Məhkəmə qərarları › İş №2-1(116)-1179/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1179/2021

26.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1179/2021 26.11.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə 3-cü şəxslərə verilmiş A seriyalı 092794 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin, Balakən rayon Tülü kənd “N.Nərimanov” adına kolxozun 08 avqust 1989-cu il tarixli 4 nömrəli ümumi yığıncağı ilə kolxozun təhkim komissiyasının 17 avqust 1989-cu il tarixli Aktına əsasən mülkiyyətinə verilmiş 0.07 ha həyətyanı torpaq sahəsinin üzərinə vurulmuş, 613C olan hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X1, X6, X2, X3, X5) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Balakən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə 3-cü şəxslərə verilmiş A seriyalı 092794 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin, Balakən rayon Tülü kənd “N.Nərimanov” adına kolxozun 08 avqust 1989-cu il tarixli 4 nömrəli ümumi yığıncağı ilə kolxozun təhkim komissiyasının 17 avqust 1989-cu il tarixli Aktına əsasən mülkiyyətinə verilmiş 0.07 ha həyətyanı torpaq sahəsinin üzərinə vurulmuş, 613C olan hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya 17 iyul 2021-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, bu növ iddia “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddia ərizəsinin məzmununda istinad etdiyi və işə əlavə edilmiş sənədlərlə onun anoloji tələblə cavabdeh inzibati orqana müraciət etməsi, müraciətinin cavabdeh orqan tərəfindən təmin edilməməsi və ya cavabsız saxlanılması müəyyən edilmir. Belə ki, iddia ərizəsinə əlavə olunan, cavabdeh inzibati orqanın təqdim etdiyi məktublar hazırkı iddia tələbi ilə bağlı olmamışdır. Odur ki, hazırkı iddia tələbi üzrə cavabdeh inzibati orqanın onun müraciətinin təmin edilməsindən imtina etməsi yaxud cavabsız saxlanması barədə müvafiq sənədin iddia ərizəsinə əlavə edilməsi zəruridir. Yardım məktubu iddiaçı tərəfindən 29.07.2021-ci il tarixdə qəbul edildikdən sonra iddiaçı məhkəməyə ərizə ünvanlamış və ərizəsinə iş üzrə cavabdeh orqanın ona göndərdiyi 09.08.2021-ci il tarixli, **********62 nömrəli imtina məktubunu əlavə etmişdir. Sözügedən imtina məktubundan müəyyən edilmişdir ki, iddiaçı cavabdeh orqana Balakən rayonu Tülü kənd “N.Nərimanov” adına kolxozun 1982-ci ilin qaytanlanmış torpaq kitabına əsasən mülkiyyətinə əvəzsiz olaraq verilmiş 0.07 ha həyətyanı torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı müraciət etmişdir. Yuxarıda qeyd olunan hal cavabdeh orqana sorğu edilərək əldə edilən iddiaçının müraciəti ilə bağlı aparılmış inzibati icraat materiallarına əsasən də öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 17.09.2021-ci il tarixli **********91 nömrəli məktuba əlavə edilmiş ərizənin təsdiq edilmiş surətindən aşkar görünür ki, iddiaçı cavabdeh orqana hazırkı iddia tələbi ilə bağlı deyil, 0.07 ha həyətyanı torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi ilə əlaqədar müraciət etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Hazırkı iddianın xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İddia ərizəsinə əlavə edilən 27.10.2016-cı il tarixli **********05 nömrəli, 27.06.2018ci il tarixli **********10 nömrəli, eləcə də son olaraq 09.08.2021-ci il tarixli, **********62 nömrəli imtina məktublarından görünür ki, iddia tələbi üçüncü şəxslərə verilmiş plan-ölçü sənədinin iddiaçının mülkiyyətinə verilmiş 0.07 ha həyətyanı torpaq sahəsinin üzərinə vurulmuş, 613C olan hissəsində ləğv edilməsi barədə olsa da, imtina məktublarına əsasən müəyyən edilir ki, iddiaçı cavabdeh orqana analoji tələblə müraciət etməmişdir. İddiaçı tərəfindən yol verilmiş nöqsanın aradan qaldırılması məqsədilə ona yardım məktubu ünvanlanmasına baxmayaraq, iddiaçının cavabdeh orqana hazırkı tələblə müraciət etmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddianın mümkünlüyünə dair şərtlərə iddiaçı tərəfindən riayət edilmədiyindən, bununla da tərəflər arasında iddia predmeti barədə mübahisə hazırda mövcud olmadığından iddia mümkün sayıla bilməz. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli Qərarı). İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35.1 və 35.3, 80, 81-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə 3-cü şəxslərə verilmiş A seriyalı 092794 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin, Balakən rayon Tülü kənd “N.Nərimanov” adına kolxozun 08 avqust 1989-cu il tarixli 4 nömrəli ümumi yığıncağı ilə kolxozun təhkim komissiyasının 17 avqust 1989-cu il tarixli Aktına əsasən mülkiyyətinə verilmiş 0.07 ha həyətyanı torpaq sahəsinin üzərinə vurulmuş, 613C olan hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar