Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-118/2020 29.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı1, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçılar İddiaçı1, Bağırova (Əkbərova) Nuranə Cahangir qızı, Məlikova (Əkbərova) Nigar Cahangir qızı və Ələkbərova (Əkbərova) Kifayət Cahangir qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X19rşı “JN 2721 F, KOD 40701004 saylı «Torpağın Mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə düzəliş edilərək İddiaçı1, Bağırova (Əkbərova) Nuranə Cahangir qızı, Məlikova (Əkbərova) Nigar Cahangir qızı, Ələkbərova (Əkbərova) Kifayət Cahangir qızının və X3 adlarının daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X19rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “JN 2721 F, KOD 40701004 saylı «Torpağın Mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə düzəliş edilərək İddiaçı1, Bağırova (Əkbərova) Nuranə Cahangir qızı, Məlikova (Əkbərova) Nigar Cahangir qızı, Ələkbərova (Əkbərova) Kifayət Cahangir qızının və X3 adlarının daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx xxxxxx 1985-ci il tarixdə mərhum X4 ilə rəsmi nikah münasibətinə girərək evlənmiş və həmin gündə onlara məxsus İsmayıllı şəhəri M.Paşayev küçəsi (keçmiş Xanlar küçəsi) ev 7 ünvanda yerləşən evlərinə gəlin köçmüşdür. Ərizəsinə əlavə elədiyi, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2019 saylı 169-10664-1219 saylı məktubdan göründüyü kimi o, xx.xx.1967-ci il təvəllüdlü Əkbərova X6 rayon Polis şöbəsindən xx xxxx 1986-cı il tarixdə SSRİ nümunəsi pasport almış və həmin pasportla İsmayıllı şəhəri M.C.Paşayev (əvvəlki Xanlar) küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evində xx xxxxxx 1990-cı ildən qeydiyyatdadır. Qızları Bağırova (Əkbərova) Nuranə Cahangir qızı xx.xx.1986-cı ildə, Məlikova (Əkbərova) Nigar Cahangir qızı xx.xx.1988-ci ildə, Ələkbərova ( Əkbərova) Kifayət Cahangir qızı isə xx.xx.1991-ci il tarixdə qeyd olunan ünvanda doğulmuşlar və orada da yaşamışlar. Yaşadıqları evin qanuni istifadəsində 0,13 ha həyətyanı torpaq sahəsi olmuşdur və onun 0,04 ha hissəsi İsmayıllı şəhər XDS İK-nin 1991-ci il tarixli protokol qərarına X1nın istifadəsində olan torpaq sahəsindən 0,04 ha hissəsi kəsilib oğlu X7 verilmişdir. Həmin illərdə onlar orada ikinci bir ev tikmişlər. Həyat yoldaşı X10 xx.xx.2009-cı ildə vəfat etmişdir. X1 isə isə xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Onlar vəfat edənə kimi onlar bir ailə olmuş, aralarında heç bir problem olmamış və birlikdə qeyd olunan ünvanda yaşamışlar. X1 vəfat etdikdən sonra o, evin həyətyanı torpaq sahəsinin sənədlərini düzəltmək istədikdə və onlara verilmiş «Torpağın Mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə baxdıqda ona aydın olmuşdur ki, JN 2721 F, kod 40701004 saylı «Torpağın Mülkiyyətə verilməsinə dair» Şəhadətnaməyə ancaq X1nın adı yazılmış və onlar və mərhum hayat yoldaşı X10 həmin vaxt sağ olsada, onların adları mülkiyyətçilər siyahısana daxil edilməmişdir. Bundan əlavə həmin Şəhadətnamədə qeyd olunan 0,13 ha həyətyanı torpaq sahəsinin 0,04 ha hissəsi İsmayıllı şəhər XDS İK-nin qərarı ilə hələ 1991-ci ildə mərhum X4nun istifadəsinə verilmişdir və ölkəmizdə torpaq islahatı gedən vaxt onlar həmin 0,13 ha torpaq sahəsində yaşayırdılar və torpaq sahəsi onların qanuni istifadəsində idi. Ərizəsinə əlavə elədiyi İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2019 saylı 169-10664-1219 saylı məktubdan göründüyü kimi o, xx.xx.1967-ci il təvəllüdlü Əkbərova X6 şəhəri M.C.Paşayev (əvvəlki Xanlar) küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evində xx xxxxxx 1990-cı ildən qeydiyyatdadır. Qızları Bağırova (Əkbərova) Nuranə Cahangir qızı xx.xx.1986-cı ildə, Məlikova (Əkbərova) Nigar Cahangir qızı xx.xx.1988-ci ildə, Ələkbərova ( Əkbərova) Kifayət Cahangir qızı isə xx.xx.1991-ci il tarixdə qeyd olunan ünvanda doğulmuşlar və orada da yaşamışlar. X4 doğulduğu vaxtdan vəfat elədiyi 2009-cı il tarixinə kimi həmin ünvanda yerləşən 0,13 ha həyətyanı torpaq sahəsində orada tikilmiş yaşayış evində yaşamışdır. Yaşadıqları evin qanuni istifadəsində 0,13 ha həyətyanı torpaq sahəsi olmşdur və onun 0,04 ha hissəsi İsmayıllı şəhər XDS İKnin 1991-ci il tarixli protokol qərarına əsasən X1nın istifadəsində olan torpaq sahəsindən 0,04 ha. hissəsi kəsilib oğlu X7 verilmişdir. Həmin illərdə onlar orada ikinci bir ev tikmişlər. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətində qeyd etdiyi tələb Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X21 sələahiyyətləri daxilində deyil. Bu səbəbdən də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı və vəkili iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçını, onun vəkilini, cavabdehin nümayəndəsini dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan JN 2721 F, KOD 40701004 saylı «Torpağın Mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, 0.13 ha torpaq sahəsi X11 adına qeydiyyata alınmışdır. İş materiallarında olan İsmayıllı rayonunun İsmayıllı şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəlin təsdiqlənmiş surətindən görünür ki, X11 adı 2721-ci sırada qeyd olunmaqla qanuni istifadəsində 0.1365 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. Hazırkı işdə mübahisə olunan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməİsmayıllı rayonu X12 xx xxxxxx 2003-cü il tarixli 111 nömrəli qərarıəsasında verilmiş və həmin qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl qəbul edilmişdir. Həmçinin düzəliş edilməsi tələb olunan şəhadətnamə də İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl tərtib olunmuşdur. İddiaçıların düzəliş edilməsini tələb etdiyi şəhadətnamə İsmayıllı rayon X12 qərarına əsasən tərtib olunmuş və həmin qərar ləğv olunmamış və mübahisələndirilməmişdir. Həmin dövrdə mövcud olmuş DTXK-nin İsmayıllı rayon şöbəsinin hazırki halda mübahisəli şəhadətnamənin tərtib olunması ilə əlaqədar vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) iddiaçılar tərəfindən həmin dövrdə qüvvədə olmuş MPM-nin tələblərinə uyğun mübahisələndirilməmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İddiaçıların öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). İddiaçı JN 2721 F, KOD 40701004 saylı «Torpağın Mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə İddiaçı1, Bağırova (Əkbərova) Nuranə Cahangir qızı, Məlikova (Əkbərova) Nigar Cahangir qızı, Ələkbərova (Əkbərova) Kifayət Cahangir qızının və X3 adlarının daxil edilmədiyiniən azından əri vəfat edən 2009-cu ildən bilməli olmuş, bu halda da xx.xx.2019-cu il tarixində məhkəməyə müraciət etməklə (iddia ərizəsi xx.xx.2019-cu il tarixində məhkəməyə daxil olmuşdur) İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, x xxxxxx 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Həmçinin məhkəmə qeyd edir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət X18, Naxçıvan Muxtar Respublikası X18, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli X12 qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon X14 şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X8 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət X14 şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət X18 daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət X12 qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "Dövlət X9 yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X8 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, şəhadətnamənin verilməsinə əsas olan qərar qüvvədə olduğu üçün onun əsasında verilən şəhadətnaməyə düzəliş edilə bilməz. Aqrar islahat həyata keçirilən zaman şəhadətnamədə qeyd olunan torpaq sahəsi X11 mülkiyyətinə verilmiş, iddiaçılar həmin vaxt qeyd olunan qərarı mübahiləndirməmiş, şəhadətnamə tərtib olunub onlara təqdim edilən zaman da oradakı qeydin düzgün olmaması ilə bağlı müvafiq orqanlara müraciət etməməklə qanunvericiliklə müəyyən olunmuş müddətləri ötürmüşlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçılar İddiaçı1, Bağırova (Əkbərova) Nuranə Cahangir qızı, Məlikova (Əkbərova) Nigar Cahangir qızı və Ələkbərova (Əkbərova) Kifayət Cahangir qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X19rşı “JN 2721 F, KOD 40701004 saylı «Torpağın Mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə düzəliş edilərək İddiaçı1, Bağırova (Əkbərova) Nuranə Cahangir qızı, Məlikova (Əkbərova) Nigar Cahangir qızı, Ələkbərova (Əkbərova) Kifayət Cahangir qızının və X3 adlarının daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-118/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-118/2020
29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver