Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1178/2023 21.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, üçüncü şəxs X7, üçüncü şəxs X5 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Şəki Bələdiyyəsinə qarşı “Şəki rayon Şəki Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 11 saylı iclasının gündəliyində olan 2-ci və 3-cü məsələlər üzrə qəbul edilmiş qərarlarının ləğv edilməsi, həmin torpaq sahələrinin bələdiyyənin sahibliyinə qaytarılması” inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şəki rayon Şəki Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 11 saylı iclasının gündəliyində olan 2-ci və 3-cü məsələlər üzrə qəbul edilmiş qərarlarının ləğv edilməsi, həmin torpaq sahələrinin bələdiyyənin sahibliyinə qaytarılması” qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1178/2023 nömrəli qərardadı ilə X10, X11, X17, X13 və X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlb edilmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: Şəki bələdiyyəsinin İddiaçınə daxil olmuş xx.xx.2022-ci il tarixli 11 nömrəli iclas protokolunda olan aktlara (qərarlara) inzibati nəzarət qaydasında tərəfimizdən baxılarkən məlum olmuşdur ki, iclasın gündəliyində olan məsələlər üzrə torpaqların satışı, hərrac və ya müsabiqəyə çıxarılması ilə bağlı qərarlarda müəyyən edilmiş qiymətlər və ilkin qiymətlər real bazar qiymətlərini əks etdirmir. Hər bir satış üzrə protokola əlavə edilmiş qiymətləndirmə arayılarına əsasən məlum olmuşdur ki, Rahilə Tilançiyevnaya sahibkarlıq məqsədilə satılan 0.0272 ha torpaq sahəsinin real bazar qiyməti 13600 manat olduğu halda 4177 manata; Cuma Məmmədova sahibkarlıq məqsədilə satılan 0.0272 ha torpaq sahəsinin real bazar qiyməti 13600 manat olduğu halda 4185 manata; Rəvan İsmayılova həyətyanı məqsədilə satılan 0.0362 ha torpaq sahəsinin real bazar qiyməti 14500 manat olduğu halda 2355 manata; Famil Xəlilova həyətyanı məqsədilə satılan 3 ədəd 0.06 ha torpaq sahəsinin hər birinin real bazar qiyməti 12000 manat olduğu halda hər biri 3910 manata; İlqar Məmmədova sahibkarlıq məqsədilə satılan 0.1656 ha torpaq sahəsinin real bazar qiyməti 49700 manat olduğu halda 25423 manata satılmışdır. Qərarlara inzibati nəzarət qaydasında baxılmasının nəticəsində bələdiyyənin qeyd olunan aktlarının ləğv edilməsi barədə tərəfimizdən xx.xx.2022-ci il tarixdə 397-Ş saylı təklif məktubu göndərilmişdir. Lakin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq təklif bələdiyyə tərəfindən müzakiəryə çıxarılmamışdır. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyqun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir. Qeyd olunanlardan görünür ki, yuxarıda göstərilən torpaq sahələri sahibkarlıq məqsədilə müsabiqəyə çıxarılarkən və bilavasitə satılarkən bazar qiyməti nəzərə alınmamışdır. Qiymətlər torpaqların bazar dəyərindən aşağı müəyyən edilmişdir. Cavabdeh, iddia tələbinə münasibətində qeyd etmişdir ki, bələdiyyənin 08 iyul 2022-ci il tarixli 11 nömrəli iclasında müzakirə edilmiş 2-ci və 3-cü məsələlər üzrə qəbul edilmiş qərarların surəti 18 iyul 2022-ci il tarixdə sifarişli poçtla göndərilmişdir. Həmin qərarların müzakirəyə çıxarılması haqqında İddiaçı 22 iyul 2022-ci il tarixli xx.xx.2022-ci il tarixdə Şəki bələdiyyəsinə daxil olmuşdur. İddiaçı təklifi Şəki bələdiyyəsinə daxil olana qədər ötən müddətdə (12-16 iyul 2022-ci il tarixlərdə) yuxarıda qeyd olunan qərarlarda göstərilən şəxslərlə Şəki bələdiyyəsi arasında notarial qaydada torpaq alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin şəxslərin bələdiyyədən aldıqları torpaqlar üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmış və müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlara çıxarışlar verilmişdir. Bu səbəbdən də müraciətedənin təklifinin müzakirəsinə lüzum qalmamışdır. Məhkəmə tərəfindən iddiaçıya 22 sentyabr 2023-cü il tarixində hüquqi yardım məktubu göndərilərək iddia tələbinin hazırki iş üzrə iddia növü inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına (İPM 2.2.8) aid olduğu bildirilmişdir.İddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü və müddətin bərpası ilə bağlı müraciət etmək hüququ izah olunmuşdur. İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Odur ki, iddiaçıya buraxılmış prosessual müddəti bərpa edilməsi barədə ərizə ilə müraciət etmək hüququnun olması izah edilmiş və müddətin buraxılmasına səbəb olmuş halların əsaslandırılması, həmçinin müvafiq sübutların təqdim edilməsi təklif edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Şəki bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şəki Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 11 saylı iclasının protokolu iddiaçıya göndərilmişdir. - İddiaçının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəki Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubla bələdiyyəyə qərarların ləğv edilməsi barədə müraciət edilmişdir.Lakin,bələdiyyə tərəfindən müzakirəyə çıxarılmadığından məhkəməyə müraciət edilmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli DƏDR-dən çıxarışdan və AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şəki şəhəri Bəkir Çobanzadə küçəsində yerləşən 0.1656 ha torpaq sahəsi Şəki bələdiyyəsinin mülkiyyətində olmuş və X1. - ********** qeydiyyat nömrəli, xx.xx.2023-ci il tarixli DƏDR-dən çıxarışdan və AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 80.5 ha torpaq sahəsi Şəki bələdiyyəsinin mülkiyyətində olmuş və X2. - **********5 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli DƏDR-dən çıxarışdan və AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şəki şəhəri Zərifə Əliyeva küçəsində yerləşən 0.0272 ha torpaq sahəsi Şəki bələdiyyəsinin mülkiyyətində olmuş və X3. - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli DƏDR-dən çıxarışdan və AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şəki şəhəri Emin Sabitoğlu küçəsində yerləşən 0.0272 ha torpaq sahəsi Şəki bələdiyyəsinin mülkiyyətində olmuş və X6 satılmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli DƏDR-dən çıxarışdan və AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şəki şəhəri Şəfiqə Axundova küçəsində yerləşən 0.05 ha torpaq sahəsi Şəki bələdiyyəsinin mülkiyyətində olmuş və X4. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iştirak etməmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili (nümayəndəsi) iddia ərizəsinə və iş materiallarına uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iclasına iddiaçının və cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Hazırkı inzibati iş üzrə iddia tələbi inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına (İPM 2.2.8) aid iddiadır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda İnzibati nəzarəti həyata keçirən orqanın bələdiyyənin fəaliyyətinin qanunazidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması, o cümlədən bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdiyi hallarda həyata keçirdiyi tədbirlərin dairəsini konkret müəyyən etmiş, həmçinin bələdiyyənin, inzibati nəzarəti həyata keçirən orqanın müraciətini müəyyən olunmuş müddət ərzində yerinə yetirilmədiyi halda inzibati nəzarəti həyata keçirən orqanın məhkəməyə müraciət etmək hüququnun olması təsbit edilmişdir. Qanunun 8.3-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanunazidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. 8.4-cü maddəsinə görə inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Həmin qanunun 8.5-ci maddəsinə əsasən isə inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. İş materialları ilə müəyyən edilir ki, Şəki bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 11 saylı iclasının qərarları xx.xx.2022-ci il tarixdə idarəyə daxil olmuş və qeydiyyata alınmışdır. Həmin iclasın gündəliyində olan 2-ci və 3-cü məsələlər üzrə qəbul edilmiş qərarlarının ləğv edilməsi barədə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə bələdiyyəyə müraciət edilmişdir. Təklif məktubu poçt vasitəsilə bələdiyyəyə çatdırılmışdır. Lakin, təklif bələdiyyənin iclasında müzakirə edilmədiyi üçün iddiaçı tərəfindən altı aydan artıq müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir.İddiaçının həmin halla bağlı arqumenti bələdiyyə tərəfindən təklifin müzakirəyə hələ də çıxarılmaması ilə bağlı olmuşdur.Həmin dəlilə münasibətdə məhkəmə qeyd edir ki,təklifin müzakirəyə çıxarılmaması halında belə inzibati orqan tərəfindən müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edilməsi nəzərədə tutulmuşdur. İşin araşdırılmış hallarından görünür ki,həmin müddət ərzində məhkəmə tərəfindən cəlb edilmiş üçüncü şəxslər alqı-satqı əsasında əldə olunan torpaq sahələri üzərində mülkiyyət hüququnu rəsmiləşdirmişdir. Göründüyü kimi iddiaçı tərəfindən nəzərdə tutulmuş iddia müddəti buraxılmaqla məhkəməyə müraciət edilmişdir.Müddətin bərpasına dair iddiaçının həmin qərarın mübahisələndirilməsi ilə bağlı müddətin üzrlü səbəblərdən buraxılmasına dair heç bir sübut təqdim etməmiş, bununla da nəzərdə tutulmuş 15 iş günü müddətində iddia müddəti ötürülmüşdür. Qeyd olunan hal iddia iddianın mümkün sayılmaması üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4, 17-ci bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddianın mümkünlüyünə dair həmin Qərarda aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Ədliyyə Nazirliyi İddiaçı cavabdeh Şəki Bələdiyyəsinə qarşı “Şəki rayon Şəki Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 11 saylı iclasının gündəliyində olan 2-ci və 3-cü məsələlər üzrə qəbul edilmiş qərarlarının ləğv edilməsi, həmin torpaq sahələrinin bələdiyyənin sahibliyinə qaytarılması tələbinə dair” iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-1178/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1178/2023
21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver