Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-118/2021 24.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı “X3 Müəssisəsi” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xxxx“X3 Müəssisəsi” MMC barəsində apardığı səyyar vergi yoxlaması nəticəsində qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 19.05.2020-ci il tarixli **********199950 nömrəli qərarının və onun hüquqi nəticələrinin ləğv edilməsi, həmin qərar əsasında “X3 Müəssisəsi" MMC barəsində hesablanmış əlavə hesablanmış vergilər üzrə 488476,40 manat, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarına görə 228642,08 manat, cəmi 717118,48 manat məbləğində əlavə vergi və bu vergi üzrə hesablanmış faiz məbləğinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı “X3 Müəssisəsi” MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “xxxx“X3 Müəssisəsi” MMC barəsində apardığı səyyar vergi yoxlaması nəticəsində qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 19.05.2020-ci il tarixli **********199950 nömrəli qərarının və onun hüquqi nəticələrinin ləğv edilməsi, həmin qərar əsasında “X3 Müəssisəsi" MMC barəsində hesablanmış əlavə hesablanmış vergilər üzrə 488476,40 manat, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarına görə 228642,08 manat, cəmi 717118,48 manat məbləğində əlavə vergi və bu vergi üzrə hesablanmış faiz məbləğinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 04.06.2020-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdən icraata götürülmüş sayılmışdır. Məhkəmənin 02.02.2021-ci il tarixli, 2-1(116)-118/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. İş ekspertizada olduğu müddətdə iddiaçı “X3 Müəssisəsi” MMC-nin direktoru X1 məhkəməyə ərizə ünvanlamış və ərizə məhkəmənin dəftərxanasına 16.04.2021-ci il tarixdə daxil olmuşdur. Ərizəsində MMC-nin direktoru qeyd etmişdir ki, tərəflər öz aralarında mübahisəni məhkəmədən kənar qaydada həll etmişlər. Bu səbəbdən də iddiaçı “X3 Müəssisəsi” MMC Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinə əsasən iddiadan imtina edir. Məhkəmə iddiaçının yuxarıda qeyd olunan ərizəsinin surətini əlavə edərək, 16.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə məktub ünvanlayaraq işin ekspertiza aparılmadan məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə göndərilən hazırkı iş 21.05.2021-ci il tarixdə daxil olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini icraata xitam verilməsinin əsası kimi nəzərdə tutmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, iddiadan imtina edilməsi zamanı prosessual qanunvericilik iddiaçıya münasibətdə heç bir məhdudiyyət nəzərdə tutmadığı üçün (İPMnin 55.2-ci maddəsində şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilməsi barədə məhdudiyyət mövcuddur) və iddiadan imtina edilməsi hazırkı halda cavabdehin iradəsindən asılı olmadığına görə, yəni iddiaçı şifahi məhkəmə baxışına qədər imtina etdiyi üçün imtina qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə ərizəni iş materialları ilə birlikdə qanunvericiliyin tələbləri baxımından araşdırıb hesab edir ki, iddiaçı iddiadan imtina etdiyi üçün hazırkı işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 55.5 və 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X2 Müəssisəsi” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xxxx“X3 Müəssisəsi” MMC barəsində apardığı səyyar vergi yoxlaması nəticəsində qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 19.05.2020-ci il tarixli **********199950 nömrəli qərarının və onun hüquqi nəticələrinin ləğv edilməsi, həmin qərar əsasında “X3 Müəssisəsi" MMC barəsində hesablanmış əlavə hesablanmış vergilər üzrə 488476,40 manat, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarına görə 228642,08 manat, cəmi 717118,48 manat məbləğində əlavə vergi və bu vergi üzrə hesablanmış faiz məbləğinin ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə iddiaçı iddiadan imtina etdiyi üçün iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-118/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-118/2021
24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver