ci il tarixdən bugünədək xadimə vəzifələrində işlədiyi qeyd olunub. Onun işlədiyi vəzifələrin Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması barədə məlumat göstərilmədiyi üçün güzəştli is stajını müəyyən etmək mümkün deyil. Eyni zamanda iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun ümumi iş stajı 25 ildən az (21 il 10 ay 19 gün (xx.xx.1979xx.xx.1984-cü il. xx.xx.1987-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər və 2012-2022-ci illər üzrə cəmi 9 il 1 ay) təşkil edir. Həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22622,84 manat təşkil edir. Yuxarıda göstərilən səbəblərdən, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş sərtlər daxilində vas həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı islərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan islərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən isdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluqunu dürüstləşdirməkdir. Bu arayısın məzmunu sadəcə səxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü isin siyahılara uyğunluğunu müəyyən etmək ücün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici İstehsalat-texnoloii məlumatları, eyniləşdirmə ücün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. İş üzrə icraat materiallarına əlavə edilmiş nömrəli Tibbi Ərazi Bölmələrini X8 Rayon Mərkəzi Xəstəxanasının arayışında İddiaçı xx.xx.2014-cü il tarixli 753 nömrəli əmrlə Şəki Ftiziatrik kabinetinə xadimə vəzifəsinə qəbul edildiyi və onun 14 il 11 ay 20 gün sığorta stajının olduğu bildirilsə də, həmin vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin SiyahısTnda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, həmçinin gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.), müəssisənin hansı sahədə fəaliyyət göstərməsi dəqiq göstərilməmişdir. Bu səbəbdən də iddiaçının həmin dövrlərdə güzəştli iş stajınının olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İddiaçının hazırkı vəziyyətdə nə ümumi, nə güzəştli stajı, nə də minimum pensiya təminatına imkan verən pensiya kapitalı mövcuddur. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən iş üzrə iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - X9 filialının xx.xx.2022-ci il tarixli 804 nömrəli arxiv arayışında aşağıdakı məlumatlar qeyd edilib: - Şəki rayon X5 aid işçilərin əmək haqlarının hesablanması üzrə şəxsi hesab cədvəlinə əsasən müəyyən edilir ki, iddiaçı 1979-1984-cü illərdə əmək haqqı almışdır. 1983-cü ilin işçi və qulluqçularının əmr kitabları və 1985-ci ilin əməyin ödənişi üzrə hesablaşma kitabları Dövlət arxivi Şəki filialına təhvil verilməmiş, 1986-cı iliin əməyin ödənişi üzrə hesablaşma kitabı 1 saxlama vahidi altında filiala daxil olmuş, lakin Kərimova Zalikənin adına qeydiyyat tapılmamış, Şəki rayon Ətlik Camışçılıq müəssisəsinin işçi və qulluqçularının əmr kitabına əsasən 30 iyun 1986-cı il 41 №li əmrlə X4, müəssisənin sağıcısı həmin tarixdən etibarən ərizəsinə əsasən ərə getdiyinə görə işdən azad edilməsi qeyd edilmişdir. - ******* №-li əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1987-xx.xx.1994-cü il tarixlərdə X11 Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində xadimə vəzifəsində işləmiş, xx.xx.2014-cü il tarixdə Şəki Rayon Mərkəzi Xəstəxanası RMX-nın X3 stasionar şöbəsinə xadimə işinə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə X3 stasionar şöbəsinə xadiməsi həmin şöbədə xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə “Təbib” PHŞ-nin İdarə Heyətinin iclasının xx.xx.2020-ci il tarixli 03 nömrəli protokolu ilə təsdiqlənmiş, Şəki Rayon Mərkəzi Xəstəxanası PHŞ strukturuna əsasən Ftiziatik kabinetə xadimə vəzifəsinə keçirilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı ümumi iş stajı 25 ildən az (22 il 1 ay 19 gün (xx.xx.2006-cı il tarixinədək 12 il 9 ay 19 gün əmək stajı (xx.xx.1979-xx.xx.1984-cü il, xx.xx.1987-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 2012-ci il üzrə 4 ay, 2013-cü il üzrə 12 ay, 2014-cü il üzrə 6 ay, 2015ci il üzrə 11 ay, 2016-cı il üzrə 11 ay, 2017-ci il üzrə 12 ay, 2018-ci il üzrə 11 ay, 2019-cu il üzrə 11 ay, 2020-ci il üzrə 12 ay, 2021-ci il üzrə 11 ay, 2022-ci il üzrə 11 ay olmaqla, ümumilikdə 9 il 4 ay sığorta stajı) təşkil edir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. (13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilənədək) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinad edərək ona 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Belə ki, iddiaçı, 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə edilmiş dəyişikliyin ona tətbiq edilməsinin düzgün olmamasını, dəyişiklik edilənədək 59 yaşının tamam olmasını və tələb olunan staja malik olmasını bildirir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur və ona 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilənədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlərə cavab verməlidir: - 55 yaşına çatmış olmalı, - 20 il sığorta stajına malik olmalı, - 10 il xüsusi (güzəştli) iş stajına amlik olmalı, - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İddiaçının 55 yaşı xx.xx.2018-ci ildə tamam olmuşdur. Həmin tarixdə onun ümumi iş stajı 20 ildən az olmuş, fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 34560,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22622,84 manat olmuşdur. İddiaçının ümumi stajının minimum 20 ilə tamamlanması 2018-ci ilin sonunda baş versə də, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı tələb 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilənədək qüvvədə olmuşdur. İddiaçının tələbi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunla dəyişiklik edilənədək mövcud olmuş redaksiyasına əsasən 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olsa da, məhkəmə əlavə olaraq qeyd edir ki, istinad olunan dəyişiklikdən sonra qanunvericiliyin tələbinə əsasən iddiaçının (fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədikdə) ümumi iş stajı 25 ilə bərabər olmalıdır. Lakin, iş materialları ilə müəyyən edilir ki, cavabdehin imtina cavabını verdiyi xx.xx.2022-ci il tarixə iddiaçının ümumi iş stajı 24 il 1 ay 19 gün olmuşdur. Odur ki, iddiaçıya izah olunur ki, 25 il ümumi iş stajı tamam olduqdan sonra işlədiyi peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verib-verməməsi ilə bağlı arayışın məzmununu dəqiqləşdirməklə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunla dəyişiklik edildikdən sonrakı redaksiyaya istinad etməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana, müraciəti təmin olunmadıqda isə anoloji iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. İzah olunur ki, 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmiş və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı tələb çıxarılmaqla, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququnun olması təsbit edilmişdir. Həmin dəyişiklikdən sonra iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlər aşağıdakılardır: - azı 10 il xüsusi (güzəştli) iş stajı olmalı, - 57.5 yaşı tamamlanmalı (1 iyul 2021 – 30 iyun 2022-ci illər üzrə qadınlar üzrə pensiya yaşı 62 il 6 ay müəyyən edilib), - Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlərə əməl olunmalıdır (fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır) Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə 13 may 2022-ci il tarixli 530- VİQD nömrəli Qanunla dəyişiklik edilənədək mövcud olmuş redaksiyasına əsasən iddiaçının 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmadığından cavabdeh orqan haqlı olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə tərəfindən iddia ərizəsinə əlavə edilmiş “güzəştli arayışın” məzmununun dəqiqləşdirilməsi üçün “Şəki rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə sorğu verilmiş, lakin verilmiş sorğu cavablandırılmamışdır. Hazırkı iddia tələbi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunla dəyişiklik edilənədək mövcud olmuş redaksiyasına əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı tələbə cavab vermədiyindən və hər bir halda iddia əsassız olduğundan iddiaçının xüsusi iş stajının əlavə olaraq araşdırılması və verilmiş sorğunun cavabının alınması zərurəti aradan qalxmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.