Məhkəmə qərarları › İş №2-1(116)-1176/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1176/2024

19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1176/2024 19.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “1996-cı ildə qəbul olunmuş “Torpaq İslahatı haqqında Qanun”a əsasən onun mülkiyyətinə verilmiş, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşə 0.12 ha həyətyanı torpaq sahəsi, 0.09 ha bağ və 0.31 ha əkin, İİ keyfiyyət qrupu olan torpaq sahəsini bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adına xüsusi mülkiyyət hüquqi ilə qeydiyyata alınaraq çıxarışların verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “1996-cı ildə qəbul olunmuş “Torpaq İslahatı haqqında Qanun”a əsasən onun mülkiyyətinə verilmiş, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşə 0.12 ha həyətyanı torpaq sahəsi, 0.09 ha bağ və 0.31 ha əkin, İİ keyfiyyət qrupu olan torpaq sahəsini bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adına xüsusi mülkiyyət hüquqi ilə qeydiyyata alınaraq çıxarışların verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı – Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.12 ha həyətyanı, 0.09 ha bağ və 0.31 ha əkin torpaq sahələri üzərində bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışların verilməsinə nail olmaqdır. İş materiallarında olan ********** qeydiyyat nömrəli (**********2 reyestr nömrəli), ********** qeydiyyat nömrəli (**********92 reyestr nömrəli) və ********** qeydiyyat nömrəli (**********51 reyestr nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışlarla müəyyən edilir ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.09 ha, 0,12 ha və 0,31 ha torpaq sahələri üzərində İddiaçı xuüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi cavabdeh orqan, artıq iddiaçının tələbini təmin etdiyindən işin mahiyyəti üzrə mübahisə aradan qalxmışdır. Odur ki, iş üzrə icraata xitam verilməlidir. İnzibati Prossesual Məcəllənin: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İPM-in 81.2-ci və 90.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “1996-cı ildə qəbul olunmuş “Torpaq İslahatı haqqında Qanun”a əsasən onun mülkiyyətinə verilmiş, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşə 0.12 ha həyətyanı torpaq sahəsi, 0.09 ha bağ və 0.31 ha əkin, İİ keyfiyyət qrupu olan torpaq sahəsini bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq çıxarışların verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar