Məhkəmə qərarları › İş №2-1(116)-1178/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1178/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1178/2021 05.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslər 15.05.2009-cu il təvəllüdlü X14 və 05.07.2004-cü il təvəllüdlü X6, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “üçüncü şəxslər X9, 15.05.2009-cu il təvəllüdlü X14 və 05.07.2004-cü il təvəllüdlü X6, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya 17.07.2021-ci il tarixdə hüquqi yardım edilərək üçüncü şəxslərlə bağlı iddia ərizəsinin dəqiqləşdirilməsi təklif edilmişdir. İddiaçı 03.08.2021-ci il tarixdə dəqiqləşdirilmiş iddia ərizəsini məhkəməyə təqdim edərək üçüncü şəxslər 15.05.2009-cu il təvəllüdlü X14 və 05.07.2004-cü il təvəllüdlü X6 mülkiyyətində olan ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 06.08.2021-ci il tarixli 2-1(116)-1178/2021 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən mənzil 6688b nömrəli qeydiyyat vəsiqəsinə əsasən 19.02.2003-cü il tarixdə mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmışdır. İddiaçı özünə məxsus yaşayış sahəsindən həmin mənzildə heç bir əmlak hüququ olmayan və orada yaşamayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan heç bir əsas gətirmədən tələbin mülki xarakterli olduğunu bildirərək müraciətin təmin olunmasından imtina etmişdir. İddiaçı tələb hüququnu mənzilin özünün xüsusi mülkiyyətində olması, üçüncü şəxslərin onun övladları olması, lakin Mingəçevir Şəhər Məhkəməsinin 27.01.2021-ci il tarixli 2(051)-92 nömrəli qətnaməsi ilə keçmiş həyat yoldaşı X9 ilə aralarında nikah qeydi ləğv edildikdən sonra keçmiş həyat yoldaşının birgə nikah dövründə aldıqları ünvan 2 ünvanında yaşaması və müvafiq məhkəmə qətnaməsi ilə övladlarının da anasının himayəsində saxlanılması və bununla da üçüncü şəxslərin faktiki olaraq həmin ünvanda yaşamamaları ilə əsaslandırmışdır. Cavabdeh və üçüncü şəxslər iddia tələbinə münasibət bildirməmişlər. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - yaşayış yeri üzrə qeydiyyat haqqında 25.06.2021-ci il tarixli, ******* nömrəli arayış, - Cavabdeh 23.06.2021-ci il tarixli imtina məktubu, - 19.02.2003-cü il tarixli, 6688b nömrəli qeydiyyat vəsiqəsi, - 27.04.2021-ci il tarixli, AZ-İ 383808 nömrəli nikahın pozulması haqqında şəhadətnamə, - Mingəçevir Şəhər Məhkəməsinin 27.01.2021-cu il tarixli, 2(051)-92/2021 nömrəli qətnaməsi, - X2 və əmlak məlumatları barədə “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarış, - 13.02.2003-cü il tarixli, 180311 nömrəli alqı-satqı müqaviləsi, - Cavabdeh 07.08.2021-ci il tarixli məktubu. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı 01.10.2021-ci il tarixdə məhkəməyə ünvanladığı ərizəsində məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh 10.09.2021-ci il tarixli məktubunda məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Üçüncü şəxslərə qanuni nümayəndəsinə (X7) qeydiyyatda olduğu ünvan üzrə məhkəmənin hazırki iş üzrə sərəncamı və ona əlavə edilmiş sənədlər, məhkəmə iclası barədə bildiriş göndərilmiş, lakin üçüncü şəxslərin qanuni nümayəndəsi iddia tələbinə münasibət bildirməmiş, habelə keçirilən məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. İş materiallarına əlavə edilmiş, yaşayış yeri üzrə qeydiyyat haqqında 25.06.2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, üçüncü şəxslər X14 və X13 iddiaçıya məxsus ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş, Cavabdeh 23.06.2021-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh, iddiaçıya məxsus mənzildən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı tələbin mülki xarakterli olmasını bildirərək müraciətin təmin olunmasından imtina etmişdir. İş materiallarına əlavə edilmiş, 13.02.2003-cü il tarixli, 180311 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı X1 şəhəri, Ş.i.Xətai küçəsi 16 ünvanında yerləşən 37 nömrəli mənzili 17600000 (on milyon altı yüz min) manat qiymətinə alıcı İddiaçı satmışdır. İş materiallarına əlavə edilmiş, 19.02.2003-cü il tarixli, 6688b nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən iki otaqdan ibarət yaşayış evi iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş, 27.04.2021-ci il tarixli, AZ-İ 383808 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X9 arasındakı nikah 27.01.2021-ci il tarixdə pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 27.04.2021-ci il tarixdə 48 № ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 27.01.2021-cu il tarixli, 2(051)-92/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı və X9 arasındakı 04.11.2003-cü ildə Mingəçevir şəhər VVADQ Şöbəsində 326 saylı nikah qeydi pozulmuşdur. Nikah pozulduqdan sonra 05.07.2004-cü il təvəllüdlü X6 və 15.05.2009-cu il təvəllüdlü X11 anaları X4 yanında qalmaları müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş, X2 və əmlak məlumatları barədə “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, o, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 13, mənzil 27 ünvanında qeydiyyatdadır və həmin mənzil olun mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş, Cavabdeh 07.08.2021-ci il tarixli məktubundan görünür ki, X14 barəsində Cavabdeh arxivində məlumat müəyyən olunmamışdır. X8 12.08.2014-cü ildə Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən AZE seriyalı 10737317 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Həmin illərə məxsus ərizə-anket qovluqları Azərbaycan Respublikası DİN-in müvafiq əmrinin tələblərinə uyğun olaraq müddətin bitməsi səbəbi ilə əlaqədar məhv edildiyindən şəxsiyyət vəsiqələrinin verilməsi üçün təqdim etdiyi sənədlərin surətinin təqdim edilməsi mümkün olmamışdır. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, 19.02.2003-cü il tarixli, 6688b nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən iki otaqdan ibarət yaşayış evi iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Üçüncü şəxslər hazırda həmin mənzildə pasport qeydiyyatındadırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun hazırki iş üzrə faktiki hallar əsasında Üçüncü şəxslərin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Lakin, Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarında qərara almışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarda qeyd edilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Müvafiq qərarın hazırki işə tətbiqi ilə bağlı məhkəmə hesab edir ki, üçüncü şəxslər iddiaçının övladları olsalar da faktiki olaraq iddiaçıya məxsus yaşayış sahəsində yaşamırlar. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan uşaqları və digər şəxslər aid edilmiş və həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququnun olması qeyd edilmişdir. Hazırki iş materiallarından isə aşkar şəkildə görünür ki, üçüncü şəxslər iddiaçı ilə birlikdə yaşamırlar və Mingəçevir Şəhər Məhkəməsinin 27.01.2021-cu il tarixli, 2(051)-92/2021 nömrəli qətnaməsinə əsasən İddiaçı və X9 arasındakı nikah ləğv edildikdən sonra analarının, yəni X4 himayəsində qalmaqla faktiki olaraq Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 13, mənzil 27 ünvanında yaşayırlar. 15.05.2009-cu il təvəllüdlü X11 hazırda 12 yaşı vardır. Buna görə də onun yaşayış yeri, qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 3-cü abzasına əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Mingəçevir Şəhər Məhkəməsinin 27.01.2021-cu il tarixli, 2(051)-92/2021 nömrəli qətnaməsinə əsasən X14 anasının, yəni X4 himayəsində saxlanıldığından onun yaşayış yeri də Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 13, mənzil 27 ünvanı hesab olunur. 05.07.2004-cü il təvəllüdlü X6 isə hazırda 17 yaşı vardır və onun yaşayış yeri qanuni nümayəndələri olan valideynlərinin razılığı ilə müəyyən edilməlidir. Hazırki iş üzrə yuxarıda qeyd edilmiş məhkəmə qətnaməsi ilə Fidan Güləmirovanın anasının himayəsində qalması müəyyən edilmiş, müvafiq qətnamə tərəflərdən heç biri tərəfindən mübahisələndirilməmiş, bununla da faktiki olaraq Fidan Güləmirovanın valideynləri onun yaşayış yerinin anası - X4 yaşadığı ünvan üzrə (ünvan 6şmışlar. Belə ki, qətnamənin məzmunundan da görünür ki, iddia tələbində iddiaçı X9 uşaqlarının onun yanında qalmasını xahiş etmiş, məhkəmə iclasında izahat verərəkən cavabdeh İddiaçı uşaqlarının, X4 yanında qalmasına etiraz etmədiyini bildirmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 4cü abzasına əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Beləliklə, X12 Şəhər Məhkəməsinin 27.01.2021-cu il tarixli, 2(051)-92/2021 nömrəli qətnaməsinə əsasən anasının - X4 himayəsində saxlanıldığından və faktiki olaraq Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 13, mənzil 27 ünvanında yaşadığından, həmçinin onun yaşayış yerinin müəyyən edilməsi ilə bağlı (anasının yanında saxlanılmaqla) tərəflər arasında razılaşmanın olması istinad olunan məhkəmə qətnaməsi ilə sübuta yetirildiyindən məhkəmə hesab edir ki, Fidan Güləmirovanın yaşayış yeri anası - X4 yaşadığı ünvan üzrə ünvan 7elə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxslərin həmin mənzildə qeydiyyatı tamamilə formal xarakter daşıyır və qeydiyyatın heç bir hüquqi əsası yoxdur. Bu o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxslərin iddiaçının evində qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox iddiaçının evində yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini təmin etmir. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçının mənzilində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Bundan başqa, qeydiyyat məsələsi həm də iddiaçının mülkiyyət hüququnun tanınması və müdafiə olunması ilə əlaqəlidir. Belə ki, üçüncü şəxslərin iddiaçının evində qeydiyyatı iddiaçı üçün bəzi hallarda məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxslərin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi də mülkiyyətçinin məhz bu kimi hüquqlarından irəli gəlir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən üçüncü şəxslər 15.05.2009-cu il təvəllüdlü X14 və 05.07.2004-cü il təvəllüdlü X6 qeydiyyatdan çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar