Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1179/2025 25.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı“ üçüncü şəxslər X5 və X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinın cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslər X5 və X2 ünvan 1 ünvanından pasport qediyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 və X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. (zəruri cəlbetmə). İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı mənzil ona məxsusdur. Belə ki, ona həmin mənzilə dair mülkiyyət sənədi verilmişdir. Lakin mülkiyyətində olan mənzildə üçüncü şəxslərin istifadə hüququ olmadan qeydiyyatdadırlar. Bununla bağlı o, Cavabdehnə müraciət edərək üçüncü şəxsin mənzilindən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Lakin oradan ona bunun mülki məsələ olduğunu və buna görə də məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Onlar, üçüncü şəxsləri başqa yolla mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarda bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Üçüncü şəxslər sözügedən mənzillərdə qeydiyyatda olsalar da, orada yaşamırlar. Onların mənzilə qeydiyyatı formal xarakter daşıyır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan aşağıdaki sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. 15.07.2024-cü il tarixli, ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadırlar.
3. 2010005600 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 İddiaçı mülkiyyətindədir. Əsaslandırma hissəsi:
İş materiallarından görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı üçüncü şəxslər X5 və X2 ünvan 1 ünvanından pasport qediyyatdan çıxarılmasına nail olmaqdır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iş üzrə cəlb olunmuş üçüncü şəxslər X5 və X1 şəhəri, Naxçıvan küçəsi, ev 46, mənzil 5 ünvanından qeydiyyatdan çıxmışdır. Belə ki, iddiaçıya dair sənəd məlumatlarında “AZEMİS” Elektron Məhkəmə informasiya sistemində qeydiyyat ünvanı olaraq ünvan 2bati iş məhkəmənin icraatında olduğu müddətdə üçüncü şəxs X5 və X4 iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən qeydiyyatda deyildir. Odur ki,məhkəmə həmin hissədə tərəflər arasında mübahisə mövcud olmadığından işə xitam verilməli olduğu qənaətinə gəlir. İnzibati Prossesual Məcəllənin: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İPM-in 81.2-ci və 90.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslər X5 və X2 ünvan 1 ünvanından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbinə dair inzibati işin icraatına xitam verilir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 4legiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə.